İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Livan Hizbullahının baş katibinin müavini Höccətül-İslam vəl-müslimin Nəim Qasim ilə görüşdə “Əl-Əqsa fırtınası” əməliyyatı başlandığı gündən bu vaxta qədər Hizbullahın apardığı siyasətin tamamilə tədbirli, rasional və məsləhətə uyğun bir siyasət olduğunu vurğuladı: “İstiqamətin davamı da eyni çərçivədə olmalıdır”.
İnqilabın Rəhbəri qeyd etdi ki, Livandakı müxtəlif cərəyanlar arasında mövcud olan uzlaşma, onların müqavimətin mövqe və qərarlarına dəstək vermələri Livan Hizbullahının bu ölkənin siyasi mühitindəki uğurundan xəbər verir.
Həzrət Ayətullah Xamenei cənab Nəim Qasimə dedi: “Mənim salamımı cənab Seyid Həsən Nəsrullaha çatdırın. Ona deyin ki, mən ona, Livanın bütün komandanlarına və döyüşçülərinə həmişə dua edirəm”.
Höccətül-İslam vəl-müslimin Nəim Qasim bu görüşdə Livanda baş verən son dəyişikliklər və işğal altında olan Fələstinin şimal cəbhəsində gedən döyüşlər haqqında məlumat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir