Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri İraq xalqına və hökumətinə təşəkkür etdi

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei öz müraciətində İmam Hüseynin Ərbəin mərasimi günlərində ziyarətçilərə ev sahibliyi etmiş sadə vətəndaşlara və böyük İraq xalqına təşəkkür etdi. İran İslam Respublikasının Prezidenti cənab doktor Məsud Pezeşkiyan bu gün səhər 21 şəhrivər 1403-cü il tarixində (11.09.2024) İraqa etdiyi səfəri zamanı bu müraciətin lövhəsini və ərəbcə mətnini İraqın baş nazirinə təqdim etdi.

İnqilabın Rəhbərinin müraciətinin ərəbcə mətni:

بسم الله الرّحمن الرّحیم
بدایةً، لابدّ من کلمة شکرٍ أتوجّه إلیکم بها من أعماق قلبی، وبالنیابة عن الشعب الإیرانیّ العظیم، إلیکم أنتم، أصحابَ المواکب، یا مَن تجلّت بکم فی أیّام الأربعین أسمی درجات الکرامة والرحمة والمودّة، وإلی شعب العراق العظیم بأسره، وإلی المسؤولین فی الحکومة العراقیّة. الذین وفّروا الأمن والبیئة والظروف المناسبة للزیارة، وأخصّ بالثناء العلماءَ الأجلاء والمراجعَ العظام فی العراق، الذین هیّأوا الأجواءَ المناسبة لهذه الزیارة، وأشاعوا مشاعرَ الأخوّة بین الناس، وبین الشعبین، وهو ما یستحق الشکر حقًّا.
إنّ ما تفعلونه - أیّها الأخوة العراقیّون الأعزاء - فی مواکبکم المنتشرة علی الطریق، ومعاملتکم الکریمة لزوار الحسین (ع)، لا نظیر لها فی عالمنا الیوم، کما أنّ زیارة الأربعین بحدّ ذاتها لامثیل لها فی التاریخ. کذلک، فإنّ توفیر أمن عشرات الملایین من الناس وسلامتهم، یُعدّ مهمّة عظیمة وفریدة من نوعها فی عالم الیوم غیر الآمن.
لقد جسّدتم بسلوککم وفعالکم الکرمَ الإسلامیّ وحُسنَ الضیافة العربیّة، کلّ ذلک فی محبّة سیّد الشهداء (سلام الله علیه). إنّ محبّة الحسین بن علیّ (ع) هذه، فریدة من نوعها، ولا شبیه لها علی امتداد الزمان والمکان. نرجو الله المتعالی أن یعمر قلوبکم وقلوبنا بهذه المحبّة أکثر فأکثر. إن دائرة الانجذاب نحو هذه المحبّة آخذة بالاتساع، بحمدالله، بدءّا من المواجهة الملحمیّة فی غزّة، وصولاً إلی کثیر من المجتمعات غیر المسلمة.
علی الحسینی الخامنئی
صفر الخیر ١٤٤٦

İnqilabın Rəhbərinin müraciətinin azərbaycanca tərcüməsi:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Birinci söz təşəkkürdür. Öz adımdan və böyük İran xalqı adından Ərbəin günlərində həm ləyaqət, mərhəmət və sevgini ən yüksək dərəcəyə çatdırmış ziyarətçiləri öz evlərində qonaqlayan sadə vətəndaşlara, həm böyük İraq xalqına, həm təhlükəsizliyi təmin etmiş, bütün lazım olan şəraiti yaratmış İraq hökumətinə, həm də ziyarət mühitini insanlar və iki xalqın nümayəndələri arasında qardaşlıq mühitinə çevirmiş böyük İraq alimləri və mərcə-təqlidlərinə səmimi qəlbdən təşəkkür edirəm. Həqiqətən, təşəkkür ediləsi məsələdir.

Siz əziz iraqlı qardaşların yol üzərindəki xidmət çadırlarında göstərdiyiniz xidmətin, İmam Hüseyn zəvvarları ilə ləyaqətli davranışınızın bu gün dünyada misli yoxdur. Ərbəin yürüşünün özünün tarixdə misli olmadığı kimi, hazırki əmin-aman olmayan bir dünyada onlarla milyon insanın təhlükəsizliyi təmin etmək və sağlamlığını qorumaq özü də böyük və misilsiz bir işdir.

Siz İslam və ərəb ləyaqətini öz davranışlarınız və əməllərinizdə göstərdiniz. Bütün bunlar Seyyidüş-şühədaya (ə) olan sevgidən irəli gəlir. Hüseyn ibn Əliyə (ə) olan bu sevgi müstəsna bir işdir. Onun bənzərini heç yerdə, heç zaman görməmişik və görməyəcəyik. Ümidvarıq ki, Allah-taala bu sevgini sizin və bizim qəlbimizdə günbəgün artıracaqdır.

Bu gün bu sevginin cazibə dairəsi elə bir miqyasa çatıb ki, Qəzzadan tutmuş qeyri-müsəlman cəmiyyətlərə qədər izdihamlı bir arenanı əhatə edir.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /