Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbərin böyük mücahid İsmail Həniənin şəhadəti münasibətilə ilə başsağlığı mesajı:

Sionist rejim sərt cəza almaq üçün zəmin hazırladı

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei HƏMAS-ın siyasi bürosunun rəhbəri, böyük mücahid cənab İsmail Həniənin şəhadəti münasibətilə verdiyi başsağlığı mesajında İslam ümmətinə, müqavimət cəbhəsinə və şərəfli Fələstin xalqına bu cəsur rəhbər və tanınmış mücahidin şəhadəti münasibətilə başsağlığı verdi: “Cinayətkar və terrorçu sionist rejim bu addımı ilə ağır cəza almaq üçün zəmin yaratdı. Cənab İsmail Həniə İran İslam Respublikasının ərazisində şəhid edildiyi üçün onun qisasını almağı özümüzə borc bilirik”.

İslam İnqilabının Rəhbərinin mesajının tam mətni:

Mərhəmətli və Bağışlayan Allhın adı ilə
Allah üçünük, Ona da qayıdacağıq

Əziz İran xalqı!

Fələstinin cəsur rəhbəri və tanınmış mücahidi cənab İsmail Haniə sübh çağı Allahla görüşə qovuşdu və müqavimət cəbhəsi matəmə batdı. Cinayətkar və terrorçu sionist rejim əziz qonağımızı evimizdə şəhid edərək bizi kədərə qərq etdi. Amma bununla həm də ağır cəza almaq üçün zəmin hazırladı.

Şəhid Haniə qiymətli canını şərəfli mübarizə meydanında qurban vermək üçün uzun illər hazır dayanmış, övladlarını və yaxınlarını bu yolda fəda etmişdir. O, Allah yolunda, Allah bəndələrini xilas etmək yolunda şəhid olmaqdan qorxmamışdır. Lakin İslam Respublikası ərazisində baş vermiş bu acı və ağır hadisəyə görə onun qisasını almağı özümüzə borc bilirik.

İslam ümmətinə, müqavimət cəbhəsinə, cəsur və şərəfli Fələstin xalqına, xüsusilə də şəhid Haniə və onunla birlikdə şəhid olmuş silahdaşının ailəsinə və yaxınlarına başsağlığı verir, Uca Allahdan onlara ali dərəcələr diləyirəm.

Seyid Əli Xamenei
10 mordad 1403
25 məhərrəm 1446
31 avqust 2024

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /