İslam İnqilabının Rəhbərinin övladları cümə günü 4 aban 1403-cü il tarixində (25 oktyabr 2024-cü il) Fələstin İslami Müqavimət Hərəkatı (Həməs) nümayəndəliyinin ofisinə gələrək Həzrət Ayətullah Xameneinin salamlarını, fələstinli mücahid və Həməsın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın şəhadəti münasibətilə verdiyi təbrik və başsağlığı mesajını bu hərəkatın nümayəndəsinə çatdırdılar.
İnqilabın Rəhbərinin övladları bu görüşdə Həzrət Ayətullah Xameneinin salamlarını, fələstinli mücahid və Həməsın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın şəhadəti münasibətilə verdiyi təbrik və başsağlığı mesajını Həmasın nümayəndəsinə çatdırdılar.
Onlar Ayətullah Xameneinin Fələstin və Livan xalqına yardım çağırışına işarə edərək İran xalqının humanitar yardımları haqqında məlumat verdilər. “Empatik İran” Milli Təşəbbüsün Fələstin və Livan xalqı və mücahidləri ilə birliyə kömək edilməsinin bir nümunəsi olduğunu dedilər.
Fələstin İslami Müqavimət Hərəkatının nümayəndəsi İran xalqına və hökumətinə müqavimətə verdiyi dəstəyə görə təşəkkür etdi. O, İslam İnqilabının Rəhbərinin xüsusi dəstəyinə işarə edərək buna görə minnətdar olduğunu bildirdi. O, İnqilabın Rəhbərinin övladlarından Fələstin və Qəzza müqavimətçilərinin səmimi salamlarını Həzrət Ayətullah Xameneiyə çatdırmağı xahiş etmişdir.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir