Ali Məqamlı Rəhbərin informasiya bloku

Əzadarlığın hökmləri

Doğmaların yas məclisi
Sual: Atanın, ananın, övladın və doğmaların ölümündə paltarın yaxasını cırmaq, üzü cırmaqlamaq və ya saçları yolmağın iradı vardır?
Cavab: Bir insanın ölümündə üzü və bədəni cırmaqlamağa və bədənə xəsarət yetirməyə icazə verilmir. Ata və qardaş istisna olmaqla, başqa bir şəxsin ölümündə paltarın yaxasını cırmağa icazə verilmir.

Sual: Doğmaların, qohumların ölümündə paltarın yaxasını cırmaq, üzü cırmaqlamaq və saçları yolmağın kəffarəsi vardırmı?
Cavab: Əgər kişi öz həyat yoldaşının və övladının ölümündə paltarının yaxasını və ya paltarını cırsa, yaxud qadın kiminsə ölümündə üzünü cırmaqlasa və üzündən qan axsa və ya saçlarını yolsa, kəffarə verməlidir. Yəni bir qul azad etməli, ya on fəqirə yemək verməli, ya da on fəqiri geyindirməlidir. Əgər bunları etməyə imkanı çatmasa, üç gün oruc tutmalıdır. Hətta əgər qan axmasa belə, ehtiyat-vacibə görə, bu göstərişə əməl etməlidir.

Sual: İntihar edən bir şəxsin yas məclisində iştirak etmək, mərsiyə demək və dini söhbət etmək olarmı?
Cavab: Bunun öz-özlüyündə iradı yoxdur.

Sual: Bəzən doğması ölən bir şəxs xərc çəkərək, hətta borc edərək ehsan süfrəsi açır və yemək verir. Adəti qorumaq naminə bu xərclərə qatlaşmaq düzgündürmü?
Cavab: Əgər mərhumun yaşı böyük varislərinin malı və onların razılığı ilə ehsan süfrəsi açılıb, yemək verilərsə, bu iş icazəlidir. Amma əgər bu iş müəyyən çətinliklər yaradarsa və maddi ziyan vurarsa, bu işdən çəkinmək lazımdır. Əgər mərhumun malı ilə ehsan süfrəsi açılarsa, bu iş mərhumun vəsiyyətinə bağlıdır. Ümumiyyətlə, bu kimi məsələlərdə israfçılıqdan uzaq olmaq lazımdır.

Sual: Doğması, qohumu ölən bir şəxsin mərhumun qırxına qədər saqqal saxlaması bir adətdir. Bu əməl şəri baxımdan düzgündürmü?
Cavab: Bunun öz-özlüyündə iradı yoxdur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər