Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri Olimpiya və Paralimpiya karvanlarının üzvləri ilə görüşdə:

Ən əziz gənclər heyətinə səmimi təşəkkürlər

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Olimpiya və Paralimpiya medalçıları və ezam olmuş karvanların digər üzvləri ilə görüşdə İran xalqının istedad və potensiallarının, milli, siyasi və dini kimliyinin parlamasının iranlı idmançıların bu yarışlardakı iştirakının ən bariz nəticəsi olduğunu  dedi. O qeyd etdi ki, millət vətənin idmançılarının çıxışlarından sevinc, şərəf və qürur hissi keçirir: “İstedadları vaxtında tapmaq, çempionların qayğısına qalmaq, çempionat idman növləri ilə yanaşı, ümumi idmana da diqqət yetirilməsi idmanın inkişafına sürət və davamlılıq bəxş edəcək”.

Həzrət Ayətullah Xamenei ölkənin ən böyük qürur mənbəyi olan əziz övladlarından bir qrupu ilə görüşdən böyük məmnunluq hissi duyduğunu bildirərək dedi: “Siz medallarınız və davranışlarınızla millətə sevinc bəxş etdiniz. Sizə, məşqçilərə və əməyi keçən hər kəsə ürəkdən təşəkkür edirəm”.

İdmana ciddi yanaşmağın düzgün və zəruri bir iş olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei bu görüşdə idman nazirinin idmanın sosial-psixoloji və ümidverici təsirləri haqqında etdiyi əhatəli çıxışa işarə edərək dedi: “İdman ümumi diplomatiyada da əsaslı təsirə malikdir və bütövlükdə ölkəni yüksəldir”.

İnqilabın Rəhbəri bir neçə nüansa toxunaraq beynəlxalq yarışların fiziki güc və idman bacarıqları ilə yanaşı, xalqların mənəvi gücü və özünəinamının nümayiş etdirildiyi səhnə olduğunu vurğuladı: “Siz peşəkar idman bacarıqlarınızı göstərməklə yanaşı, həm də medallarınızı Fələstin və Qəzza uşaqlarına hədiyyə etmək, hicab və mətanət, ezam edilmiş karvana Əimmeyi-əthar (ə) adının verilməsi və Fələstin bayrağı ilə selfi çəkdirmək kimi məzmunlu addımlarınızla xalqın özünəinamını bədxahlara nümayiş etdirdiniz, mənəvi imkanlarınızı, milli-dini və islami kimliyininizi nümayiş etdirərək, hörmətinizi göstərdiniz”.

O əlavə etdi: “Mən bu çox qiymətli addımların hər tək-təkinə önəm verirəm və onların dərin mənasını insanlara izah edirəm”.

Ayətullah Xamenei bədxahların İran xalqının kimliyi, həqiqəti və inanclarını təhrif etmək üçün dayanmadan çalışıdığına işarə edərək bildirdi: “Onlar deyirlər ki, İranda dini hisslər zəifləyib, amma qəhərmanımız, bəlkə də, yüz milyonlarla tamaşaçının gözləri önündə Quranı öpüb önündə şükür səcdəsi edəndə İran millətinin həqiqəti və kimliyi, inanclarına bağlılığı və İranın milli əzəməti üçün çalışması önə çıxır. Bu kimi göz oxşayan əlamətlər davranışlarınızda özünü göstərirdi”.

İnqilabın Rəhbəri İran idmançılarının beynəlxalq yarışlardakı milli və transmilli məsuliyyət hissini yüksək qiymətləndirərək dedi: “Sizin mətanətiniz, yerli hərəkətləriniz, performanslarınıza hakim olan rasionallığınız millət və ölkə qarşısında ikiqat məsuliyyət hissinə malik olduğunuzu göstərir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, qəhrəmanların medal qazanmasının nəticələrindən biri cəmiyyətdə ümid yaratmasıdır: “Bəziləri kiçik fiziki qəzaya görə məyus olduqları halda, bizim gənc paralimpiyaçı idmançımız əlil arabasında güc nümayiş etdirəndə hər kəsin ürəyi ümidlə dolur”.

O, beynəlxalq idman yarışlarına nəzarət edən ölkələrin builki Olimpiya və Paralimpiya yarışlarındakı ikili və qərəzli siyasətlərinin açıq şəkildə hiss edildiyini dedi: “Onlar müharibə səbəbilə bir ölkəni yarışlardan kənarlaşdırdıqları halda, təqribən bir il ərzində 41 min insanı, o cümlədən minlərlə uşağı qətlə yetirmiş sionist rejimi yarışlardan uzaqlaşdırmırlar”.

İnqilabın Rəhbəri əlavə etdi: “Dəfələrlə qeyd etdiyimiz kimi, bu ikili və qərəzli siyasətlər idmanın siyasi olmaması iddiasının əksini, ən çox siyasi qərəzlərin idmanda həyata keçirildiyini göstərir.

Həzrət Ayətullah Xamenei çempion idmançıları öz şərəflərini idman meydanlarından kənarda da qorumağa çağıraraq dedi: “Sizin davranışınız bir çox insanlar və gənclər üçün nümunədir. Odur ki, siz beynəlxalq aləmdə dinə, əxlaqa, dini, siyasi və ictimai məsuliyyətlərə hörmətinizi bütün dünyaya göstərdiyiniz kimi, iş mühitində və həyatınızda mühüm vəzifələrə əməl etməlisiniz”.

O, hökumətin idman sahəsi ilə bağlı vəzifələrinə işarə edərək, səlahiyyətli şəxslərə bəzi tövsiyələr verdi.

İnqilabın Rəhbəri məsul şəxslərə hələ məktəb illərindən başlayaraq istedadların tapılıb aşkarlanması və idman istedadlarının vaxtında aşkar edilməsi üçün plan hazırlamağı tövsiyə edərək dedi: “Növbəti tövsiyəm güləş kimi çox medal gətirən sahələrə, eləcə də İranın zorxana və çövkan oyunu kimi yüksək idman növlərinə xüsusi diqqət yetirilməsi ilə bağlıdır”.

O, İranın beynəlxalq arenalarda xüsusi nizam, məna və məzmun daşıyan zorxana idman növü üçün mövqe yaradılmasının zəruriliyini vurğulayaraq dedi: “Növbəti tövsiyəm budur ki, milli və ya dini ideologiyasına görə sionist rəqiblə yarışmayan, əməli olaraq xərclər çəkilməsinə səbəb olan idmançıya laqeyd yanaşılmasın. Bu imdançılara diqqət və qayğı idman sahəsinin məsul şəxslərinin mühüm vəzifələrindəndir”.

Həzrət Ayətullah Xamenei hökumət tərəfindən idmançıların məişəti, məşğulluğu və idman ehtiyaclarının mümkün qədər təmin edilməsinə diqqət yetirilməsinin vacib olduğunu dedi: “Mən beynəlxalq yarışlarda təmsil edilən idmana tam şəkildə diqqət yetirilməsinin tərəfdarıyam, lakin ictimai idmanı diqqətdən kənarda qoymaq olmaz. Çünki idman ölkənin həm fiziki, həm də mənəvi xərclərinin bir çoxunu azaldır”.

O, son tövsiyəsində iranlı məşqçilərə dəstək verilməsi və onların imkanlarından daha çox istifadə edilməsini faydalı və zəruri hesab edərək deyib: “Mən ölkə idmanının inkişaf yolunda olmasından məmnunam. Bu yol davam etdirilməlidir.

Bu görüşün əvvəlində idman və gənclər naziri cənab Dünyamalı Parisdə keçirilən Olimpiya və Paralimpiya yarışlarına göndərilən ölkə idmançılarının nailiyyətləri ilə bağlı hesabat verdi: “Ümumilikdə bu yarışların keçirildiyi məkanlarda əziz İranın bayrağı 37 dəfə qaldırıldı”.

İdman naziri bu nazirliyin ölkə idmanının vəziyyətinin yaxşılaşdırılması, idmançılara diqqətin artırılması proqramları və fəaliyyəti barədə məlumat verdi.

Bu görüşdə Paralimpiya atıcılığı üzrə bir neçə qızıl medalın sahibi olmuş xanım Sara Cavanmərdi, taekvondo üzrə Paris Olimpiadasının qızıl medalının sahibi cənab Aryan Səlimi və ağır atletika üzrə Paralimpiya çempionu olmuş Ruhullah Rüstəmi idmançılar adından Rəhbərə dəstəkləri, duaları və təbriklərinə görə təşəkkür etdilər. Onlar ölkəmizin bu yarışlarda uğur qazanmış qəhrəmanlarının mənəvi uğrularından söz açaraq idman uğurlarının davamlılığı üçün idman sahəsinin məsul şəxslərindən çempionların məişəti və məşğulluğu məsələsinə diqqət yetirmələrini istədilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /