Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbər Tacikistanın Prezidenti və nümayəndə heyəti ilə görüşdə vurğuladı:

Fars dilinin qorunması və inkişafı üçün daha çox əməkdaşlıq edilməlidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər Tacikistanın Prezidenti cənab İmoməli Rəhmon və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qeyd etdi ki, İran İslam Respublikasının siyasəti və əsas prioritetinin region dövlətləri, xüsusilə eyni dildə danışan, ortaq mədəniyyət, tarixə və dinə malik olan dövlətlərlə olan əlaqələri inkişaf etdirməkdir: “İran İslam Respublikası keçmişdə olduğu kimi, Tacikistanla müxtəlif sahələrdə səmimi əməkdaşlıq etməyə hazırdır”.

Ölkəmizin prezidentinin andiçmə mərasimində iştirak etmək məqsədilə Tehrana səfər etmiş Takistanın Prezidentinə təşəkkür edən İslam İnqilabının Rəhbəri iki ölkənin səlahiyyətli şəxslərinin qarşılıqlı səfərlərinin əməkdaşlıqların inkişafına zəmin yaradacağını dedi: “Fars dili İran, Tacikistan və Əfqanıstanın mühüm ortaq cəhətlərindən biridir. Bu dili qorumaq, inkişaf etdirmək və onu səhnədən çıxarmaq üçün göstərilən bəzi səylərin qarşısını almaq üçün daha çox əməkdaşlıq etmək lazımdır”.

Tacikistan Respublikasının Prezidentinə fars dilinin inkişafı istiqamətində atdığı addımlara görə təşəkkür edən Həzrət Ayətullah Xamenei ümidvar olduğunu bildirdi: “Qədim fars yazısı da Tacikistanda təbliğ edilməlidir”.

İslam İnqilabının Rəhbəri sonda dedi: “İranla Tacikistanın əlaqlərinin inkişaf etməsini istəməyənlər var. Onlarla mübarizə aparmaq üçün proqram olmalıdır”.

Prezidentin birincü müavini cənab Arifin də iştirak etdiyi bu görüşdə cənab İmoməli Rəhmon İnqilabın Rəhbəri ilə yenidən görüşdüyü üçün şad olduğunu bildirərək cənab Pezeşkiyanla olan müzakirələrinə toxundu: “Bir neçə ilə əvvəl zat alinizin də buyurduğu kimi, iki ölkə qohumdur. Biz əlaqələri əvvəlkindən daha çox inkişaf etdirmək, İslam Respublikasının elm, səhiyyə və sənaye sahəsindəki təcrübələri və nailiyyətlərindən istifadə etmək istəyirik”.

Tacikistanın Prezidenti bu görüşdə ölkələrində fars dilinin inkişafı istiqamətində gördüyü bəzi işlərdən də danışdı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /