Sual: Zəruri ehtiyaclar (məsələn, ev və ya avtomobil almaq, yaxud müalicə və s.) üçün müəyyən faizlə banklardan pul krediti götürmək olarmı?
Cavab: Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
Sual: Bankdan pul krediti götürmək haramdır?
Cavab: Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
Sual: Bankdan pul krediti götürmək barəsində şəri hökmləri bilmək istəyirik.
Cavab: Baxmayaraq ki, ribalı pul krediti götürmək haramdır (yəni şəxs günah edir), amma şəxs kredit götürdüyü pulun sahibi olur. Əlbəttə, şəxs harama düşməmək üçün artıq məbləği vermək niyyətində olmamalıdır, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Qeyd edək ki, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
Sual: Bankdan pul krediti götürmək icazəlidirmi? Mənim yaşadığım ölkədə bu mövzü barəsində ixtilaflar yaranıb. Bəzi din alimləri ticarət məqsədilə bu işin icazəli olduğunu, bəziləri isə heç bir halda icazəli olmadığını və yalnız ölüm-itim vəziyyətində bunun icazəli olduğunu deyirlər. Burada vəziyyət belədir ki, insanların 99%-i bank ilə iş görür, yəni ev alır və sonra ödəyir, ya pul götürüb öz işini irəli aparır. Burada kim bankdan pul götürməsə, yoxsul qalır. Xülasə, bilmək istəyirik ki, bankdan pul götürüb işə sərmayə yatırtmaq, yaxud ev almaq icazəlidirmi?
Cavab: Əgər pul krediti faizlə verilirsə və faiz inflyasiya miqdarından çoxdursa, bu faiz riba hökmündədir və “ribalı borc” (faizli pul krediti) almağa icazə verilmir. Buna yalnız o halda icazə verilir ki, siz faizi ödəməmək niyyətində olasınız, baxmayaraq ki, onu ödəmək məcburiyyətindəsiniz. Amma əgər faiz inflyasiya miqdarından az olarsa, bunun iradı yoxdur və belə faizlə olan pul kreditini götürməyin maneəsi yoxdur.
Sual: Əgər bir şəxs borcunu ödəmək məqsədilə bankdan pul krediti götürsə, amma faizi ödəməməyi niyyət etsə, harama düşməmiş olacaqmı? Bu şəkildə kredit götürmək icazəlidirmi?
Cavab: Baxmayaraq ki, ribalı pul krediti götürmək haramdır (yəni şəxs günah edir), amma şəxs kredit götürdüyü pulun sahibi olur. Əlbəttə, şəxs harama düşməmək üçün artıq məbləği vermək niyyətində olmamalıdır, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Qeyd edək ki, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
Sual: Bankdan faizlə və ya faizsiz borc götürüb ziyarətə getmək icazəlidirmi?
Cavab: Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
Sual: Bir nəfər məndən xahiş edib ki, bankdan öz adıma pul krediti götürüb ona verim və o da hər ay bu kreditləri ödəyəcəkdir. Bu halda mən bankdan pul krediti götürüb həmin şəxsə verə bilərəmmi?
Cavab: Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
Sual: Bəzən şəxs müalicə və ya ev almaq üçün bankdan pul krediti götürmək məcburiyyətində qalır. Bu məcburiyyət “zərurət” hesab olunurmu? Ümumiyyətlə, “zərurət” hansı meyar əsasında müəyyən edilir?
Cavab: “Zərurət” dedikdə, şəri, əqli və ürfi zərurətlər nəzərdə tutulur. Bu məsələni müəyyən etmək isə insanın öz öhdəsindədir.
Sual: Sualımda “zərurət” sözünü xüsusi olaraq vurğulayıb bilmək istəyirəm ki, zərurət olmadan bankdan pul krediti götürmək olarmı? Məsələn, mənim işim var, amma yeni bir iş qurmaq üçün bankdan pul krediti götürmək istəyirəm. Bu, icazəlidirmi?
Cavab: Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
Sual: Xristian ölkəsində yaşayan müsəlman şəxs xristianlara aid olan bankdan pul krediti götürə bilərmi? Məsələn, telefon və ya avtomobil almaq, yaxud da evi təmir etmək kimi işlər üçün bankdan pul krediti götürə bilərmi?
Cavab: Əgər borc (pul krediti) müqaviləsində qeyd edilən artıq məbləğ inflyasiya miqdarından çox olmazsa, bu artıq məbləği ödəməyin maneəsi yoxdur. Əks halda, buna icazə verilmir. Amma əgər borcun mahiyyəti bu şəkildə olsa ki, pul krediti ilə alınan malı, əslində, bank alır və malı nisyə və ya kredit şəklində bir qədər baha qiymətə müştəriyə satır, bu alğı-satqının maneəsi yoxdur. Malın nağd qiyməti ilə nisyə qiyməti arasındakı fərq riba deyildir.
Sual: Bank olmayan kredit təşkilatlarından pul krediti götürmək olarmı?