İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər minlərlə qazi, Müqəddəs Müdafiə və müqavimət fəalı ilə görüşdə məcburi müharibənin başlamasının səbəblərini açıqlayaraq İslam Respublikasının dünyaya hakim kəsilmiş korrupsioner və batil sistem qarşısındakı cazibələri və yeni sözünün olması amillərinə toxundu: “Müqəddəs Müdafiə vətənin layiqli müdafiəsi ilə yanaşı, dinin müdafiəsi və Allah yolunın müvahidləri idi. İslamı diriltdi, İran xalqına izzət, ölkədə mənəvi ruha rəvac verdi”.
İslam İnqilabının Rəhbəri habelə regionun hazırkı vəziyyətinə, sionist rejimin Qəzzə və Livandakı cinayətlərinə işarə edərək, müqavimət cəbhəsi qüvvələrinin Fələstində, Hizbullahın isə Livandakı mübarizə və mövqelərinin Müqəddəs Müdafiə dövründə həyata keçirilmiş Allah yolunda cihadla eyni mahiyyətə malik olduğunu dedi: “Qəsbkar sionist rejimin Qəzzə, İordan çayının qərb sahili və Livanda törətdiyi cinayətlərə və faciələrə baxmayaraq, meydanın bu vaxta qədərki qalibi Allah yolunda cihad olmuşdur. Allahın lütfü ilə meydanın son qalibi də Müqavimət Cəbhəsi və Hizbullah olacaq”.
Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə həftəsi münasibətilə keçirilən bu görüşdə ilk olaraq 8 illik müharibənin səbəblərindən danışdı.
Bu sözlərin ünvanının hər kəs, xüsusilə də gənc nəsil olduğunu vurğulayan İnqilabın Rəhbəri 1359-cu ildə İran xalqına qarşı başladılmış müharibənin səbəblərini açıqladı: “İran sərhədlərinə hücumun motivi Səddama və Bəəsə məxsus deyildi. O dövrün dünya nizamının liderləri sayılan ABŞ, Sovet İttifaqı və onların ardıcılları da bu hücumda maraqlı idilər”.
O bildirdi ki, super güclərin İranın bənzərsiz xalq inqilabı ilə düşmənçiliyinin səbəbi bu inqilabın yeni təfəkkürü və mesajının onlar üçün dözülməz olmasıdır: “Onların düşmənçiliklərinin səbəbi budur ki, İslam İnqilabı dünyaya hakim kəsilmiş batil və dağıdıcı nizama, imperialist sistemə, yəni dünyanın istila edən və istilanı qəbul edən olmaqla iki yerə bölünməsi, imperialist mədəniyyətin digər ölkələrə diqtə edilməsinə qarşı idi”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki. imperialistlər İslam İnqilabının xalqlar üçün cəlbedici və inkişaf imkanına malik olan yeni sözünə dözə bilmirdilər: “Onlar İrana hücum etmək üçün fürsət axtarırdılar. Məqampərəst, tamahkar, həyasız, zalım, laqeyd Səddam bu fürsəti o güclər üçün yaratdı və onların təhriki ilə İrana hücum etdi”.
O, daxildə bəzi şəxslərin İslam Respublikasının bütün dünyaya qarşı qəzəbli və küskün olması barədə açıqlamalarına toxunaraq dedi: “Əgər onlar dünya ilə siyasi və iqtisadi əlaqələrin kəsilməsinin nəzərdə tuturlarsa, bu, reallığın açıq-aşkar əksidir, çünki bu gün dünya əhalisinin yarısının yaşadığı ölkələrlə ünsiyyətdə və qarşılıqlı əlaqədəyik. Amma qəzəb deyilərkən imperialist sistemin siyasi nizamına qarşı çıxmaq nəzərdə tutulursa, bu, doğrudur və biz inqilabın ilk günündə olduğu kimi, bu gün də ABŞ və qərblilərin hökmranlıq etdiyi imperializm sisteminə qarşıyıq və bunu açıq şəkildə elan edirik”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, bu gün İran xalqının müxtəlif sahələrdəki mövcudluğu və müqaviməti sayəsində düşmənin İran sərhədlərinə hücum etməyə cəsarəti yoxdur: “Onlar bu gün başqa bir şəkildə fitnə-fəsad və inadkarlıqla məşğuldurlar. Anlamaq lazımdır ki, onların düşmənçiliklərinin səbəbi nüvə enerjisi, insan haqları və qadın hüquqları kimi məsələlər deyil. Onlar İslam Respublikasının korrupsioner dünya nizamına müxalif olan yeni sözünə qarşıdırlar. Xalq və İslam dövləti onların zorakı diktəsini qəbul etməsə, bu müxalifət ortadan qalxmayacaq. Əlbəttə ki, biz onların zorakı diktəsini qəbul etməyəcəyik”.
O, İslam dövlətinin siyasi cazibəsi, yəni yanlış dünya nizamına qarşı durması ilə yanaşı, mənəvi cazibəsinin, yəni buradakı Allaha imanının dünya xalqlarını, xüsusilə gəncləri cəzb etməsində, habelə imperialistləri qorxuya salmaqda təsirli olduğunu dedi.
O, çıxışının ikinci hissəsində, yəni müharibə ilə bağlı açıqlamasında dedi: “Müharibə hesabatı təsvir xarakterli hesabatdır, yəni düşmən ordusunun tam təchizat və təşkilatçılığı da daxil olmaqla, vəziyyəti, hərbi qüvvələrin davamlı dəstəyini ifadə edən, ABŞ, Sovet İttifaqı və Avropanın Səddama davamlı dəstəyi, ABŞ tərəfindən meydan məlumatlarının ötürülməsi, bəzi qonşu dövlətlər tərəfindən maliyyə təminatını ehtiva edən bir hesabatdır”.
Həzrət Ayətullah Xamenei müharibənin əvvəlində ölkəmizin hərbi texnika və döyüş təşkili baxımından əlverişsiz vəziyyətinə işarə edərək dedi: “Proqnozlara, normal və maddi qaydalara əsasən, təcavüzkar bir və ya bir neçə həftə ərzində Tehrana çatmalı idi, lakin müharibənin əvvəlində imkan baxımından zəif olan qüvvələrimiz bir ildən sonra parlaq fəthlərlə Səddamın yaxşı təchiz edilmiş ordusuna ölümcül zərbə vurdu və səkkiz ildən sonra da ölkə sərhədlərindən qovub çıxardı. Bu qələbənin əsas amili iman və mübarizə idi”.
O qeyd etdi ki, təsviri məlumatlandırmadan daha vacib olan başqa bir növ müharibə xəbəri müharibənin izahlı təqdimatıdır. O, gənc nəslin hər iki növ müharibə xəbərindən məlumatlı olmasının zəruriliyini vurğulayaraq dedi: “Bu xəbərə əsasən, müharibə təkcə Vətənin müdafiəsi üçün deyildi. Vətənin müdafiəsi bir dəyərdir. Lakin İslam ədəbiyyatında Allah yolunda cihad adlanan müharibə məsələsi, yəni İslamı müdafiə etmək, Quranın göstərişinə əməl etmək bu dəyərdən yüksəkdə dayanır”.
İnqilab Rəhbəri Müqəddəs Müdafiənin inqilabı və İslamı yaşatdığını, İran millətini izzətli etməklə ölkədə mənəviyyat ruhuna rəvac verdiyini vurğuladı: “Bu cəhətdən bütün cəbhələr ibadət, dua, təvəssül, gecələr axıdılan göz yaşları və riyasız xidmətlər meydanına çevrildi”.
Həzrət Ayətullah Xamenei işarə etdi: “Məhz belə bir ruhiyyə ilə İran xalqı səkkiz illik müharibədə çoxlu çətinliklərə məruz qalmasına baxmayaraq, Allah-taala Öz izzəti, qələbə və zəfərini bu xalqa bəxş etdi”.
İnqilabın Rəhbəri daha sonra Fələstin və Livandakı mövcud hadisələri Müqəddəs Müdafiə dövrünün hadisələri və Allah yolunda cihadın bir nümunəsi olduğunu vurğulayaraq dedi: “Bir İslam ölkəsi, yəni Fələstin dünyanın ən mənfur kafirləri tərəfindən qəsb edilib. Qəti şəriət hökmünə əsasən, hər kəs Fələstini və Məscidül-Əqsanı öz sahiblərinə qaytarmağa çalışmalıdır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qəzzəyə görə özünü sipər edən və acı hadisələrə məruz qalan Livan Hizbullahı Allah yolunda cihad edir”.
O, bu müharibə ilə səkkiz illik məcburi müharibənin başqa bir oxşarlığına işarə edərək dedi: “Bu müharibədə kafir və xəbis düşmən ən çox texnikaya sahibdir, ABŞ da onun arxasındadır. Amerikalılar sionistlərin bu hərəkətlərdən xəbərsiz olduqlarını, məsələyə heç bir müdaxilə etmədiklərini iddia edirlər. Bu, reallığa tamamilə ziddir”.
İslam İnqilabının Rəhbəri sionist düşmənin pul, silah və qlobal təbliğata malik olduğunu vurğulayaraq dedi: “Mücahidlər və möminlərin təchizat və imkanları qarşı tərəflə müqayisədə çox kiçikdir, lakin qalib tərəf Allah yolunun mücahidi, yəni Fələstin müqaviməti və Livan Hizbullahıdır”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, müqavimət cəbhəsinin qələbə qazanmasının səbəbi sionist rejimin günahsız qadın və uşaqların kütləvi şəkildə qətlə yetirilməsi, məktəb və xəstəxanaları bombalanması kimi cinayətkar davranışlarıdır: “Əgər sionist rejim istər Qəzzədə, istər İordan çayının qərb sahili, istərsə də Livanda mübarizəyə qalxmış qüvvələrini məğlub edə bilsəydi, özünü qalib göstərmək üçün bu şəkildə cinayət törətməyə ehtiyacı qlamazdı”.
O, müqavimət qüvvələrinə vurulan zərbələrin, Livan Hizbullahının nüfuzlu və dəyərli üzvlərinin şəhid olmasını bu qəhrəman qruplaşmanın itkisi hesab etdi: “Bu xəsarətlər Hizbullahı çökdürəcək itkilər deyil, çünki Hizbullahın təşkilati və hərbi gücü, iqtidarı bunlardan qat-qat yüksəkdir.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Müqavimət cəbhəsi bu günə qədər qalib olub və Allahın lütfü ilə son qələbə də bu cəbhəyə məxsus olacaq”.
Həzrət Ayətullah Xamenei çıxışının son hissəsini daxili məsələlərlə bağlı bir mühüm xatırlatmaya həsr etdi. O vurğuladı ki, döyüşçülərimiz və mücahidlərimiz düşmən bayrağının ölkə sərhədlərində dalğalanmasının qarşısını almaq üçün canlarını fəda etdilər, ailələrini qəm-qüssəyə qərq etdilər: “Bu fədakarlıqlara baxmayaraq, İran xalqı düşmənin mədəni təsir, həyat tərzi, düşməncəsinə vəsvəsələri bayrağının ölkənin və ayrı-ayrı qurumların aldanmış nüfuzlu şəxlsəri tərəfindən qaldırılmasını qəbul etməz”.
O, ayrı-ayrı idarələrin, xüsusən də Təhsil Nazirliyi, Elm Nazirliyi, Səhiyyə Nazirliyi, mətbuat və tele-radio şirkətlərinə nüfuz qarşısında diqqətli olmağı israrla tövsiyə etdi: “Onlar ayıq-sayıq olmalı, döyüşçülərimiz tərəfindən sərhədlərdə məğlub edilmiş düşmənin öz planlarını hiylə və kələklər vasitəsilə ölkə daxilində hətyata keçirməsinə imkan verməməlidirlər”.
Bu görüşün əvvəlində böyük şəhid ailələrinin altı üzvü və Müqəddəs Müdafiə mədəniyyəti fəalları qurban və şəhadət mədəniyyəti, onların iş sahələrinə təsiri, bu mədəniyyətin inkişaf yolları, eləcə də bəzi şəhidlərin problemləri və qayğılarından danışdı.
Müqəddəs Müdafiə Dəyərlərinin Qorunması və Nəşri Fondunun rəhbəri general Bəhmən Karqar bu fondun fəaliyyəti ilə bağlı hesabat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir