İslam İnqilabının Ali Rəhbəri bu gün səhər müxtəlif siniflərdən olan minlərlə bəsici ilə görüşdə bu misilsiz fenomenin İranın mədəniyyəti, milli kimliyi və tarixindən doğduğunu dedi. O, bəsici fəaliyyətlərin gücləndirilməsi və keyfiyyət baxımından yaxşılaşdırılması zərurətinə işarə edərək vurğuladı: “Bəsici məktəbi, təfəkkürü və düşüncəsinin təməlində Allaha inam və özünə inam prinsipləri dayanır. Bu iki üstün xüsusiyyət beynəlxalq imperializm siyasətləri və planları üzərində qəti qələbə amilləri olacaq”.
Həzrət Ayətullah Xamenei habelə müqavimət cəbhəsinin sabahının bu günündən bir neçə dəfə güclü və geniş olacağını dedi. O, sionist rejimin Qəzza və Livanda davam edən hərbi cinayətlərinə baxmayaraq, bu rejimin müharibəni qazanmayacağını vurğulayaraq əlavə etdi: “Netanyahunun həbs edilməsi qərarı kifayət deyil, onun və bu cinayətkar liderlərin edam hökmü verilməlidir”.
İslam İnqilabının Ali Rəhbəri Bəsicin mahiyyətinin mədəni, sosial və hərbi bir şəbəkə olduğunu vurğulayaraq, onun iranlı və tarixi kimlikdə kök saldığı üçün qalıcı olacağını dedi: "İmam casus yuvasının ələ keçirilməsindən, ABŞ-nin caynaqlarını və dişlərini qıcıtmağa başlamasından 3 həftə sonra, 5 azər 1358-ci il tarixində Bəsici yaratmaqla o böyük təhdidi böyük bir fürsətə çevirərək bu pak ağacı ölkənin sosial, mədəni və hərbi həyatında əkdi”.
İnqilabın Rəhbəri qeyd etdi ki, hərbi yön Bəsicin yönlərindən yalnız biridir: “Bəsic ilk növbədə iki məntiq və təməl prinsipə, yəni Allaha inam və iman, özünə inam və etimad prinsiplərinə əsaslanaraq müxtəlif sahələrdə üstün rol ifa etmiş və edəcək, səmərə vermiş və verəcək bir məktəb, düşüncə və təfəkkürdür”.
O, Bəsicə xas olan xüsusiyyətlərin, o cümlədən cəsarət, təşəbbüskarlıq, sürətli əməl, geniş baxış, müxtəlif təhriklər qarşısında həssaslıq və düşmən tanıma xüsusiyyətlərin iki möhkəm prinsipdən qaynaqlandığını dedi: “Allaha inamın mənası və nəticəsi Allah qarşısında təslimçilik, Ona təvəkkül, arxalanmaq və ümid, habelə Allahın doğru vədlərinə qəti inamdır”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bəsici fərd və Bəsic təşkilatındakı Allah inancı varlıq aləminin bütün sonsuz hissələrinin Allahın ordusu olması həqiqətinə iman gətirməyə səbəb olur. Əgər Allahın bəndəsi olsaq, onlar Allahın məsləhəti və ilahi qanunlarla bizə kömək edərlər. Ayrı-ayrı dövrlərdə və sahələrdə bunun şahidi olmuşuq.
İnqilabın Rəhbəri özünə inam və etimadın təsir və nəticələrindən danışarkən insanın qərar qəbul etmək, iradə və əməl qüdrəti kimi potensialları və bacarıqlarının kəşf edilməsi, bu potensialların qədrinin bilinməsi və onlardan istifadə edilməsi məsələlərinə də işarə etdi: “Bu potensial və bacarıqların kəşfi və istifadəsi imperializmın planlarının tamamilə əks tərəfidir”.
İnqilabın Rəhbəri xalqların bacarıqlarının inkar və təhqir edilməsinin imperialistlərin həmişəki siyasətlərindən olduğunu dedi: “Quran ayələrinə əsasən, Firon öz xalqını təhqir edib alçaldırdı ki, ona itaət etsinlər. Əlbəttə, Firon ABŞ və Avropanın bu günkü imperatorlarından daha nəcib olub. Çünki bunlar digər xalqların mənfəətlərini və sərvətlərini talan etmək üçün onları təhqir edirlər”.
O qeyd etdi ki, imperializmin daxildə olan xidmətçiləri onların xarici, ruhi və psixi təzyiqlərinin təkmilləşdiricisidir: “Bu xidmətçilər neft sənayesinin milliləşməsi hadisəsində olduğu kimi imperialistlərin yolunu hamarlamaq üçün öz ərbablarını təqlid edərək xalqın milli tarixi, kimliyi və bacarığını inkar edirlər”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Bəsic bu milli təhqirin əks tərəfində yer alır. O, İranın, xüsusilə qacarlar və pəhləvilər dövründəki təhqirinə işarə edərək dedi: “Birinci Dünya Müharibəsindən sonra İranın nümayəndə heyətini hətta Paris konfransına da buraxmadılar. Lakin inqilab vərəqi çevirdi və milli izzəti diriltdi”.
O, Bəsic təfəkkürünün hasar aşıran olduğunu dedi: “Bəsici ruhiyyəsindən qaynaqlanan özünə inam imperialist sisteminin milləti təhqir edən, passivləşdirən, ümidsizləşdirməyə çalışan çox təhlükəli proqram silahını zərərsizləşdirir. Bu ruhiyyə və ondan qaynaqlanan bacarıqlar, heç şübhəsiz ki, ölkə və müqavimət cəbhəsinin ABŞ, Qərb və sionist rejimin siyasətləri üzərində qələbə çalmasına səbəb olacaq.
Həzrət Ayətullah Xamenei Böyük İmamın 1341-ci ildən başlayaraq bəsici təfəkkürü, Allaha və özünə inam, xalqda qələbəyə ümid yaratmaq üçün zəmin hazırladığını dedi: “İnqilabın qələbəsindən sonra da İmam Bəsicdən müxtəlif zərbələr qarşısında bir sədd yaratdı. Bəsic bütün hərbi, sosial, elmi, quruculuq, ölkənin təhlükəsizləşdirilməsi, siyasi və beynəlxalq arenalarında aparıcı rol oynadı”.
O qeyd etdi ki, sosial və elmi qüdrət ölkə üçün siyasi güc yaranmasına səbəb oldu: “Əgər xalq vəhdət, əzmkarlıq, müqavimət, fəal qüvvələrin meydana çıxarılması vasitəsilə öz elmi və sosial bacarıqlarını üzə çıxarsa, siyasi güc də kəsb edər, beynəlxalq arenadakı sözünü də möhkəmləndirə bilər”.
İnqilabın Rəhbəri qeyd etdi ki, 80-ci illərin sonunda uranın 20% təmin edilməsi hadisəsində ABŞ-nin mənfur planının iflasa uğradılması bəsici ruhiyyəsinin aparıcı rolunun bir nümunəsidir: “Dərman istehsalı sahəsində ölkənin 20 % urana aşkar ehtiyac duyduğu bir şəraitdə dünyanın o vaxtkı iki məşhur prezidentinin vasitəçiliyi ilə onun satışı istiqmaətində razılaşma əldə edilməsinə baxmayaraq, danışıqların ortasında hiyləgərlik etdilər. Amma bizim bəsici alimlərimiz, o cümlədən şəhid Şəhriyari amerikalıların inanmadığı bir şəkildə 20% uran istehsal etdilər. İranın təslim olması üçün hazırlanmış plan iflasa uğradı”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, bəsici mədəniyyəti və ruhiyyəsindən qaynaqlanan fəxarətlərimiz və çıxılmazlıqların aşılması hallarının çoxu Bəsic təşkilatından kənarda baş verir: “Bu bəsici məktəb və mədəniyyətin qorunması çox mühümdür. Bəsicilər fəal olduqları hər bir işdə bu ruhiyyəni problemlərə qarşı həssaslıq və iş görməyə hazırlıq istiqamətində qorumalı və əldən verməməlidirlər”.
O qeyd etdi ki, dünyanın ayrı-ayrı ölkələrinin gənclərinin problemlərindən biri özlərini maneələr qarşısında lazımsız və bacarıqsız, düşüncə baxımından çıxılmazlıq dalanında hiss etmələri, nəticədə intihara əl atmalarıdır: “Bəsici təfəkkürü özünü tanıma və özünə güvənməklə çıxılmazlıqları aşır, iradə və əzmkarlığı ilə imperialistlərin qorxularına qalib gəlir, onlara qapılmır, ABŞ və sionist rejim kimi imperialistlərin ayrı-ayrı məsələlərlə bağlı təbliğatlarının hay-küylərinə istehsza ilə təbəssüm edir”.
İnqilabın Rəhbəri ideya və məqsədə malik olmanın bəsici təfəkkürünə xas olan başqa bir cəhət olduğunu dedi: “Bəsici özünün islami cəmiyyət və islami mədəniyyət yaratmaq, ədaləti bərqərar etmək məqsədinə doğru inamla, ölümdən qorxmadan, şəhadət arzusu ilə irəliləyir. Gənclərin Müqəddəs Müdafiə və Hərəmin müdafiəsi uğrunda cihada və şəhadətə olan sevgi və şövqünün parlaq nümunələrinin şahidi olmuşuq”.
O vurğuladı: “Məhz həmin xüsusiyyətlərinə görə iranlı bəsic nəhayət bir gün sionist rejimi məhv edəcək”.
Həzrət Ayətullah Xamenei Bəsicin hər gün gücləndirilməsi, fəaliyyətlərin keyfiyyətinin yaxşılaşdırılması və dərinləşdirilməsinin zərurətini vurğulayaraq dedi: “Bəsicin xalqın həqiqəti və hüququnu müdafiə etmək bayrağı daim dalğalanmalıdır. Bu isə, bəsici maarifinin dərinləşdirilməsi, keyfiyyət baxımından yaxşılaşdırılması, habelə araşdırma, mübahisə, dərs və tədqiqat dərnəklərinin təşkili ilə məsələlərə səthi baxışdan qaçmaqla şərtlənir.
O, icraedici qurumların fəal biləkləri kimi Bəsicin aparıcı rol oynamağa daim hazır olduğuna işarə edərək Bəsicin bir yönünün gücləndirilməsinin bu fəaliyyətlərin gücləndirilməsinin davamlılığından ibarət olduğunu dedi: “Bəsic hökumətlərə hər zaman kömək etmiş və onların fəal biləkləri olmuşdur, baxmayaraq ki, bəzi hökumətlər bunun qiymətini bilməyib”.
İnqilabın Rəhbəri Amerikanın region ölkələri ilə bağlı planından xəbərdar olmasını və onun qarşısında dayanmasını Bəsicin siyasi sahədə gücləndirilməsi amillərindən bir başqası olduğunu dedi: “Amerikanın regionda öz maraqlarını təmin etmək üçün qarşıya qoyduğu plan ölkələrdə istibdad və diktatura, hərc-mərclik, xaos və anarxiya yaratmaqdır”.
O, Bəsicin bu iki vəziyyətə imkan verməməsinin zəruriliyini vurğuladı: “Ölkədə bu ikisindən hər hansı baş verərsə, deməli, bu işdə düşmən əli var. Bəsic bu vəziyyət qarşısında yer almalıdır”.
Həzrət Ayətullah Xamenei çıxışının son hissəsində Fələstin və Livanda cərəyan edən hadisələrə işarə edərək dedi: “Axmaqlar heç də düşünməsinlər ki, evləri, xəstəxanaları və ictimai iaşə obyektlərini bombalamaq onların qələbəsinin əlamətidir. Dünyada da heç kəs bunu qələbə hesab etmir”.
İnqilabın Rəhbəri vurğuladı ki, düşmən Qəzza və Livanda bütün müharibə cinayətlərinə baxmayaraq, qələbə qazanmadı və qazanmayacaq da: “Netanyahunün həbs qərarı yetərli deyil, o və bu cinayətkar rəhbərlərin edam hökmü verilməlidir”.
Sionist rejimin Qəzza və Livandakı cinayətləri cinayətkarların istəklərinin əksinə olaraq müqavimətin güclənməsi və şiddətlənməsinə səbəb oldu: “Qeyrətli Fələstin və Livan gənci hansı sinifdən olursa-olsun, istər mübarizə meydanında olsun, istərsə də olmasın, bombardman və ölüm təhlükəsi qarşısında olduğunu gördükdə mübarizə və müqavimətdən başqa bir çıxış yolunun qalmadığını görür. Buna görə də cinayətkar axmaqlar, əslində, öz əlləri ilə müqavimət cəbhəsini gücləndirməkdədirlər”.
Həzrət Ayətullah Xamenei müqavimət cəbhəsinin inkişafının qəti və və dəyişilməz bir zərurət olduğunu dedi: “Müqavimət cəbhəsi bü gün nə qədər inkişaf edibsə, sabah bundan bir neçə dəfə artıq inkişaf edəcəkdir”.
Bu görüşün əvvəlində Bəsic Təşkilatının rəhbəri general Qulamrza Süleymani bəsicilərin imkan və bacarıqları haqqında məlumat verərək ayrı-ayrı siniflərdən olan bəsicilərin ölkəyə xidmət göstərməyə hazır olduqlarını vurğuladı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir