İnqilabın Rəhbəri Həzrət Ayətullah Xameneinin 19 Avqust 2024-cü il tarixində keçirilmiş "Cəfər ibn Əbi Talib" Beynəlxalq Simpoziumunun təşkilatçıları ilə görüşdə verdiyi bəyanatın mətni bu gün səhər saatlarında Qum şəhərində simpoziumun təşkil edildiyi yerdə yayımlandı.
Ayətullah Xamenei bu görüşdə az tanınmış həmin möhtərəm şəxsiyyətin həyatının tarixi, təbliğat, sosial və elmi dərslərlə dolu olduğunu vurğulayaraq dedi: "Kitab kimi qalıcı mədəni əsərlər yaratmaqla bu dərsləri ayrı-ayrı nəsillərə ötürmək lazımdır"
İnqilabın Rəhbəri Cəfər ibn Əbi Talibin Peyğəmbər (s) yanında xüsusi mövqeyə malik olduğunu qeyd edərək İslam tarixinin digər böyük şəxsiyyətləri haqqında elmi araşdırmaların aparılması və mədəni əsərlərin yaradılmasının vacibliyini vurğuladı: “Mədəniyyət və incəsənət sahələri, xüsusilə İslam Respublikası Televiziyası (İRİB) kimi qurumlar bu tarixi şəxsiyyətlərin həyatlarından film və serial mövzusu kimi istifadə etməlidir”.
Görüşün əvvəlində "Cəfər ibn Əbi Talib" Beynəlxalq Simpoziumunun sədri cənab Höccətül-İslam Rəfii bu tədbir üçün hazırlanan elmi məhsullar və tədqiqat məqalələri haqqında hesabat verdi.
Camiətül-Müstafa Universitetinin rektoru Höccətül-İslam Abbasi bu universitetin elmi proqramları haqqında məlumat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir