Həzrət Ayətullah Xameneinin övladları Tehrana gətirilmiş bəzi livanlı yaralılar və Livan Hizbullahının islami müqavimətinin döyüşçülərini atalarının tərəfindən ziyarət etdilər.
Livanda baş vermis son hadisələrdə yaralanmış, bədən üzvlərini itirmiş, müalicə və tibbi yardım üçün İrana gətirilmiş müxtəlif yaş qruplarından olan yaralılar arasında hətta körpələr, azyaşlı uşaqlar və yeniyetmələr də var.
Sionist rejimin terrorçu bandasının cinayətlərinin qurbanı olmuş yaralılar müxtəlif dərəcəli yaraları və ağrılarının olmasına baxmayaraq, İslam İnqilabının Rəhbərinin nümayəndələrini isti və səmimi qarşıladılar.
Həzrət Ayətullah Xameneinin övladları aidiyyəti şəxslərlə görüşüb yaralılara göstərilən tibbi xidmətlər və müalicə prosesi ilə yaxından tanış olduqdan sonra yaralıları ziyarət edərək İslam İnqilabının Ali Rəhbərinin salamlarını çatdırdılar.
Hizbullahın şəhid rəhbəri Seyid Həsən Nəsrullahın sionist rejimə qarşı başlatdığı mübarizə xəttinin davam etdirilməsnin zəruriliyi məsələsi, regionda sionizmə qarşı müqavimətə dəstək verdiyi üçün İran xalqına, iranlı həkim və tibb işçilərinə təşəkkür yaralılar və döyüşçülərin İnqilabın Rəhbərinin nümayəndələri ilə olan söhbətlərinin ən mühüm hissələrindən oldu.
Bu döyüşçülər və onların yoldaşları yaralı olmalarına baxmayaraq, ruhi və mənəvi cəhətdən yüksək əhval-ruhiyyə və hazılığa mailk ildilər. Onlar İnqilabın Rəhbərinin övladlarından döyüşçülərin salamının İnqilabın Rəhbərinə çatdırılmasını, ondan müqavimət cəbhəsinin qələbəsi üçün dua etməsini istədilər. Döyüşçülər İnqilabın Rəhbərinə habelə bütün bu acı hadisələrə, hətta Seyid Həsən Nəsrullahın şəhadətinə baxmayaraq, sionist rejimə qarşı aparılan müqəddəs mübarizənin davam etdiriləcəyi və dayanmayacağı ilə bağlı əminlik verilməsini də istədilər.
Onlar vurğuladılar ki, Seyid Həsən Nəsrullahın şəhadəti ilə əziz adamlarını itirsələr də, Livanın islami müqavimətinin mənəvi atası kimi Həzrət Ayətullah Xameneinin kölgəsi qalır, mübarizə onun rəhbərliyi və bələdçiliyi ilə davam edəcək.
Bu görüşlər mənəvi və səmmi bir abu-hava içərisində keçdi. Bəzi yoldaşlar livanlı döyüşçülər və onların yoldaşlarının iman və qəhrəmanlıq ruhiyyəsindən təsirlənərək çox kövrəldilər.
Livanın islami müqavimətinin döyüşçüləri və onların sionist rejimə qarşı müqəddəs mübarizəsinin təkcə iranılar deyil, dünyanın bütün müsəlmanlarının qürur mənbəyi olduğunu vurğulayan İnqilabın Rəhbərinin övladları bu müabirəzəyə və döyüşçülərə dəstək verilməsinin bütün müsəlmanların vəzifəsi olduğunu dedilər. Onlar livanlı döyüşçülərin Allah yolunda apardıqları cihadı yüksək qiymətləndirərək yaralıların tezliklə sağalıb öz ölkələrinə sağ-salamat dönmələrini arzu etdilər.
Ziyarət əsnasında İslami müqavimətin döyüşçüləri və yaralılarına İslam İnqilabının Rəhbərinin adından mənəvi dəyəri olan hədiyyələr, o cümlədən Qurani-Kərim və Həzrət Ayətullah Xameneiyə xas olan xatirə yazısı hədiyyə edildi.
İnqilabın Rəhbərinin müqavimətin yaralı döyüşçülərinə təqdim edilmiş xatirə yazısının mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Mənim əzizlərim!
İlahi sınaqdan başıuca çıxdınız.
Sizin səbir və qətiyyətiniz ən yüksək cihadlardan biridir.
Allah-taaladan sizə şəfa və xeyirli aqibət diləyirəm.
Seyid Əli Xamanei
09 mehr 1403
30 oktyabr 2024
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir