Ali Məqamlı Rəhbərin informasiya bloku

Sionist rejimin son cinayətinin şəhid ailələrinin Rəhbərlə görüşü

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günorta sionist rejimin son cinayətində Ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinin şəhadətə yetirilmiş hərbçilərinin ailələri ilə görüşdə bu şəhidlərin məqamının uca olduğunu vurğulayaraq dedi: “Bütün şəhidlər üstün dərəcəyə malikdirlər və Allah dərgahında ilahi nemətdən onlara ruzi bəxş edilir. Amma bu əziz şəhidlər ölkəni və xalqı İslamın ən mənfur düşməni olan sionist rejimlə birbaşa mübarizədə müdafiə edərkən şəhid olduqları üçün şəhadətləri üstün və mühümdür”.

İnqilabın Rəhbəri bu şəhidlərin ailələrinə səbr və təmkin dilədi: “Şəhidlərin ailələrinin mükafatı şəhidlərin özlərinin mülkafatından az deyil”.

Bu görüşdə şəhid Həmzə Cahandidə, Məhəmməd Mehdi Şahruxifər, Mehdi Nəqəvi və Səccad Mənsurinin ailıləri iştirak edirdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /