Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Baş Komandan HDQ-nin rəhbərləri və komandirləri ilə görüşdə vurğuladı:

SQ-in ən vacib vəzifəsi döyüş hazırlığı və döyüş bacarıqlarının artırılmasıdır

Ali Baş Komandan Hərbi Dəniz Qüvvələrinin məsul şəxsləri və komandanları ilə görüşdə Hərbi Dəniz Qüvvələri Günü kimi tarixə düşmüş 7 Azər 1359-cu il tarixini (1980-ci ilin 28 noyabrı) və həmin tarixdə Peykan hərbi gəmisinin düşmən BƏƏS-ə qarşı göstərdiyi qəhrəmanlığı hörmətlə anaraq müasir dünyamızda Hərbi Dəniz Qüvvələrinin həyati və təyinedici bir qüvvə olduğunu dedi. O, Hərbi Dəniz Qüvvələrinin müxtəlif əməliyyat, informasiya, dəstək, quruculuq və innovasiya sahələrindəki fəaliyyətini yüksək qiymətləndirərək vurğuladı: “Silahlı Qüvvələrin, xüsusilə də Hərbi Dəniz Qüvvələrinin bütün fəaliyyət və planlaşdırmalardakı strategiyası döyüş hazırlığı və döyüş qabiliyyətinin artırılması üzərində təmərküzləşməlidir”.

Həzrət Ayətullah Xamenei döyüş bacarıqlarının artırılmasının düşmənin hücumunun qarşısının alınmasına səbəb olduğunu vurğulayaraq əlavə etdi: "Silahlı Qüvvələrin ən mühüm işi hücumun qarşısını almaqdır. Buna görə də ölkənin döyüş bacarıqları və fəaliyyətini İranın düşmənlərinin gözündə elə bir həddə çatdırmalısınız ki, istənilən növ qarşıdurmanın onlar üçün ağır xərclər bahasına başa gəldiyini sözün həqiqi mənasında hiss etsinlər”.

İslam İnqilabının Rəhbəri dənizçilik missiyalarının davam etdirilməsinin vacibliyini qeyd edərək dedi: "Daha öncə də qeyd etdiyimiz kimi, 86-cı eskadronun bir neçə aylıq missiyasını və onun təfərrüatlarını obrazlı dillə və incəsənət vasitələri ilə ictimaiyyətə çatdırmaq olar".

Bu görüşün əvvəlində İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandiri admiral İrani bu qüvvənin müxtəlif sahələrdəki fəaliyyətləri və proqramları barədə məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /