İslam İnqilabının Ali Rəhbəri və Əhli-beyt (ə) səvərlərdən bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi keçirildi.
Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Təbatəbainəjad qeyd etdi ki, düsmənin metodlarını tanımaq üçün Həzrət Zəhranın (s.ə) həyat tərzini əsas götürmək lazımdır. Sonra o, imperialistlərin cəmiyyətləri istila etmək üçün tətbiq etdikləri metodlardan danışdı.
Məclisdə iştirak edən cənab Mehdi Rəsuli Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr edilmiş mərsiyə və növhə oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir