İslam İnqilabının Rəhbəri və Əhli-beyti (ə) sevən insanlardan bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Zəhranın (s.ə) şəhadət ildönümünə həsr edilmiş matəm mərasiminin ikiinci gecəsi keçirildi.
Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Əli Əlizadə Quran ayələri və hədislərə istinad edərək Həzrət Zəhranın (s.ə) ismət və paklıq ailəsinin mərkəzində dayandığını bildirərək əlavə etdi: “Həzrət Siddiqeyi-kubra (ə) öz zamanında Peyğəmbər (s) və Həzrət Əliyə (ə) qarşı edilən hücumlar qarşısında dayanmış, İslam dini və Peyğəmbər məktəbinin təhrif edilməsinə mane olmuşdur”.
Mərasimdə habelə cənab Meysəm Motii Siddiqeyi-Tahirəyə (s.ə) həsr edilmiş növhə və mərsiyələr oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir