İslam İnqilabının Ali Rəhbəri bu gün günorta Camiətuz-Zəhra (s) Universitetinin rəhbərləri, müəllimləri və tələbələrindən bir qrupu ilə görüşdə bu nüfuzlu qurumu İslam İnqilabından doğan, qadınların dini məlumat və təsir səviyyəsinin artmasına səbəb olan bənzərsiz hadisələrdən biri kimi qiymətləndirdi. O, cəmiyyətin inkişafına uyğun olaraq elm-teoloji mərkəzlərdə də yenilik və islahatların aparılması zərurətinə diqqət çəkərək dedi: "Elmi-teoloji mərkəzlər cəmiyyətin mühüm sahələri, o cümlədən iqtisadiyyat, idarəetmə və ailə məsələləri ilə bağlı fikirlər təqdim etməlidir".
Həzrət Ayətullah Xamenei bu görüşdə, Camiətuz-Zəhra (s) Universitetinin Böyük İmamın təşəbbüsü ilə yarandığını qeyd edərək dedi: "Ölkədə çoxlu sayda qadın və qızın dini biliklərə yiyələnməsi və maarifləndirilməsi missiyasını yerinə yetirən bir institutun yaradılması ideyası çox qiymətlidir, çünki bundan əvvəl ölkə tarixində qadınların belə imkanı olmayıb".
O, Rza xanın dövründə qərb mədəniyyətinin qadın cəmiyyəti arasında yayılmasından doğan bir çox zərərlərə, o cümlədən qadınların dini biliklərinin aşağı səviyyədə olması və onların dini biliklərinin artırılmasına xidmət edən institutun olmamasının yaratdığı fəsadlara toxunaraq əlavə etdi: “Bu gün Camiətuz-Zəhra (s) Universiteti bu mühüm missiyanı öz üzərinə götürüb. Buna görə də bacardığınız qədər çox tələbə cəlb edib onların dini məlumatlarını artıra bilməyiniz qiymətli bir işdir”.
İnqilabın Rəhbəri İslam sivilizasiyasına doğru hərəkət etmək üçün ictimaiyyət arasında həqiqi dini biliklərin genişləndirilməsini zəruri hesab etdi və bu zərurətə əsasən dedi: “İslam maarifinin təbliği və izahı, dinin dirçəlişinin həyata keçirilməsi Camiətuz-Zəhra (s) Universitetinin digər mühüm missiyasıdır. Əhalinin yarısını təşkil edən qadınların tərbiyə sahəsində təsir gücünün artması və mənəvi irəliləyişi üçün məqsəd müəyyən edilməli və proqram işlənib hazırlanmalıdır”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, transformasiya dünyada təbii və məcburi bir prosesdir: “Əgər dəyişikliklərin rəhbərliyi ağıllı və dindar insanların əlində olarsa, cəmiyyət və bəşəriyyət yüksəlişə nail olacaq. Lakin belə olmasa, bu gün qərb cəmiyyətində ağlın qəbul etmədiyi çirkinlikləri yaxşı qəbul edildiyi kimi, dəyişikliklər azğınlığa və tənəzzülə sürüklənəcək”.
O, digər qurumlarda olduğu kimi, elmi-teoloji mərkəzlərdə də dəyişikliyə ehtiyac olduğunu dedi: “Elmi-teoloji mərkəz insanlar üçün dini təbliğ etmək, irəliyə doğru hərəkət etdirmək və dini hakimiyyət yaratmaq məqsədi daşıyır. Cəmiyyətin dəyişməkdə olduğunu nəzərə alsaq, elmi-teoloji mərkəz üzərinə düşən vəzifələri yerinə yetirmək üçün yenilənməlidir”.
İnqilabın Rəhbəri elmi-teoloji mərkəzlərdəki kitabların və pedoqoji metodların yenilənməsi, həmçinin cəmiyyətin ehtiyac duyduğu məsələlərin, o cümlədən maliyyə, pul, idarəetmə və ailə məsələlərinin, kriptovalyutalar kimi məsələlərin elmi-teoloji mərkəzlərdə dəyişilməsinin zəruri məsələlərdən olduğunu dedi: "Elmi-teoloji mərkəzlərin dəyişməsinə qarşı çıxmaq ölkədə dinin inkişafına qarşı çıxmaq deməkdir. Lakin bu dəyişiklikləri həyata keçirəcək şəxslər, bunu etmək üçün lazımi səlahiyyətə malik olmalıdırlar".
Həzrət Ayətullah Xamenei dini bilikləri yüksək olan qadınların mediada və beynəlxalq toplantılarda iştirakının vacibliyini və Camiətuz-Zəhra (s) Universitetinin bu məsələdəki roluna işarə edərək dedi: "İslam İnqilabının qələbəsindən sonra cəmiyyətdə çoxlu sayda savadlı qadınlar fəaliyyət göstərir. Onlar qadın və ailə ilə bağlı məsələləri media vasitələrində açıqlamalı, həmçinin böyük beynəlxalq və İslam toplantılarında Quran ayələri, hədislər və Nəhcül-Bəlağə əsasında ali-dini məsələləri çatdırmalıdırlar. Bu, həm ölkənin dünyada tanınmasında, həm də İslam ümmətinin yaradılmasında mühüm təsirə malik olacaqdır".
Həzrət Ayətullah Xamenei Camiətuz-Zəhra (s) Universitetində elmi təlimlərlə yanaşı, qadınların mənəvi və ruhani təmizliyi və inkişafı üçün proqramlaşdırmanın olmasının zəruriliyini vurğuladı: "İslam əxlaqına malik və nəfsini təmizləyən bir qadın gələcək nəsli dəyişdirə və tərbiyə edə bilər."
Görüşün əvvəlində Camiətuz-Zəhra (s) Universitetitinin rektoru xanım Borqei bu qurumun fəaliyyətləri və proqramları haqqında hesabat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir