İslam İnqilabının Ali Rəhbəri və ismət və paklıq ailəsinin (ə) matəmini saxlayan insanlardan bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə həzrət Fatimeyi-Zəhraya (ə) həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.
Mərasimdə cənab Hadi Müvəhhid Əmin Allahın qiymətli kitabından ayələr oxudu. Ondan sonra çıxış edən Höccətül-İslam vəl-müslimin Mehdi Aslani Quran ayələri əsasında həzrət Zəhranın (s.ə) bariz xüsusiyyətlərindən biri olan “açıqlama və izah etmə mühəndisliyi” mövzusunda danışdı. O dedi: “Quran mübarizə yolu və bu yolda müqavimətin təkcə axirət inancı ilə mümkün olduğunu bildirir”.
Mərasimdə cənab Səid Həddadiyan Siddiqeyi-kübraya (s.ə) həsr edilmiş mərsiyələr oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir