İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei müsəlman xalqlara və bölgənin qeyrətli gənclərinə ünvanladığı müraciətdə qəhrəman mücahid, komandan Yəhya Sinvarı hörmətlə yad edərək vurğuladı: “Müqavimət cəbhəsi, daha öncə öz görkəmli şəxsiyyətlərinin şəhadətinə baxmayaraq, irəliləməkdə davam etdiyi kimi, Allahın izni ilə Sinvarın şəhadətindən sonra da qətiyyən dayanmayacaq. Həməs diridir və diri qalacaq.
İnqilabın Rəhbərinin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Müsəlman xalqlar!
Bölgənin qeyrətli gəncləri!
Qəhrəman mücahid, komandan Yəhya Sinvar şəhid yoldaşlarına qoşuldu. O, müqavimətin və cihadın parlaq siması idi; zalım və işğalçı düşmən qarşısında polad iradə ilə dayandı. Tədbir və cəsarətlə ona sillə vurdu və 7 oktyabr tarixinin qarşısıalınmaz zərbəsini bu bölgənin tarixi yaddaşına yazdı. Bundan sonra izzət və fəxarətlə şəhidlərin zirvəsinə ucaldı.
Ömrünü işğalçı və zalım düşmənlə mübarizəyə həsr etmiş onun kimi bir şəxsiyyətin həyatının sonu yalnız şəhadətlə bitməlidir. Onun itgisi müqavimət cəbhəsi üçün, əlbəttə ki, dərin bir kədərdir; amma bu cəbhə Şeyx Əhməd Yasin, Fəthi Şəqaqi, Rəntisi və İsmail Həniə kimi böyük şəxsiyyətlərin şəhadəti ilə irəliyə doğru hərəkətindən qalmadı; Sinvarın şəhadəti ilə də heç bir dayanmaya məruz qalmayacaq, Allahın izni ilə. Həməs diridir və diri qalacaq.
Biz hər zaman olduğu kimi, mücahid və ixlaslı mübarizlərin yanında olacağıq, Allahın lütfü və köməkliyi ilə.
Qardaşımız Yəhya Sinvarın şəhadəti münasibətilə onun ailəsini, silahdaşlarını və Allah yolunda cihadı sevən hər kəsi təbrik edir, başsağlığı diləyirəm.
Salam olsun Allahın saleh bəndələrinə.
Seyid Əli Xamenei
28 Mehr 1403
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir