Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbərin nümayəndəsi zərərçəkmişlərin ailələrilə görüşmək üçün Təbəsə getdi

İnqilabın Ali Rəhbərinin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Mərvi son günlər baş vermiş mədən qəzasının son vəziyyəti ilə tanış olmaq və mərhumların ailələrinin dərdinə şərik olmaq və təsəlli vermək məqsədilə Təbəsə səfər etdi.

İnqilabın Rəhbərinin nümayəndəsi Təbəsdə ilk olaraq şəhərin rəhbər və məsul şəxsləri ilə görüşüb hadisə ilə bağlı bir daha başsağlığı verdi: “Mənim missiyam İnqilabın Rəhbərinin təəssüf və kədər hissini Təbəs mədəninin qurbanlarının kədərli ailələrinə çatdırmaqdır.

Bu görüşdə Höccətül-İslam vəl-müslimin Mərvi mədənçilərin ailələrinin vəziyyətini öyrənmək məqəsədilə səfər etdiyini dedi: “İnqilabın Rəhbəri hadisənin ilk günlərində başsağlığı verərək bu kədərli və acı hadisədən dərin hüzün və kədər hissi duyduğunu bildirdi. Ayrı-ayrı idarələrin məsul şəxslərinə onun tərəfindən müxtəlif göstərişlər verildi. Amma yenə də ürəyi rahatlıq tapmadı. Buna görə də dünən mənə buyurdu ki, onun tərəfindən bu regiona səfər edib, mərhumların ailələrinə bir daha başsağlığı verim”.

İnqilab Rəhbərinin nümayəndəsinin bu səfər çərçivəsindəki proqramına hadisənin son vəziyyəti ilə tanış olmaq, mərhumların ailələri ilə görüşüb təsəlli vermək, Həzrət Ayətullah Xameneinin salam və başsağlığını onlara çatdırmaq da daxil idi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /