Ali Məqamlı Rəhbərin informasiya bloku

Əzadarlığın hökmləri

Şəbih göstərmək
Sual: Şəbih göstərməyin, yəni Kərbəla hadisəsini və Əhli-beytin (ə) müsibətlərini səhnələşdirməyin hökmü nədir?
Cavab: Əgər şəbihdə yalan və yanlış məlumatlar verilməsə, həmçinin hansısa bir fəsadı olmasa və dövrün tələbini nəzərə alaraq haqq məzhəbin əsaslarının sarsılmasına səbəb olmasa, bunun iradı yoxdur. Amma şəbihin yerinə moizə və maarifləndirmə məclislərinin, İmam Hüseynin (ə) müsibətlərinin nəql edilməsi və mərsiyəxanlıq məclislərinin təşkil edilməsi daha yaxşı olar.

Sual: Bəzən şəbihlərdə Kərbəla və Əhli-beyt (ə) tarixi barəsində sənədi mötəbər olmayan hadisələr səhnələşdirilərək nümayiş etdirilir. Bu işin hökmü nədir?
Cavab: Əhli-beytin (ə) tarixi barəsində sənədi olmayan və tarixdə qeyd edilməyən hadisələri nümayiş etdirməyin şəri icazəsi yoxdur.

Sual: Şəbih mərasiminin sonunda Aşura günü Əhli-beytin (ə) xeymələrinə od vurulduğunu nümayiş etdirmək üçün simvolik olaraq bir neçə xeyməyə od vurub yandırırlar. Bu iş şəriət baxımından icazəlidirmi?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.

Sual: Şəbih göstərilərkən kişilərin qadın geyimindən istifadə etməsinin hökmü nədir?
Cavab: Şəbihdə əks cinsin geyimini geyinməyin əgər hansısa bir fəsadı olmazsa, bunun icazəli olması uzaq ehtimal deyildir.

Sual: Yalnız qadınlardan ibarət olan məclisdə göstərilən şəbihdə qadınların Əhli-beyt (ə) xanımlarının rolunu ifa etmələrinin hökmü nədir?
Cavab: Əgər qadın məclisində qadınların şəbih göstərmələri hansısa bir haram iş ilə yanaşı olmazsa, həmçinin məzhəbin əsaslarını sarsıdan bir şəkildə olmazsa, bunun iradı yoxdur. Amma daha yaxşı olar ki, şəbihin yerinə mərsiyəxanlıq məclisi qurulsun.

Sual: Əgər yalnız qadınlardan ibarət olan şəbih qrupunda qadınlar ümumi məclislərdə və məkanlarda Əhli-beyt (ə) kişilərinin və qadınlarının rolunu ifa etsələr, belə ki, kişi rollarını Əhli-beytin (ə) şəni qorunacaq bir şəkildə ifa etsələr, bu şəbihin hökmü nədir?
Cavab: Naməhrəm kişilərin qarşısında qadınların şəbih icra etmələri bəyənilmir. Əgər bu işin hansısa bir fəsadı olarsa, haramdır.

Sual: Şəbihdə şeypur, təbil və dühuldan istifadə edilməsinin hökmü nədir?
Cavab: Əgər qeyri-ləhvi və adi şəkildə ifa olunarsa, bunun iradı yoxdur.

Qadınların əzadarlıq məclisləri
Sual: Qadınların evlərdə və ya hüseyniyyələrdə təşkil etdikləri əzadarlıq məclisində onların ağlamaq və nalə səslərini naməhrəm kişilərin eşitməsinin şəri baxımdan iradı vardırmı?
Cavab: Əgər bir fəsadı olmazsa, bunun öz-özlüyündə iradı yoxdur.

Sual: Əzadarlıq məclisində bəzi qadınlar sinələrinə deyil, ayaqlarına vururlar. Bu şəkildə əzadarlıq etmək düzgündürmü?
Cavab: Bunun öz-özlüyündə bir iradı yoxdur.

Sual: Ərin icazəsi və razılığı olmadan qadının evdə əzadarlıq məclisi təşkil etməsinin hökmü nədir?
Cavab: Ümumiyyətlə, əgər ev və evdə olan əşyalar ərin əmlakı olarsa, qadın ərinin icazəsi və razılığı ilə ondan istifadə etməlidir. Amma əgər ərin əmlakı olmazsa, qadının əri qarşısında vəzifələri ilə ziddiyyət təşkil etmədiyi təqdirdə, qadının ondan istifadə etməsinin iradı yoxdur.

Sual: Heyzli qadının əzadarlıq məclisində iştirak etməsi, dualar və “Aşura ziyarəti” oxumasının hökmü nədir?
Cavab: Bu işin iradı yoxdur. Amma əgər əzadarlıq məclisi məscidin daxilində keçirilərsə, heyzli qadının məsciddə dayanması icazəli deyildir. Dua və ziyarətnamə oxuduğu zaman mübarək adlara toxunmamalıdır.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər