Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri dövlətin məsul şəxsləri və İslam ölkələrinin səfirləri ilə görüşdə dedi:

Ümmət yaratmaq İslam Peyğəmbərinin (s) ən mühüm dərsidir

İslam İnqilabının Rəhbəri sonuncu peyğəmbər həzrət Məhəmməd Mustafa (s) və İmam Sadiqin (ə) mövlud ildönümü münasibətilə bu gün səhər saatlarında dövlətin məsul şəxsləri, İslam ölkələrinin səfirləri, vəhdət konfransında iştirak etmiş qonaqlar, habelə xalqın müxtəlif təbəqlərindən olan insanlarla görüşdə Peyğəmbərin (s) böyük dərsinin ümmət yaratmaq olduğunu dedi. O vurğuladı ki, İslam ümmətinin təşəkkülü və İslam dünyasının vəhdətində nüfuz sahiblərinin üzərinə mühüm vəzifə düşür:  “Müəslmanlar İslam ümmətinin təşəkkülü və öz daxili qüdrətləri sayəsində mənfur sionist rejimi xərçəngini Fələstindən uzaqlaşdıra, ABŞ-ın regiondakı hegemon müdaxiləsinə son qoya bilərlər”.

Həzrət Ayətullah Xamenei bu görüşdə Rəsuli-Əkrəmin (s) və İmam Cəfər Sadiqin (ə) mövlud ildönümünü təbrik edərək qeyd etdi ki, İslam Peyğəmbərinin (s) mövludu peyğəmbəriyin sonunun müqəddiməsi, yəni bəşəriyyətin səadətinin son və kamil nüsxəsidir: “İlahi peyğəmbərlər tarix boyu bəşəriyyətin hərəkətinin bələdçiləri olmuş, həm yol göstərmiş, həm də fitrət, fikir və düşüncə gücünü ayıltmaqla insanlara yolu təyin etmək qüdrəti bəxş etmişlər”.

O, peyğəmbərlərin dəvət formasının müxtəlif dövrlərdən asılı olaraq bir-birindən fərqləndiyini qeyd edərək bəşəriyyət tarixinin əzəmətli karvanının son və əsas sarvanının İslam Peyğəmbəri (s) olduğunu dedi: “İslam Peyğəmbəri həyat üçün kamil, əhatəli və hərtərəfəli bir dərs gətirib. Peyğəmbərin (s) bizə verdiyi ən böyük dərs ümmət yaratmaq və İslam ümməti təşkil etməkdir”.

İslam İnqilabının Rəhbəri Həzrət Peyğəmbərin (s) Məkkədəki 13 illik mübarizələri, çətinlikləri, aclıqları və fədakarlıqlarının, ondan sonra hicrət dövrünün mübarizə və çətinliklərinin İslam ümmətinin əsasının qoyulması üçün zəmin olduğunu dedi: “Bu gün İslam ölkələrinin sayı çoxdur. Dünyada təqribən 2 milyard müsəlman yaşayır. Amma biz bu topluya ümmət adı qoya bilmirik. Çünki ümmət bir məqsədə doğru birlikdə və motivasiya ilə hərəkət edən bir kompleksdir. Amma biz müsəlmanlar bu gün pərakəndəyik”.

Həzrət Ayətullah Xamenei müsəlmanların parçalanmasının İslam düşmənlərinin hegemoniyası və bəzi İslam ölkələrinin ABŞ-ın dəstəyinə ehtiyac duyması ilə nəticələndiyini dedi: “Müsəlmanlar parçalanmasaydılar, bir-birlərinin imkanları və dəstəyindən istifadə edərək bütün böyük güclərdən qüdrətli olan və ABŞ-ın dəstəyinə ehtiyacı olmayan vahid bir kompleks yarada bilərdilər”.

O, İslam ümmətinin formalaşmasına təsir göstərən amilləri sadalayaraq dedi: “İslam hökumətləri bu sahədə effektiv rol oynaya bilərlər. Amma onların motivasiyası güclü deyil. Bu, İslam dünyasının nüfuzlu şəxslərinin, yəni hökumət rəhbərlərində motivasiya yaradan siyasətçilər, din alimləri, alimlər, universitet fəalları, nüfuz sahibləri, intellektlər, şairlər, yazıçılar, siyasi və sosial analitkilərin vəzifəsidir”.

İslam İnqilabının Rəhbəri xatırlatma etdi: “Əgər 10 il ərzində İslam dünyasının mətbuatı İslam Birliyi haqqında məqalələr dərc etsə, şairlər şeir yazsa, universitet müəllimləri təhlil aparsa, din alimləri hökm çıxarsa, şübhəsiz ki, vəziyyət tamamilə dəyişəcək və xalqların oyanışı ilə birlikdə hökumətlər də onların istəkləri yolunda hərəkət etmək məcburiyyətində qalar”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, vəhdət yaradılması və İslam ümmətinin təşəkkülünün qatı düşmənləri var. İslam ümmətinin daxili ixtilafları, xüsusən də dini və məzhəb ixtilaflarının aktivləşdirilməsi İslam ümmətinin təşkilinin qarşısını almaq üçün həyata keçirilən ən mühüm düşməncəsinə metodlardan biridir: “Böyük İmamın İnqilabın qələbəsindən əvvəl sünni və şiə vəhdəti üzərində bu qədər israrlı olmasının səbəbi bu idi ki, İslam dünyasının qüdrəti birlikdən qaynaqlanır”.

O, İrandan İslam dünyasına verilən vəhdət mesajından danışarkən mühüm bir nöqtəyə toxundu: “Əgər biz vəhdət mesajımızın dünyada düzgün sayılmasını istəyiriksə, öz içimizdə birləşərək real hədəflərə doğru hərəkət etməliyik. Baxış bucaqları və yanaşma fərqləri xalqın birliyinə və vəhdətinə təsir göstərməməlidir”.

İslam İnqilabının Rəhbəri sionistlərin Qəzzə, İordan çayının qərb sahili, Livan və Suriyada törətdikləri açıq və həyasız cinayətlərə toxunaraq dedi: “Onların cinayətlərinin hədəfi döyüş aparan hərbçilər deyil, xalqdır. Fələstində döyüş meydanının ərlərinə zərbə endirə bilmədiklərini gördükdə cahalət və xəbasətə bulaşmış qəzəblərini körpələrin, uşaqların və xəstəxanada müalicə alan xəstələrin üzərinə boşaltdılar

Həzrət Ayətullah Xamenei bildirdi ki, bu faciəli vəziyyətin səbəbi müsəlman cəmiyyətin öz daxili gücündən istifadə edə bilməməsidir. O, İslam ölkələrinin sionist rejimlə olan iqtisadi əlaqələrinin tamamilə kəsilməsinin vacibliyini bir daha vurğulayaraq əlavə etdi: “İslam ölkələrini sionist rejimlə olan siyasi əlaqələrini də tamamilə zəiflətməli, siyasi və mətbuat hücumlarını gücləndirməli, Fələstin xalqının yanında olduqlarını açıq şəkildə göstərməlidirlər.

Bu görüşün əvvəlində prezident cənab doktor Pezeşkiyan Peyğəmbərin (s) müsəlmanlar arasında birlik və qardaşlıq yaradılması metoduna işarə edərək, sionist rejimin təcavüz və cinayətlərinin qarşısının alınmasının müsəlmanların qardaşlığı və birliyi ilə şərtləndiyini dedi: “Əgər müsəlmanlar birləşsəydilər, bir yumruq kimi olsaydılar, sionist rejim indiki cinayətlərə, qadınlar və uşaqları qətlə yetirməyə cürət etməzdi”.

Prezident Müqəddəs Müdafiə dövrünün vəhdət və həmrəyliyin effektivliyinin bariz nümunəsi olduğunu dedi: “İran xalqı Müqəddəs Müdafiədə daxili birliyi ilə bütün dünya dövlətlərinin dəstəklədiyi işğalçı Bəəs düşməni qarşısında dayanaraq, ölkə ərazisinin bir qarış torpağının belə işğal edilməsinə imkan vermədi”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /