Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri İraqın baş naziri ilə görüşdə dedi:

Ən mühüm prioritet iki ölkə arasındakı sazişlərin həyata keçirilməsidir

İslam İnqilabının Ali Rəhbəri Həzərt Ayətullah Xamenei bu gün günortadan sonra İraqın baş naziri cənab Məhəmməd Şiya Əs-Sudani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə xalqın və hökumətin onlarla milyonluq Ərbəin yürüşünü daha əzəmətli və arzuolunan səviyyədə keçirmək üçün göstərdikləri səy və fəaliyyətləri yüksək qiymətləndirərək İran İslam Respublikası ilə İraq arasında əldə edilmiş işgüzar sazişlərin izlənməsinin və başa çatdırılmasının iki dövlətin əlaqələrinin yeni dövr prioritetlərindən olduğunu dedi.

İslam İnqilabının Rəhbəri İraqın baş nazirinin Ərbəin yürüşünün təhlükəsiz və əzəmətli şəkildə keçirilməsi istiqamətində görülən hazırlıqlarla bağlı verdiyi məlumata toxunaraq dedi: “İraq xalqının çoxlu sayda Ərbəin zəvvarının səxavətli qəbulu, habelə bu böyük mərasimin təhlükəsizliyini təmin etmək üçün İraq hökuməti və səlahiyyətli şəxslər tərəfindən görülən tədbirlər çox əhəmiyyətli və heyrətamizdir.

Həzrət Ayətullah Xamenei həmçinin Şəhid Rəisinin dövründə İran və İraq arasında imzalanmış memorandum və sənədlərə işarə edərək bu işlərin izlənilmməsi və yeni dövrdə həyata keçirilməsinin vacibliyinə toxunaraq vurğuladı: “Sazişlərin icra sürəti hər iki tərəfdə artırılmalıdır”.

İslam İnqilabının Rəhbəri cənab Əs-Sudani hökumətinin İraqın problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərdən və İraqın siyasi cərəyanları arasında mövcud olan uzlaşma və əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bu əməkdaşlıqların davam etdirilməsinin zəruriliyini vurğuladı.

Vitse-prezident cənab Arifin də iştirak etdiyi bu görüşdə cənab Məhəmməd Şia əs-Sudani İranda prezident seçkilərinin uğurla keçirilməsi və doktor Pezeşkiyanın prezident seçilməsi münasibətilə təbriklərini çatdırdıqdan sonra ümidvar olduğunu bildirdi: “İran və İraq arasında əldə edilmiş sazişlər yeni dövrdə həyata keçiriləcək”.

İraqın baş naziri həmçinin İran İslam Respublikasının sionist rejimin Qəzzada törətdiyi cinayətlərlə bağlı tutduğu mövqeləri yüksək qiymətləndirərək dedi: “Sionist rejim bütün beynəlxalq və humanist qırmızı xətləri aşıb. İraqın bu cinayətlərlə bağlı ictimai və rəsmi mövqeyi sabit və dəyişməzdir. İraq hökuməti ortaq mövqedə olan ölkələrlə davamlı münasibətdədir.

Bu görüşdə cənab Şia əs-Sudani İraq hökumətinin Ərbəin yürüşünü əzəmətli və təhlükəsiz şəkildə keçirmək üçün göstərdikləri səy və fəaliyyətlər haqqında məlumat verdi: “Bu yürüş sionist rejimin cinayətlərinə qarşı mövqe tutmaq, müsəlmanları, xüsusilə də gəncləri İmam Hüseynin (ə) zülmə qarşı qiyamının əsas prinsipləri və təlimləri ilə tanış etmək üçün böyük bir fürsətdir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /