Ali Məqamlı Rəhbərin informasiya bloku

Tehran Universitetində:

İnqilabın Rəhbəri şəhid İsmail Həniəyə cənazə namazı qıldı

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün cümə axşamı səhər Tehran Universitetinə gələrək HƏMAS-ın siyasi bürosunun rəhbəri şəhid İsmail Haniə və silahdaşı şəhid Vəsim Əbu Şəbana cənazə namazı qıldı.

Namaz mərasimi müxtəlif təbəqələrdən olan çoxlu sayda insanın, dövlət və hərbi qulluqçuların, şəhid İsmail Haniənin ailəsi, Fələstin və Livan İslami Müqavimət cəbhəsinin bir qrup üzvünün iştirakı ilə keçirildi.

İslam İnqilabının Rəhbəri namaz qıldıqdan sonra şəhid İsmail Haniənin ailəsi və Fələstin İslami Müqavimət Təşkilatının rəhbər şəxsləri ilə görüşərək dərdlərinə şərik olduğunu bildirdi.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /