İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bir müraciətində mənfur sionist rejimin Beyrutun Zahiyə qəsəbəsinə etdiyi hücumlar zamanı dünyasını dəyişmiş cəsur və müdrik briqada generalı Abbas Nilforuşanın (Allah ona rəhmət etsin) şəhadətini təbrik edərək başsağlığı verdi.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Cəsur və müdrik briqada generalı Abbas Nilforuşan (Allah ona rəhmət etsin) mənfur sionist rejimin Beyrutun Zahiyə qəsəbəsinə etdiyi hücumlar zamanı Allah dərgahına ucaldı.
Allahın və övliyalarının salam və rəhməti bu Allah yolunun mücahidinin üzərinə olsun.
İslamın bayrağını yüksəklərdə saxlamaq üçün ömrünü cihad meydanında keçirmiş bu adamın Allah yolunda şəhadətə yetməsi böyük bir lütfdür.
Mən bu əziz şəhidin dəyərli ailəsi və əməkdaşlarını təbrik edir, onlara başsağlığı verir və hər birinə Allahdan lütf və ucalıq diləyirəm.
Seyid Əli Xamenei
10 mehr 1403
01 oktyabr 2024
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir