Ali Məqamlı Rəhbərin informasiya bloku

Naməhrəmlə ünsiyyətin hüdudları

Sual: Naməhrəm kişi və qadının əlaqələri necə olmalıdır? Yəni naməhrəmlə ünsiyyətdə hansı məqamlara diqqət edilməlidir?

Cavab: Naməhrəm kişi və qadın ünsiyyət zamanı şəriətin müəyyən etdiyi hüdudlara (o cümlədən geyim, baxmaq, söhbətin mövzusu, danışıq tərzi və s. baxımından müəyyən edilən hüdudlara) riayət etməlidir. Həmçinin naməhrəmlə ünsiyyət fəsada səbəb olmamalı, bu ünsiyyətdə günah etmək qorxusu mövcud olmamalıdır.


Sual: Kişi naməhrəm bir qadınla dost ola bilərmi? Məsələn, mən universitetdə işləyirəm və çoxsayda qadın həmkarım var. Mən onlarla ünsiyyət qura və dostluq edə bilərəmmi?

Cavab: Naməhrəmlə ünsiyyət qurmağın fəsadı olduğuna və ya belə münasibətlərdə günaha düşmək qorxusu mövcud olduğuna görə, buna icazə verilmir.

Sosial şəbəkələr vasitəsilə tanışlıq və ünsiyyət

Sual: Sosial şəbəkələrdə əks cinsin nümayəndəsinə dostluq göndərmək, tanışlıq yaratmaq, ünsiyyət qurmaq, “bəyən”i göndərmək olarmı? Bunun şəri cəhətdən hökmü nədir?

Cavab: Ümumiyyətlə, əgər naməhrəmlə hansısa bir şəkildə ünsiyyət qurmağın, hətta sosial şəbəkələr vasitəsilə olsa belə, fəsadı olarsa və ya günah etmək qorxusu mövcud olarsa, bu ünsiyyətə icazə verilmir. İslam şəriətinin qanun-qaydalarına dəqiqliklə riayət etmək, həmçinin günaha düşməyə və ya fəsada səbəb olan işlərdən ciddi surətdə uzaq olmaq şəri vəzifə yaşına çatan hər bir şəxsə vacibdir.

İş və təhsil mühitində ünsiyyət

Sual: Universitetdə qrup yoldaşı olan qız və oğlanların dərsdən kənar söhbət etmələri, ünsiyyətdə olmaları, şəxsi həyatları barəsində danışmaları icazəlidirmi? Bu münasibətin hüdudları hansılardır?

Cavab: Əgər naməhrəmlə olan hansısa bir ünsiyyət və söhbət şəriət qanunları çərçivəsindən kənar olarsa, yaxud fəsadı olarsa, yaxud da günah etmək qorxusu mövcud olarsa, belə ünsiyyətə icazə verilmir. İslam şəriətinin qanun-qaydalarına dəqiqliklə riayət etmək, həmçinin günaha düşməyə və ya fəsada səbəb olan işlərdən ciddi surətdə uzaq olmaq şəri vəzifə yaşına çatan hər bir şəxsə vacibdir.


Sual: Mən dini kitabların satışı ilə məşğul oluram. Elə olur ki, naməhrəm qadınlar kitablarla əlaqədar mənə yazırlar. Onlara cavab verməyim yanlışdırmı?

Cavab: Əgər bu işin fəsadı olmasa və günah etmək qorxusu mövcud olmasa, maneəsi yoxdur.

Evlilik məqsədilə tanışlıq

Sual: Oğlan və qızın evlilik niyyətilə danışmasının, bir-birini tanımaq üçün birlikdə vaxt keçirməsinin hökmü nədir? Buna icazə vardırmı? Əgər icazə vardırsa, bu ünsiyyətin hüdudları nədir?

Cavab: Hər halda, şəri nikah əqdi düzgün qaydada oxunmayanadək onlar bir-birinə naməhrəmdirlər. Odur ki, şəriət qanunları çərçivəsindən xaric olan, yaxud hansısa bir fəsadı olan, yaxud da günah etmək qorxusu mövcud olan ünsiyyətə icazə verilmir.


Sual: Evlənmək niyyətində olan qız və oğlan kəbin kəsilməmişdən öncə bir-birini tanımaq üçün danışa bilərlərmi? Əgər danışa bilərlərsə, neçə dəfə danışa bilərlər? Belə eşitmişik ki, onlar üç dəfədən çox danışa bilməzlər. Bu söz doğrudurmu?

Cavab: Şəriət qanunlarına və çərçivəsinə riayət edərək danışmalarının maneəsi yoxdur. Amma şəri nikah əqdi oxunmayanadək, onlar bir-birinə naməhrəmdirlər. Odur ki, şəriət çərçivəsindən xaric olan və ya fəsadı olan hər hansı bir ünsiyyətə icazə verilmir.


Sual: Nişanlı olan oğlan və qız söhbət edə, gəzməyə çıxa bilərlərmi?

Cavab: Hər halda, izdivac əqdi düzgün şəri qaydada oxunmayanadək oğlan və qız bir-birinə naməhrəmdirlər. Odur ki, şəriət qanunları çərçivəsindən xaric olan, yaxud fəsadı olan, yaxud da günah etmək qorxusu mövcud olan ünsiyyətə icazə verilmir.


Sual: Gənc dindar oğlan və qız tanış olurlar və gələcəkdə izdivac etmək qərarına gəlirlər. Onların söhbət mövzusu isə hər zaman İslamdan və şəri məsələlərdən olur, heç vaxt izdivac və ya başqa mövzular barəsində danışmırlar. Onların bu ünsiyyəti iradlıdırmı?

Cavab: Əgər qız hicaba riayət edirsə, həmçinin bu ünsiyyətdə şəhvani ləzzət məqsədi yoxdursa və bu ünsiyyətin heç bir fəsadı olmayacağına da əminlik vardırsa, bu halda oğlan və qızın ünsiyyətinə icazə verilir. Hər halda, bilməlisiniz ki, naməhrəmlə fəsada səbəb olan və ya harama düşmək qorxusu mövcud olan ünsiyyətə icazə verilmir.


Sual: Sosial şəbəkələrdə ciddi evlilik niyyətilə bir xanımla yazışmaq icazəlidirmi?

Cavab: Əgər naməhrəmlə hansısa bir şəkildə ünsiyyət qurmağın, hətta sosial şəbəkələr vasitəsilə olsa belə, fəsadı olarsa, yaxud günah etmək qorxusu mövcud olarsa, yaxud bu ünsiyyət şəriət çərçivəsindən xaric olarsa, bu ünsiyyətə icazə verilmir.


Sual: Bir qızı sevmək günahdırmı?

Cavab: Sevmək günah və fəsadla nəticələnmədiyi təqdirdə, sevməyin öz-özlüyündə maneəsi yoxdur. Amma şəri nikah əqdi düzgün qaydada oxunmayanadək, oğlan və qız bir-birinə naməhrəmdirlər. Şəriət qanunlarına və hökmlərinə zidd olan, yaxud fəsadı olan, yaxud da günah etmək qorxusu mövcud olan hər hansı bir kişi-qadın münasibətinə icazə verilmir. Həmçinin əgər naməhrəm barəsində düşünmək şəhvətin təhrik olunması ilə nəticələnərsə, ehtiyata görə, naməhrəm barəsində düşünməmək və xəyal qurmamaq lazımdır.


Sual: Mənim 18 yaşım olacaq və bir qızı sevirəm. Qızın 16 yaşı var. Bilmək istəyirəm ki, mənim onunla yazışmağım günahdırmı? Ehtirası təhrik edən söhbətlər etmədən, onunla danışmaq olarmı?

Cavab: Sizin aranızda şəri nikah əqdi oxunmayanadək, siz bir-birinizə naməhrəmsiniz. Odur ki, şəriət qanunları çərçivəsindən xaric olan, yaxud fəsadı olan, yaxud da günah etmək qorxusu mövcud olan ünsiyyətə icazə verilmir.


Sual: Tanımadığımız bir qadınla ünsiyyət qurmaq üçün ona baxmaq icazəlidirmi?

Cavab: Naməhrəmlə ünsiyyət qurmağın fəsadı və ya günah etmək qorxusu mövcud olduğuna görə, buna icazə verilmir.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər