İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei müqəddəs müdafiə həftəsi və “Lalələrin ziyafəti” günü münasibəti ilə etdiyi müraciətində uca şəhidlərin xatirəsini yad etməyin İran xalqının hərəkət xəttinin sağlamlığının və İnqilab xəttindən yayınmamağın qarantı kimi qiymətləndirdi.
Müraciətin mətni Vəliyyi-fəqihin Şəhid və Fədakarlar Fondu üzrə nümayəndəsi Höccətül-İslam Musəvi Müqəddəmi tərəfindən Tehranın “Behişti-Zəhra” şəhidlər xiyabanında səsləndirildi. Ölkə üzrə təşkil edilmiş “Lalələrin ziyafəti” adlı tədbir çərçivəsində şəhid məzarlarının tozunun alınması, ətirlənməsi, üzərlərinə güllər qoyulması tədbirləri həyata keçirildi.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Müqəddəs Müdafiə Həftəsi ölkənin ab-havasını uca şəhidlərin xatirəsi ilə işıqlandırmaq üçün gözəl fürsətdir. Bu əziz xatirə İran xalqının hərəkət xəttinin sağlamlığı və inqilab istiqamətindən sapmamasının təminatçısıdır. Bunun qədir-qiymətini bilmək lazımdır.
Həyatın gündəlik məşğuliyyətləri və qəflətləri içərisindəyik. Bu təbii hadisələrin bizi o nur və saflıq mənbəyindən uzaqlaşdırmasına imkan verməməliyik. Alim və Qadir olan Allahın köməkliyi ümidi ilə.
Seyid Əli Xamenei
5 mehr 1403
26 sentyabr 2024
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir