Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri elmi elitlərdən bir qrupu ilə görüşdə vurğuladı:

Regionda müharibəni dayandırmağın yeganə yolu Amerikanın şərini azaltmaqdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər yüzlərlə elmi elit, olimpiadalar və universitetlərə qəbul imtahanlarının qalibləri ilə görüşdə elitadan müxtəlif sektorlarda maksimum dərəcədə istifadə edilməsi və ölkənin işlərində onların effektiv potensialından faydalanmaq üçün zəmin yaradılmasının vacibliyini qeyd edərək dedi: “Bu gün elitanın ən mühüm vəzifəsi və cihadı yeni bir elmi hərəkat və inqilab yaratmaqdır”.

İslam İnqilabının Rəhbəri habelə tezliklə Qəzzə və Livan məsələlərinin İran xalqı ilə müzakirə ediləcəyini vurğulayaraq əlavə etdi: “Regionun problemlərinin kökü ABŞ və bəzi Avropa ölkələri kimi yalandan sülh və əmin-amanlıq iddiasında olanlardır. Bu əsasla regionda münaqişələr və müharibələrə son qoymağın yeganə yolu bu ölkələrin şərini azaltmaqdır”.

İnqilabın Rəhbəri bu görüşün əvvəlində böyük mücahid Seyid Həsən Nəsrullahın şəhadətinə işarə edərək dedi: “Biz bu günlərdə matəm içindəyik və mən xüsusilə ona görə matəm içindəyəm ki, cənab Seyid Həsən Nəsrullahın itkisi kiçik itki deyil. Ölkədə ümumrespublika matəm günlərinin olmasına baxmayaraq, elita ilə əvvəlcədən planlaşdırılan görüşü başqa vaxta keçirmədik”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, elitlərlə görüşün təyin olunmuş vaxtda keçirilməsinin səbəbi elita məsələsinin əhəmiyyətinə diqqət yetirilməsinin zəruriliyini çatdırmaqdır: “Bu görüşün keçirilməsinin mesajı budur ki, biz matəmdə olsaq da, matəmimiz matəm, depressiya və bir küncə çəkilmək deyil, həzrət Seyyidüş-şühədanın (ə) əzadarlığına xas olan həyatvericilik xüsusiyyətinə, iş və tərəqqiyə stimul verən bir mahiyyətə malikdir. Bu mesaj qəlbimizə və ruhumuza, həqiqətən, nüfuz etməlidir”.

O dedi: “Regionda münaqişə və müharibələri yaradan amil və əsas problem yalandan sülh və əmin-amanlıq iddiası edən ABŞ və bəzi Avropa ölkələrinin mövcudluğudur. Əgər onların bu bölgədəki şəri azalarsa, münaqişələr və müharibələr sona çatacaq. Ölkələr özləri bölgəni idarə edə, sülh və rifah içərisində birgə yaşamaq iqtidarındadırlar.

İslam İnqilabının Rəhbəri Səddamın İran üzərinə hücuma təhrik edilməsi, acı və çətin günlərin ortaya çıxmasının Amerika və qərblilərin regionda müharibəni qızışdırmasının bir nümunəsi olduğunu dedi: “Hal-hazırda İranla İraq arasındakı sevgi və bu sevginin böyük Ərbəin yürüşündəki təzahürünün kuliminasiyası bölgənin problemlərinin əsas səbəbkarının yalançı sülh iddiaçıları olduğunu açıq şəkildə göstərən bir nümunədir. Allahın lütfü, İran xalqının böyük qətiyyəti, İslam İnqilabının verdiyi ilham və digər xalqların köməyi ilə onların regiondakı şərini azaltmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei daha sonra prezidentin elmi məsələlər üzrə müavini və elitlərdən yeddisinin bu görüşdə etdikləri dərin və ümidverici çıxışları yüksək qiymətləndirərək elitlər mövzusu haqqında belə dedi: “Aktivlik və böyük hədəflərə köklənmək gəncin zəkasına xas olan xüsusiyyətdir. Şübhəsiz ki, bu, təqdirəlayiqdir. Amma bu plan və proqramlar ciddi şəkildə izlənilməklə, praktiki və reallaşa bilən təkliflər şəklində müvafiq qurumlara ötürülməlidir”.

İnqilabın Rəhbəri çıxışının davamında görüşün mövzusuna uyğun olan üç məsələ - ölkədəki elitanın reallığına diqqət, elitanın qorunması və artırılması, elitanın vəzifə və öhdəlikləri məsələsindən danışdı.

Həzrət Ayətullah Xamenei birinci məsələdən, yəni ölkədəki elitanın reallıqlarına diqqət yetirilməsinin vacibliyindən danışarkən potensial və imkanlardan xəbərsiz olmağın bir ölkə üçün ən mühüm bəlalardan biri olduğunu dedi. O, bədxahların imkanları gizlətmək və ya inkar etmək cəhdlərinə qarşı onların tanınmasının zəruriliyini vurğuladı: “Bəziləri hələ də 100 il əvvəlki kimi düşünür və elmi bacarığı inkar edərək, ölkənin indiki ərazisi və ekosistemində çox böyük və heyrətamiz hadisələrin baş verə biləcəyi həqiqətini qəbul edə bilmirlər”.

Ayətullah Xamenei elitizm və elitizm imkanlarının ölkənin ən mühüm sərvətlərindən biri olduğunu dedi: “Elitizm üçün ən mühüm zəmin İQ-dür. İran İQ baxımından dünyanın qabaqcıl ölkələrindən biridir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, diktatura dövründə elitizm və elitizmə əhəmiyyət verilməsi tamamilə diqqətdən kənarda qalmışdı: “İnqilabdan sonra elitaların müxtəlif bacarıqlarına diqqət yetirildi. Bu diqqət onların daha çoxunun müxtəlif sahələrə, o cümlədən su, neft, qaz, nevə enerjisi, nano texnologiya və süni intellekt kimi yeni elm sahələrinə daxil edilməsi ilə ikiqat artırılmalıdır. Bu iş də Prezidentin elmi məsələlər üzrə mavininin vəzifələrindəndir. Elitlərin müəyyən edilməsi və onlardan istifadə edilməsi üçün Elitlər Fondunun yaradılması mühüm işlər görmək məqsədi daşıyır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, elitlərin qorunması və çoxaldılması, puç ümidlərlə ölkəni tərk etməsi və qaçıb getməsinin qarşısının alınması onların özlərini ölkə üçün effektiv təsirə malik olması hissindən asılıdır: “Elit hər hansı tədqiqat institutunun və ya dövlət qurumunun bağlanması ilə qarşılaşdıqda özünü təsirsiz hiss edir və dolanışığını təmin etmək üçün elit olmayan işlə məşğul olmaq məcburiyyətində qalır”.

O, elitaların müraciətləri və öz bacarıqlarını təqdim etmələri üçün müəyyən bir mexanizmin olmasının zəruriliyini vurğuladı: “Prezidentin elmi məsələlər üzrə müavini bu sahədə də birləşdirici halqa ola bilər. Əlbəttə, bütün dövlət və hökumət orqanları elitlərdən istifadə etməli və onlarda effektivlik və istifadə üçün yararlılıq hissini yaratmalıdırlar”.

İnqilabın Rəhbəri bəzi ölkələrdə elmi tədqiqat sahələrinin mövcudluğu səbəbindən bəzi elitlərin öz elmi araşdırmalarını artırmaq və davam etdirmək məqsədilə ölkəni tərk etməsinə işarə edərək elmi tədqiqat və inkişaf üçün şərait yaradılmasının zəruriliyini vurğuladı: “Elitlərin rolundan istifadə edilməsi məqsədinə xidmət edən başqa bir sahə hər bir elm sahəsinin elitlərini birləşdirən beyin mərkəzlərinin yaradılmasıdır. Prezidentin elmi məsələlər üzrə müavini elitlərin aidiyyəti mərkəzlərə cəlb edilməsində də birləşdirici halqa rolunu oynayır. Yeri gəlmişkən, elitlərin incə ruhiyyəsi üçün təhlükəli olan bürokratiyalar da ortadan qaldırılmalıdır”.

O, elitlərlə bağlı məsələlərin üçüncü istiqaməti, yəni onların məsuliyyət və vəzifələrindən danışarkən əlavə etdi: “Elitanın məsuliyyəti digərlərindən daha çoxdur, çünki onlar elm, şərəf və sərvət kimi ilahi nemət və lütflərə digərlərindən daha çox sahibdirlər”.

Həzrət Ayətullah Xamenei ölkənin elmi yüksəlişində elitanın məsuliyyətinin çox əhəmiyyət daşıdığını bildirdi: “Elmi yüksəliş müəyyən bir dövrdə qurumların və universitetlərin dəstəyi ilə müşayiət olundu ki, bu da elmi inkişafın sürətinin artması ilə nəticələndi. O zaman da qeyd edildi. Amma ölkənin bu elmi inkişaf sürəti bir qədər azaldı”.

O, dünyada elmin sürətli inkişafına işarə edərək elitanı elmi yüksəliş üçün cihad etməyə çağırdı: “Ölkədə yeni elmi yüksəlişə və hərəkata ehtiyac var ki, bu da elitanın vəzifəsidir. Təbii ki, elmi-tədqiqat mərkəzləri də bu sahədə məsuliyyət daşıyır. Lakin əsl faktor elit fərd özüdür”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, yeni elmi hərəkat və inqilab yaradılması elitanın cihadıdır. O vurğuladı ki, yeni elmi hərəkat və inqilab rəqiblər və bədxahlar üzərində üstünlük qazanılmasına səbəb olacaq: “Elmi və texnoloji üstünlüyün nəticələrindən biri də budur ki, düşmən Qəzzə və Beyrutun Zahiyə qəsəbəsinə zərbə endirə bilməyəcək, xalqın və gənclərin qəlbini yandıran odlara mane olacaq”.

O, növbəti tövsiyəsində elm təməlli şirkətlərin sayı ilə 7-ci proqramda nəzərdə tutulan say arasında böyük fərqin olduğuna işarə edərək şirkətlərin sayının artırılmasının zəruriliyini vurğuladı: “Təbii ki, bu artım elm təməlli şirkətlərin şərəf nişanını aşağı salmamalı və şirkətləri elm təməlli olmaqdan çıxaracq bir şəkildə həyata keçirilməməlidir. Əslində, qiymətləndirilmələrdə çox böyük ciddilik göstərilməlidir”.

Bu görüşün əvvəlində Prezidentin elm, texnologiya və iqtisadi məsələlər üzrə müavini və Elitlər Milli Fondunun prezidenti doktor Hüseyn Əfşin bu gün texnologiyanın dünyada əsas güc komponentinə çevrildiyini, təchizat zəncirinin texnoloji sferalarda strateji əhəmiyyət kəsb etdiyini vurğuladı. O bu şöbənin texnoloji iqtidarın artırılması, o cümlədən əhatəli süni intellekt proqramının hazırlanması istiqamətində planlaşdırdığı proqramlar haqqında məlumat verdi.

Görüşdə Milli Elitlər Fondunun aşağıda adları qeyd edilən 7 üzvü çıxış etdi:

- Beynəlxalq münasibətlər ixtisası doktorant Milad Lütfi;

- Su idarə edilməsi ixtisası üzrə fəlsəfə doktoru Höccət Mianabadi;

- İqtisadiyyat üzrə fəlsəfə doktoru və 2000-ci il Ümumdünya Riyaziyyat Olimpiadasının bürünc medalçısı Seyid Əli Mədənizadə;

- Kənd təsərrüfatının inkişafı ixtisası üzrə fəlsəfə doktoru və Milli Elitlər Fondunun təhsil üzrə mükafatçısı Rəsul Livayi;

- Su ehtiyatlarının idarə edilməsi ixtisası üzrə fəlsəfə doktoru və Milli Elitlər Fondunun təhsil üzrə mükafatçısı Səccad İntişari;

Xanımlardan:

- Sənaye mühəndisliyi ixtisası üzrə fəlsəfə doktoru və doktorantura pilləsini ən yüksək nəticə ilə başa vurmuş Məryəm Rezapur;

- İstedadlılar – 2 tam orta məktəbin on ikinci sinif şagirdi və 2024-cü il Dünya Astronomiya və Astrofizika Olimpiadasının qızıl medalçısı Hənnanə Xorrəmdəşti.

Çıxışçılar öz çıxışlarında ölkənin ayrı-ayrı məsələləri ilə bağlı fikir və təkliflərini səsləndirdilər:

Regional və beynəlxalq səviyyəli elit tələbələrin cəlb edilməsi prosesinin sağlamlaşıdırlması ilə ölkənin elmi diplomatiyasının inkişaf etdirilməsi zərurəti; enerji, ərzaq təhlükəsizliyi, logistika və pul siyasəti kimi prioritet sahələrdə süni intellektin səmərəliliyinin artırılması üçün platforma yaradılması; su siyasətləri sahəsində maraqların toqquşmasının həlli; su diplomatiyasını yaxşılaşdırmaq üçün regional əməkdaşlıq təşkilatlarının potensialından və yumşaq güc vasitələrindən istifadə; ölkənin idarəetmə sistemini gücləndirmək və elitaları səfərbər etməklə inkişaf proqramlarının və yüksək sənədlərin məqsədlərinin həyata keçirilməsi; elitanın inzibati bacarıqlarla təchiz edilməsi və idarələrdə işə cəlb edilməsi prosesinin korreksiyası, paralel şuraların ləğvi və inkişafa rəhbərlik edən komitələrin yaradılması yolu ilə qanunlar və struktur inflyasiyanın aradan qaldırılması ilə insan kapitalının təkmilləşdirilməsi; universitetə yekun qəbul ballarının ağır kölgəsinin aradan qaldırılması ilə qəbul imtahanının qiymətləndirilməsi prosesində islahatların aparılması; elit nümunələrin təqdim edilməsi və yeniyetmələr üçün elmi həyat tərzinin təbliği; elm olimpiadalarında iştirak üçün yaş həddinin azaldılması; qida tullantılarının idarə edilməsi tərəfindən ərzaq təhlükəsizliyinin yaradılması və Məkoran sahillərinin ölkənin iqtisadi paytaxtına çevrilməsinin operativ modelini həyata keçirmək üçün orta dairələrin olması zərurəti elitlərin İslam İnqilabının Rəhbəri ilə bu günkü görüşdə qaldırdıqları məsələlər arasında yer aldı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /