Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri HƏMAS-ın siyasi bürosunun rəhbəri və FİCH-nın baş katibi ilə görüşdə:

Bu gün İslamın uca bayrağı Qəzza əhalisinin əlindədir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin bu gün (çərşənbə axşamı) günortadan əvvəl HƏMAS-ın siyasi bürosunun rəhbəri cənab İsmail Həniə və Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəxalə ilə görüşdə Qəzzanın məzlum əhalisinin misilsiz müqavimətini yüksək qiymətləndirərək dedi: “Bu gün İslamın ən uca bayrağı Fələstin xalqı və Qəzza əhalisinin əlindədir. Bu müqavimət sayəsində İslamın əvvəlkindən daha çox yayılmasına zəmin yaranmışdır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, İslam mütəfəkkirlərinin daimi narahatlıqlarından biri İslamın hansı şəkildə yayılması və İslam cəmiyyəti ilə bağlı bir nümunə təqdim edilməsi idi: “İndiki mərhələdə İslama meylin artması Fələstin xalqının və Qəzza əhalisinin müqavimətinin əzəmətini göstərir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Müqavimətin əzəmətinin əsas amili Qəzza əhalisi və İordan çayının qərb sahilinin sakinləridir. Allahın yardımı, dəstəyi və müjdələrinin Fələstin xalqı və müqavimət qüvvələrinə şamil olacağına ümid edirik”.

Bu görüşdə cənab İsmail Haniə İran xalqını İranın yeni prezidentinin seçilməsi münasibətilə təbrik etdikdən sonra son keçirilən seçkilərin islami düşüncəyə əsaslanan demokratiyanın bir təzahürü olduğunu dedi.

O, cənab Pezeşkiyanla olan görüşünə toxunaraq bildirdi: “Biz bu görüşdə İran İslam Respublikasının Fələsətin məsələsi və müqavimət hərəkatı ilə bağlı yaxşı və möhkəm mövqelərinə bir daha şahid olduq”.

HƏMAS-ın siyasi bürosunun rəhbəri Qəzza və İordan çayının qərb sahilindəki son faktiki və siyasi vəziyyət haqqında məlumat verərək dedi: “Dünən Qəzza müharibəsinin 300-cü günü idi. Hal-hazırda biz elə həssas bir tarixi mərhələyə çatmışıq ki, Fələstin xalqı və müqavimət qüvvələri öz qəhrəmanlığını və qələbəsini sübuta yetirməlidir”.

Bu görüşdə Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ziyad Ən-Nəxalə cənab Pezeşkiyanı yeni prezident seçilməsi münasibətilə təbrik edərək onun Fələstinə və müqavimətə dəstək mövqeyini yüksək qiymətləndirdi: “HƏMAS və İslami Cihad liderlərinin bugünkü görüşdə birlikdə iştirak etməsi Fələstindəki müqavimət qüvvələrinin birliyinin simvolik göstəricisidir. Bu birlik sayəsində regionda müqavimət cəbhəsi arasında birlik və əməkdaşlıq ən yaxşı səviyyədədir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /