Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri şəhidlərin anım konfransının təşkilatçıları ilə görüşdə dedi:

Şəhidlərin xatirəsi həyatbəxş və hərəkətvericidir

İslam İnqilabının Ali Rəhbərinin 18 sentyabrın 2024-cü il tarixində Mazandaran əyalətinin 14 min 500 şəhidinin xatirəsinə həsr olunmuş konfransın təşkilatçıları ilə görüşdə verdiyi bəyanatın mətni bu gün Saridə konfransın keçirildiyi məkanda yayımlandı.

Bu görüşdə Həzrət Ayətullah Xamenei ayrı-ayrı dövrlərdə İnqilab üçün göstərilən hərtərəfli fədakarlıqlar baxımından Mazandaran əyalətinin mühüm yer tutmuş bir əyalət olduğunu dedi: “Mazandaran xalqı əksinqilablara qarşı mübarizə, Müqəddəs Müdafiə, Hərəmin müdafiəsi, fədakarlıq və mal sərf edilməsinə ehtiyac duyulan bütün meydanlarda olmuşdur”.

O, şəhidlərin bütün dövrlərdə istifadə oluna bilən tükənməz bir xəzinə olduğunu bildirdi: “Hər bir şəhidin sonda şəhidlik məqamına çatmasına səbəb olan vəziyyət və hadisələr olur ki, bu hadisələr onların həyatları dəqiq araşdırılaraq müəyyən edilməli, kitablar, filmlər, seriallar, rəsmlər, heykəllər və hekayələr formasında oxucu, tamaşaçı və izləyici kütləsinə, xüsusən də gənclərə ötürülməlidir”.

İnqilabın Rəhbəri möhtərəm imamın “İslamı diri saxlayan Məhərrəm və Səfərdir” fikirinin şəhid və şəhadətin diri və qaynar mahiyyətindən qaynaqlandığını dedi: “Şəhidlərin xatirəsi yaşadılmalıdır, çünki şəhidlər özləri diri, xaitərləri hərəkətverici və həyatbəxşdir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /