Ali Məqamlı Rəhbərin informasiya bloku

Əzadarlığın hökmləri

Ağlamaq və göz yaşı tökmək
Sual: Əhli-beytin (ə) əzadarlıq məclislərində nalə etmək və ucadan ağlamaq olarmı?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.

Sual: Əgər bir şəxs əzadarlıq məclisində ağlaya və göz yaşı tökə bilmirsə, amma ağlayan şəxs siması alırsa, bu, yalan və ikiüzlülük sayılırmı?
Cavab: Kədərli şəxsin ağlayan şəxs siması alması yalan və ikiüzlülük hesab olunmur.

Sual: Əhli-beytin (ə) əzadarlıq məclislərində baş və üzə sillə vurmaq, yaxud başı divara vurmaq olarmı? Qeyd edək ki, bu hərəkətlər bəzi hallarda üzün və bədənin qızarmasına, göyərməsinə səbəb olur.
Cavab: Əgər bədən üçün ciddi ziyanı olmazsa, həmçinin məzhəbin əsaslarının sarsılmasına səbəb olmazsa, bunun iradı yoxdur.

Sual: Bəzi insanlar ziyarətgahlarda və Əhli-beytin (ə) hərəmlərində sinəsi üstə yerə uzanıb sürünə-sürünə hərəmə daxil olurlar? Bu əməlin hökmü nədir?
Cavab: Bu əməllər kədərin izharı, ənənəvi əzadarlıq və Əhli-beytə (ə) sevgi hesab olunmur və şəri baxımdan da əsassızdır. Hətta əgər bu kimi əməllərin bədənə ciddi ziyanı olarsa və ya məzhəbin əsaslarını sarsıdarsa, buna icazə verilmir.

İmam Hüseyn (ə) türbəti
Sual: Şəfa tapmaq və ya namazda möhür kimi istifadə etmək üçün istifadə edilən İmam Hüseyn (ə) türbəti o Həzrətin pak qəbrinin hansı hüdudlarından götürülür?
Cavab: İmam Hüseyn (ə) türbəti o Həzrətin pak qəbrindən və ürfə görə qəbrə birləşən ərazidən götürülən torpaqdır.

Əzadarlıq və namaz
Sual: Vacib namazda Əhli-beytin (ə) müsibətlərinə ağlamaq namazın pozulmasına səbəb olurmu?
Cavab: Ehtiyat-vacibə görə, namazda bu işi görmək icazəli deyildir və ehtiyata görə, namazın pozulmasına səbəb olur.

Sual: Əhli-beytin (ə) əza günlərində bəzən əzadarlıq məclisi azandan bir saat sonrayadək davam edir. Bu halda namazı vaxtın əvvəlində qılmaq tövsiyə olunur, yoxsa əzadarlığı davam etdirmək? Bəzən bunu bəhanə gətirirlər ki, əgər əzadarlığı saxlayıb namaz qılsaq və sonra əzadarlığı davam etdirsək, camaat dağılışacaq və məclis pozulacaqdır.
Cavab: Hətta sualda qeyd edilən halda belə, namazı vaxtın əvvəlində qılmaq önəmlidir.

Sual: Əgər bir şəxs əzadarlıq məclislərində iştirak etdiyinə görə bəzi vacib əməlləri vaxtında yerinə yetirə bilməsə, məsələn, sübh namazını qəza etsə, bundan sonra onun bu məclislərdə iştirak etməməsi daha yaxşıdır, yoxsa bu məclislərdə iştirak etməməsi onun Əhli-beytdən (ə) uzaqlaşmasına səbəb ola bilər?
Cavab: Aydın məsələdir ki, vacib namaz Əhli-beytin (ə) əzadarlıq məclislərində iştirak etməyin fəzilətindən daha önəmlidir. İmam Hüseyn (ə) əzadarlığında iştirak etmək bəhanəsi ilə namazı qılmamaq və ya qəza etməyə icazə verilmir. Amma namaza maneəçilik yaratmayacaq bir şəkildə əzadarlıq məclisində iştirak etmək mümkün bir işdir və təkid olunan müstəhəb əməldir.

Sual: Bəzi məscidlərdə əzadarlığa gələn şəxslərin bəzisi namaz və söhbət zamanı məscidin həyətində toplaşır və namazda, söhbətdə iştirak etmirlər. Yalnız əzadarlıq zamanı məscidə daxil olub, əzadarlıq edirlər. Bu əməl namaza və söhbətə qarşı hörmətsizlik hesab olunurmu?
Cavab: Əgər sözügedən əməl ürfə görə hörmətsizlik hesab olunarsa, buna icazə verilmir. Məsələni aydınlaşdırmaq isə insanın öz öhdəsindədir.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər