Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri tələbələrin Ərbəin münasibətilə təşkil etdikləri mərasimdə:

Hüseyni cəbhəsi ilə yezidi cəbhəsinin mübarizəsi bitən deyil

İslam İnqilabının Rəhbərinin iştirakı ilə bu gün (bazar günü) İmam Xomeyni (r.ə) adına hüseyniyədə tələbə heyətlərinin İmam Hüseynin “Ərbəin”inə həsr edilmiş matəm mərasimi keçirildi.

Bu mərasimdə “Ərbəin ziyarətnaməsi” oxunduqdan sonra Höccətül-İslam vəl-müslimin Aslani çıxış etdi. Əhli-beyt (ə) məddahları şəhidlərə həsr edilmiş mərsiyə və növhələr oxudular.

Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə Zöhr və Əsr namazları qılındı.

İslam İnqilabının Rəhbəri iki namazın arasında etdiyi çıxışı zamanı “Aşura ziyarət”inə işarə edərək Hüseyni cəbhəsi ilə Yezidi cəbhəsinin mübarizəsinin bitmədiyini, davam etdiyini bildirərək onun şəraitdən asılı olaraq fərqli şəkildə cərəyan etdiyini dedi: “İran İslam İnqilabı gənclərin önündə geniş bir fürsət və meydan açmışdır. Vəzifəni düzgün tanımaq və proqram tərtib etməklə bu fürsətdən istifadə etmək, inkişaf və xilasa zəmin yaratmaq üçün İnqilabın ali məqsədləri istiqamətində lazımi və vaxtında tədbirlə hərəkət etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei İmam Hüseynin (ə) qiyamının məqsədinin zülm və haqsızlığa qarşı mübarizə olduğunu dedi: “Hüseyni cəbhəsinin zülm və haqsızlığa qarşı mübarizə üsulları şəraitlərə uyğun olaraq fərqlidir. Bu mübarizə qılınc və nizə dövründə bir cür, atom və süni intellekt dövründə başqa cür, şer, qəsidə və hədislər vasitəsilə aparılan təbliğatlar dövründə özünəməxsus şəkildə, internet və kvant dövründə də başqa üsullarla aparılmalıdır”.

O bildirdi ki, bu vəzifə tələbəlik dövründə bir, məsuliyyət dövründə başqa şəkildə təzahür edir: “Hüseyni cəbhəsinin yezidilər cəbhəsi ilə mübarizəsi həmişə ələ tüfəng almaqdan ibarət deyil, düzgün düşünmək, düzgün danışmaq, düzgün öyrənmək, vəzifəni tanımaq və hədəfə dəqiq vurmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, əgər bu yolda hərəkət etsək, həyat məna və məqsəd qazanacaqdır: “Gənclər İslam İnqilabının bərəkəti sayəsində önlərində açılmış geniş meydanın qədrini bilsinlər; Quranla tanışlıq və onun ayələri üzərində düşüncə ilə şərtlənən proqramlaşdırma, araşdırma və təfəkkür vasitəsilə vaxtında hərəkət etsinlər”.

Həzrət Ayətullah Xamenei dedi: “Vaxtında hərəkət bəzən universitet mühitində, başqa bir zaman isə sosial və siyasi mühitdə lazım gəlir. Bəzən bu hərəkət Kərbəla, Fələstin və ali məqsədlər yolunda zərurət qazanır”.

O, çıxışının sonunda vurğuladı: “Gənclərin bu tarixi fürsətdən isitfadə etməsi xilas deməkdir. Əgər bu fürsətdən istifadə və vəzifəyə əməl edilməsə, ziyanla nəticələnəcək”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /