Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbər “Kohgiluye və Buyer-Əhməd Şəhidləri” Konqresinin üzvləri ilə görüşdə vurğuladı:

Düşmənin psixoloji müharibəsinə qarşı müqavimət göstərmək lazımdır

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər “Kohgiluye və Buyer-Əhməd Əyalətinin Şəhidləri” Milli Konqresinin qərargah üzvləri ilə görüşdə İran xalqını müxtəlif sahələrdə geri çəkilməyə vadar etmək üçün İranın bədxahlarının qorxu və psixoloji müharibə yaradilması istiqamətində əl atdıqları hiylələrə işarə edərək öz imkanlarını tanımaq və bədxahların imkanlarının böyük göstərilməsindən çəkinməyin bu hiylələrə qarşı mübarizə vasitəsi olduğunu vurğuladı: “Şəhidlər öz fədakarlıqları və mübarizələri ilə bu psixoloji müharibənin qarşısında dayanaraq onu zərərsizləşdirdilər. Onların anım mərasimlərində bu həqiqət işıqlandırılmalı və yaşadılmalıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, əziz xalqa və İran İslam Respublikasına qarşı psixoloji müharibənin əsas təməllərindən biri düşmənlərin imkanlarının şişirdilməsidir: “İnqilabın qələbəsinin ilk günlərindən millətimizə müxtəlif yollarla təlqin edirlər ki, Amerikadan, İngiltərədən və sionistlərdən qorxmaq lazımdır”.

O bildirdi ki, Böyük İmamın (r.ə) bacarığı onda idi ki, qorxunu xalqın qəlbindən çıxarıb, ona özünə inam və özgüvən verdi: “Xalqımız daxili gücünə arxalanaraq böyük işlər görməyə qadir olduğunu, düşmənin əlinin iddia edildiyi qədər dolu olmadığını hiss etdi”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, düşmənin hərbi sahədə psixoloji müharibədən istifadə etməkdə məqsədi qorxu yaratmaq və geri çəkilməyə vadar etməkdir: “Qurani-Kərimə görə, istər hərbi, istərsə də siyasi, təbliğat, iqtisadi və hər hansı digər sahədə qeyri-taktiki geri çəkilmə Allahın qəzəbinə səbəb olur”.

O bildirdi ki, zəiflik və təcridolunma hissi, düşmənin istəkləri qarşısında təslim olmaq onun siyasi sahədə imkanının şişirdilməsinin nəticələrindəndir: “İrili-xırdalı xalqları ilə bu gün imperialistlərin tələbləri qarşısında təslim olmuş hökumətlər öz xalqları və imkanlarına arxalanıb düşmənin imkanının şişirdilənlərdən uzaq olan həqiqətini öyrənsələr, onların tələblərinə boyun əyməyə bilərlər”.

Həzrət Ayətullah Xamenei mədəniyyət sahəsində də düşmənin mədəniyyətinin böyük göstərilməsinin, passivlik hissinin, düşmən mədəniyyətinə məftunluğun, öz mədəniyyətinin aşağılanmasının nəticəsi olduğunu dedi: “Belə passivlik hissinin nəticəsi isə qarşı tərəfin həyat tərzini qəbul etmək, hətta yad söz və ifadələrdən istifadə etməkdir”.

İnqilabın Rəhbəri şəhid və mücahidlərin düşmənin psixoloji müharibəsinə qarşı müqavimət faktorları olduğunu dedi: “Psixoloji müharibəyə qarşı qorxmadan, başqasının sözündən təsirlənmədən müqavimət göstərən gənclərin qədrini bilməli və bu həqiqət bədii və incəsənət əsərlərində, anım mərasimlərində təcəssüm etdirilməli, yaşadılmalıdır”.

O, şəhidlər və Müqəddəs Müdafiə ilə bağlı olan mədəni və incəsənət əsərlərinin, o cümlədən kitabların və filmlərin, xüsusilə tamaşaçıların və gənclərin həyat tərzində qalıcı təsirləri ola biləcək şəkildə hazırlanmasının zəruriliyini vurğulayaraq, bu qurultayın təşkilatçılarına təşəkkür etdi: “Bir millətin gənclərinin şəhadəti və fədakarlığı ölkənin tərəqqisi üçün böyük sərvət və dayaqdır. Bu sərvət qorunub saxlanmalı, təhrifə uğraması və unudulmasının qarşısı alınmalıdır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /