İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Təbəsdə mədənin partlaması və bir neçə işçinin ölümü ilə nəticələnən acı faciədən sonra matəmə batmış ailələrə verdiyi başsağlığı müraciətində fəhlələrə yardım göstərilməsi üçün maksimum dərəcədə səy göstərilməsinin vacibliyini vurğulayıb.
İnqilabın Rəhbərinin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Təbəsin kömür mədənində çoxlu sayda işçinin həlak olması və ya yaralanması ilə nəticələnən acı və kədərli hadisəyə görə bu əzizlərin ailələrinə və o bölgənin əhalisinə başsağlığı verirəm. Hökumət qurumları tərəfindən qəza yerinə yolanmış yardım qrupundan istəyim budur ki, onları xilas etmək üçün maksimum dərəcədə səy göstərsinlər və bu fəlakətin miqyasını azaltmaq üçün bütün lazımi tədbirləri görsünlər. Yaralıların vəziyyəti ilə də təcili surətdə məşğul olmaq lazımdır.
Seyid Əli Xamenei
1 mehr 1403
22 sentyabr 2024
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir