Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri Türkmənistanın milli lideri ilə görüşdə vurğuladı:

Türkmənistanla əlaqələrin genişləndirilməsi yüksək prioritetdir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün çərşənbə axşamı günortadan sonra Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədov və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə iki ölkə arasındakı əlaqələrin genişləndirilməsini yüksək prioritet hesab edərək dedi: “İran və Türkmənistan arasındakı əlaqələr son illərdə yaxşı inkişaf edib. Amma gələcəkdə əməkdaşlıq etmək üçün hələ çox potensiallar var”.

O, ortaq maraqlara əsaslanan əlaqələrin inkişafının hər iki ölkə üçün faydalı olduğunu vurğulayaraq əlavə etdi: “Ümid edirik ki, cənab doktor Pezeşkiyanın yeni hökumətinin iştirakı ilə iki ölkə arasındakı əlaqələrin inkişafı ilə bağlı işlər daha böyük güc və qətiyyətlə davam etdiriləcək”.

İslam İnqilabının Rəhbəri ölkəmizin prezidentinin Türkmənistanla əlaqələrin genişləndirilməsi istiqamətində yüksək motivasiyaya malik olduğuna toxunaraq dedi: “Arzuolunan nəticələrə nail olmaq üçün yollar və şəhərsalma naziri xanım Sadiq müştərək komissiyanın rəhbəri kimi sazişləri diqqət mərkəzində saxlayacaq”.

Həzrət Ayətullah Xamenei habelə Türkmənistanın milli liderinin iki ölkə arasında həyata keçirilən müştərək layihələr, o cümlədən Cənub-Şimal magistral yolu layihəsi və Türkmənistan qaz kəmərinin inkişafı layihəsi haqqında səsləndirdiyi fikirlərə toxunaraq, bu layihələri mühüm qiymətləndirdi: “Bu böyük layihələrin iranlı mütəxəssislərin iştiraki ilə həyata keçirilməsi iki ölkə arasındakı sıxı əlaqələri hər zamankındən daha yaxın edəcək”.

Ölkə başçısı cənab Pezeşkiyanın da iştirak etdiyi bu görüşdə Türkmənistanın milli lideri cənab Qurbanqulu Berdiməhəmmədov iki ölkənin qohum olduğunu dedi: “Tehranda prezidentlə yaxşı və konstruktiv müzakirələrimiz oldu. Ümid edirəm ki, imzalanmış sazişlər yaxşı nəticələr verəcək”.

Türkmənistanın milli lideri habelə mərhum prezident cənab Rəisinin xatirəsini hörmətlə yad etdi və Onun iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirdiyi qiymətli tədbirlərə işarə edərək əlavə etdi: “Türkmənistan və İran arasında mövcud olan uzun və müştərək sərhəd daim sülh və dostluq sərhədi olub. Biz bütün sahələrdə əlaqələri genişləndirməyə hazırıq".

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /