Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbəri “İsfahanın 24 min şəhidi” konqresinin təşkilatçıları ilə görüşdə:

Din və İran mədəniyyətinə xas olan əlamətlərin iç-içəliyi

İslam İnqilabının Ali Rəhbərinin 21 aban 1403-cü il (11 noyabr 2024) tarixində keçirilmiş “İsfahan əyalətinin 24 min şəhidinin anım konqresi”nin təşkilatçıları ilə görüşdə verdiyi bəyanatın tam mətni bu gün İsfahanda konqresin keçirildiyi məkanda yayımlandı.

Həzrət Ayətullah Xamenei bu görüşdə İsfahanın bütün mədəniyyət əlamətlərində, o cümlədən elm, sənaye, incəsənət, memarlıq, alim yetişdirmə sahələri və igidlik meydanlarında öndə olduğunu vurğulayaraq dedi: “İsfahan göstərir ki, dindarlıq cərəyanı elm, sənaye, mədəniyyət və sivilizasiya cərəyanı ilə iç-içədir və bu iki cərəyan bir-biri ilə ziddiyyət təşkil etmir”.

İslam İnqilabının Rəhbəri bu görüşdə İsfahanın müxtəlif sahələrdəki tarixi keçmişinə işarə edərək dedi: “İnqilab və Müqəddəs Müdafiə hadisələrində Allah yolunda cihad və fədakarlıq imtiyazı da İsfahanın imtiyazlarına əlavə edilib. Belə ki, bu əyalət əhalisinə nisbətdə ölkənin müstəqilliyi və İslam yolunda ən çox şəhid vermiş əyalətdir”.

O, cihad və şəhadət ruhunun davam edərək ayrı-ayrı nəsillərin müxtəlif şəxsiyyətlərində təzahür etməsinin İsfahanda işıqlı şəhadət silsiləsi və fədakarlıq ruhunun kök saldığını göstərdiyini dedi: “Bugünkü gənc nəslin İsfahanın bu üstün kimliyini tanımasına ehtiyacı var”.

İnqilab Rəhbəri qeyd etdi ki, İsfahanın böyük alimlərinin uzun siyahısı İsfahan əhalisinin dindarlığının əzəmətini göstərir: “İsfahanda din ünsürünün öndə olması İranın tarixi və sivilizasiyasında dindarlıq və dinə bağlılığın elm, sənaye və mədəniyyətlə bir-birinə çulğalaşdığını göstərir. Və bu, bəzi adamların İran mədəniyyəti və sivilizasiyasında elmi dindən ayırmaq cəhdinin yanlış və əbəs bir iş olması gerçəyindən xəbər verir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İranın mömin və istedadlı gənclərinin ölkənin ən qabaqcıl elmi mərkəzlərində fəaliyyət göstərməsi İran sivilizasiyasında elm və dinin çulğalaşmasının davamlılığını göstərir: “Xalqın səyləri və gənclərin canfəşanlığı bu günə qədər İslam Respublikasının möhkəmliyi və davamlılıq səbəbi olmuş və olacaqdır”.

O qeyd etdi ki, gənclərin fədakarlıqları olmasaydı, İslam Respublikasının həyatı onun əsas və prinsiplərinin qorunub saxlanması ilə davam etdirilməsi mümkün olmazdı: “Allah yolunun şəhidləri və mücahidlərinin xatirəsini ehtiramla yad edib diri saxlayanlar özləri Allah yolunun mücahidləridir”.

İnqilabın Rəhbəri “İsfahanın Şəhidləri Konqresi”nin təşkilatçılarına yüksək keyfiyyətli və effektiv mədəniyyət və incəsənət əsərləri istehsal etməyi, eləcə də bu əsərlərin tamaşaçılara göstərdiyi təsir səviyyəsini ölçməyi tapşırdı. O, mesaj ötürən vasitələrdən biri kimi kompüter oyunlarının malik olduğu potensiala işarə edərək dedi: “Hərbi hissələr və idarələr kompüter oyunlarını diqqət mərkəzində saxlayaraq Müqəddəs Müdafiə dövrü hadisələrini kompüter oyunları şəklində istehsal edə bilərlər. Bəzi ölkələr hərbi güc və bacarıqları hissini gənc və yeniyetmələrə təlqin etmək üçün bu metoddan istifadə edirlər”.

İnqilabın Rəhbəri Müqəddəs Müdafiə hadisələrinin kiçik hekayələr vasitəsilə çatdırılmasının zəruriliyini vurğulayaraq dedi: “Keçmişin böyük hadisələrinin bədii və ağıllı şəkildə çatdırılması ilə problemlərin həlli və işlərin inkişafına zəmin yaranır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /