Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbərinin Livandakı son hadisələrlə bağlı mühüm mesajı

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Livandakı son hadisələrlə bağlı mühüm mesaj verib.

İnqilabın Rəhbərinin mesajının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Livanda müdafiəsiz insanların qətlə yetirilməsi quduz sionist itinin yırtıcı xislətini hər kəsə bir daha göstərməklə yanaşı, qəsbkar rejimin rəhbərlərinin dar düşüncəliliyini və axmaq siyasətini sübut etdi. Sionist rejimi idarə edən terrorçu dəstə Qəzzada apardığı bir illik cinayətkar müharibədən dərs almadı. Onlar qadın, uşaq və mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin müqavimət təşkilatının möhkəm strukturuna təsir göstərə və onu məhv edə bilməyəcəyini anlaya bilmədilər. İndi də eyni axmaq siyasəti Livanda həyata keçirirlər. Sionist cinayətkarlar bilməlidirlər ki, onlar Livan Hizbullahının güclü strukturuna ciddi ziyan vura bilməyəcək qədər kiçikdirlər.

Bölgənin bütün müqavimət qüvvələri Hizbullahın yanındadır və onu dəstəkləyir. Bu bölgənin taleyini müqavimət qüvvələri müəyyən edəcək və onların başında başıuca Hizbullah dayanır. Livan xalqı qəsbkar rejimin hərbçilərinin Beyrutu çəkmələri altında tapdaladıqları günləri unutmayıb. Onların ayağını kəsən, Livanı izzətli və başıuca edən Hizbullah olub.

Livan işğalçı, xəbis və mənfur düşməni bu gün də peşman edəcək. Öz imkanları ilə Livan xalqının və Hizbullahın yanında qürurla dayanmaq, qəsbkar, zalım və mənfur rejimlə mübarizədə ona kömək etmək bütün müsəlmanlara vacibdir.

Salam olsun Allahın saleh bəndələrinə

Seyid Əli Xamenei
7 mehr 1403
28 sentyabr 2024

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /