Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbər 15 min şəhidə həsr edilmiş konfransın təşkilatçıları ilə görüşdə dedi:

Sionist rejim məğlub oldu, amma daha böyük məğlubiyyət Qərb mədəniyyətinindir

İnqilabın Rəhbəri bu gün günorta Fars əyalətinin 15 min şəhidinin xatirəsinə həsr edilmiş konfransın təşkilatçıları ilə görüşdə regional hadisələrin, müqavimətin mübarizəsi və cihadının bölgənin taleyini və tarixini dəyişən amil olduğunu dedi. O, sionist rejimin müqaviməti məhv etmək məqsədilə 50 mindən çox günahsız insanı öldürməsinə baxmayaraq, məğlubiyyətə uğradığını vurğulayaraq daha böyük məğlubiyyətin Qərb mədəniyyəti, sivilizasiyası və siyasətçilərinin ifşası olduğunu dedi: "Müqavimət cəbhəsinin şər cəbhəsinə qarşı mübarizəsində qələbə müqavimətindir".

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, regionun mövcud problemləri Qəzza, Livan və Qərb Sahili hadisələri tarix yaradan hadisələrdir: “Əgər son ana qədər mübarizə aparan şəhid Sinvar kimi insanlar olmasaydı və ya cihad, ağıl, şücaət və fədakarlığı çulğalaşdırıb meydana çıxaran Seyid Həsən Nəsrullah kimi liderlər olmasaydı, bölgənin taleyi tamamilə fərqli olardı”.

İnqilabın Rəhbəri bildirdi ki, hal-hazırda regionda baş verən hadisələr təkcə sionist rejim deyil, Qərb sivilizasiyası və mədəniyyəti üçün böyük bir məğlubiyyət olacaq: “Sionistlər müqavimət qruplarını asanlıqla məhv edə biləcəklərini düşünürdülər. Lakin bu gün 50 mindən çox müdafiəsiz və sivil insanı, bir neçə önəmli müqavimət liderini şəhid etmələrinə, habelə ABŞ-dən gələn dəstəyə və böyük maliyyə yaradımlarına baxmayaraq, müqavimət cəbhəsi və Həmas, İslami Cihad, Hizbullah və digər müqavimət qruplarındakı gənc mübarizlərin eyni qətiyyət və qüdrətlə mübarizə aparması sionist rejim üçün böyük bir məğlubiyyətdir. Dünyada onlara qarşı nifrət yarandı, vəziyyət elə bir həddə çatdı ki, hətta ABŞ universitetlərində cinayətkarlar əleyhinə yürüşlər keçirildi.

"O, Qərb mədəniyyəti və sivilizasiyasının daha böyük bir məğlubiyyətə uğradığını dedi: “10 min günahsız uşağın iki tonluq bombalar və müxtəlif silahlarla kütləvi şəkildə qətlə yetirilməsi, Qərb siyasətçilərinin heç bir reaksiya verməməsi, yalançı Qərb siyasətçilərinin və insan hüquqları iddiaçılarının rüsvaylığına səbəb oldu və Qərb mədəniyyətinin etibarsızlığını bütün dünyaya göstərdi; bu, onlar üçün ən böyük məğlubiyyətdir”.

Həzrət Ayətullah Xamenei İsrail rejiminin dəstəkçilərinin cəbhəsini şər cəbhəsi adlandıraraq əlavə etdi: “Bu şər cəbhəsi qarşısında müqavimət cəbhəsi dayanır. Allahın köməkliyi ilə qələbə müqavimət cəbhəsinin olacaq".

İslam İnqilabının Rəhbəri bu görüşdə Fars vilayətini din, qəhrəmanlıq və incəsənətin sintezinin ən gözəl təzahürü kimi qiymətləndirərək bu bölgənin keçmişdən indiyə qədər olan şəhidlərini, xüsusilə, təzəlikcə Livanda sionist rejimin cinayətinin qurbanı olmuş şəhidə Məsumə Kərbasini hörmətlə anaraq dedi: “Fars vilayəti şəhidlərinin konfransı qəhrəmanlıq, incəsənət və dinin gözəl sintezini əbədiləşdirməlidir”.

O, Pəhləvi dövründə Şiraz və Fars vilayətinin dini inanclarını məhv etmək üçün göstərilən səylərə işarə edərək dedi: “O dövrdə “Şiraz İncəsənət Festivalı” kimi axmaq tədbirlər təşkil edərək Şirazı Əhli-beyt, din və iman mərkəzi olmaqdan çıxarıb fəsad mərkəzinə çevirə biləcəklərini xəyal edənlər səhv etdilər. Əlbəttə, bu gün də həmin təşkilatların tör-töküntüləri və qalıqları əziz ölkəmizdə sənəti mənəviyyatdan və qəhrəmanlıqdan ayırmağa çalışırlar. Amma ölkənin və millətin inkişafına səbəb olan amil din, qəhrəmanlıq və incəsənətin birgəliyidir".

Həzrət Ayətullah Xamenei Fars vilayətinin 15 min şəhidinin xatirəsinə həsr edilmiş konfransın təşkilatçılarına mədəniyyət və incəsənət istehsallarının təsirini qiymətləndirməyi tövsiyə etdi: “Gənclərimizin ölkənin şanlı keçmişini, xüsusən İnqilabdan sonrakı illəri və Tehrandakı ABŞ-ın casus yuvasının ələ keçirilməsinin müxtəlif aspektlərini, eləcə də düşmən BƏƏS-lə 8 illik müharibənin səbəblərini öyrənməyə ehtiyacları var. Bunun üçün inqilab hadisələrinin düzgün və gözəl şəkildə çatdırılması vacibdir".

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /