İslam İnqilabının Ali Rəhbərinin 1403-cü il mehr ayının 15-də (6 oktyabr 2024) Kermanşah vilayətinin 9800 şəhidinin xatirəsinə həsr edilmiş Milli Konfransın təşkilatçıları ilə görüşdə verdiyi bəyanatın mətni bu gün konfransın Kermanşahda keçirildiyi yerdə yayımlandı.
Bu görüşdə Kermanşahın müxtəlif etniklərin və dinlərin nəcib birgəyaşayış yeri olduğunu deyən Həzrət Ayətullah Xamenei buranın əhalisini İranın sədaqətli və səmimi sərhədçiləri adlandırdı. O, Kermanşahın şəhid imam cüməsi Ayətullah Əşrəfi İsfahanini hörmətlə yad edərək dedi: “Kermanşah əhalisi və buranın gəncləri, öz təbirləri ilə desək, həqiqətən, cəsurdurlar; ölkənin müdafiəsi yolunda sinələrini sipər etməyə hazırdırlar. Bu xüsusiyyət özünü müxtəlif vaxtlarda, o cümlədən Müqəddəs Müdafiədə və düşmən BƏƏS-in təcavüzünə, habelə xain separatçılara qarşı mübarizədə göstərmişdir.
O, belə bir sual irəli sürdü: “Şəhidlərin mirası, xatirəsi, fədakarlıqları və qəhrəmanlıqları qarşısında üzərimizə hansı vəzifə düşür? Cavabını özü belə verdi:
“Bu gün ölkənin o səmimi gənclərin mesaj ruhuna və mömincəsinə həyat tərzinə ehtiyacı müharibə dövründə olandan az deyil. Çünki o günün müharibəsi açıq-aşkar və texnika müharibəsi idi. Günümzün müharibəsi qarışıq müharibədir
İnqilabın Rəhbəri düşmənin İrana zərbə vurmaq üçün həm sərt, həm də yumşaq vasitələrdən ibarət planlarının daha da mürəkkəb xarakter aldığını vurğulayaraq dedi: "Onlar bu gün İslam Respublikası ilə mübarizədə həm odlu silah, həm də psixoloji əməliyyatlardan və mədəniyyət silahından istifadə edirlər. Biz, şübhəsiz ki, bu gün məcburi müharibə dövründə olduğundan yüz dəfə güclüyük və ölkənin potensialı o zamanla müqayisə oluna bilməz. Ancaq yalnız döyüş meydanında iştirak və bu sahədəki irəliləyişlər kifayət deyil; ürəklərdə, düşüncələrdə, danışıqlarda və mövqelərdə də effektiv işlər görmək vacibdir".
O, müharibə dövründə ölkənin müdafiə edilməsi istiqamətində gənclərin ön sıralarda yer aldığını qeyd edərək bu günki bədxahlarla mübarizədə də əsas amilin gənclər olduğunu vurğuladı: “Bugünkü gənc, şəhidlərin işinin qiyməti və əhəmiyyəti ilə yanaşı, onların ixlas, güzəşt və fədakarlıq kimi nəcib və üstün xüsusiyyətləri, digər ölkələrin məsuliyyətsiz və qarətçi hərbçiləri ilə müqayisədə bizim döyüşçülərin islami və etik davranışları ilə dərindən tanış olmalıdır”.
Həzrət Ayətullah Xamenei mədəni və incəsənət istehsallarının təsirinin qiymətləndirilməsinin vacib olduğunu vurğuladı: “Bütün fəaliyyətlər gənclərə təsir göstərmək və müsbət nəticələr əldə etmək ruhuna malik olmalıdır. Siz iş və fəaliyyətlərinizin gənclərə nə qədər təsir göstərdiyini araşdırıb öyrənmələsiniz”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir