Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri Tehran şəhidlərinin anım konqresinin təşkilatçıları ilə görüşdə dedi:

Fələstinə qlobal dəstək cərəyanı İslam İnqilabının ruhundan qaynaqlanır

İslam İnqilabının Rəhbərinin 15 may 2024-cü il tarixində “Tehran Əyalətinin Şəhidlər Konqresi”nin təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gün axşam 25 iyul 2024-cü il tarixində cümə axşamı İmam Xomeyninin (ə) pak hərəmində konqresin keçirildiyi yerdə yayımlandı.

Həzrət Ayətullah Xamenei bu görüşdə mücahidlərin Müqəddəs Müdafiə dövründəki bərəkətlərindən birinin daxilə və xaricə verilən müqavimət və dirəniş mesajı olduğunu dedi: “Bir çox ekspertlər bu günlərdə dünya səviyyəsində Fələstinin xeyrinə həyata keçirilən hərəkatların İslam İnqilabının ruhundan qaynaqlandığını açıq şəkildə ifadə edirlər”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bu gün dünyanın hər yerində şahidi olduğumuz Fələstinə dəstək mövqe və şüarlar, İmamın (r.ə) mövqeyi və İran xalqının qəlbindən coşub çıxaraq dillər əzbəri olmuş şuarlardır”.

Həzrət Ayətullah Xamenei amerikalı universitet heyətlərinin Fələstin xalqını dəstəkləməsinə toxunaraq, bunu müasir tarixin bənzərsiz hadisəsi sayılan İran xalqının hərəkəti və böyük İmamın (r.ə) isti nəfəsindən qaynaqlanan bir bərəkət olduğunu dedi: “Amerika universitetlərinin tələbələrinin Fələstinə dəstək cərəyanının genişlənməsi elə bir həddə çatıb ki, Amerika hökuməti bütün iddia və şüarlarını pozur, bu ölkənin polisi isə xalqın gözləri önündə və kameralar qarşısında tələbələri və müəllimləri təpikləyir, qollarına qandal vurur”.

O, vurğuladı: “İranda etmək istədikləri indi öz başlarına gəlib”.

İslam İnqilabının Rəhbəri həmçinin son illərdə ölkə gənclərinin İŞİD və ya sionist rejimə qarşı mübarizə meydanlarında olmaq ruhiyyəsi və motivasiyasını Müqəddəs Müdafiə dövrünün ruhiyyəsindən qaynaqlandığını dedi: “Ötən illərin hadisə və fitnələrində, o cümlədən 1388-ci il Tehran fitnəsində, İmamı və Müqəddəs Müdafiə dövrünü görməyən gənclər o dövrlərə xas ruhiyyə və motivasiya ilə meydanlara daxil olub, düşmənin ölkəyə və xalqa problem yaratmaq planını alt-üst etdilər”.

Həzrət Ayətullah Xamenei Tehran əyalətinin hərbi birlikləri, gəncləri, xüsusilə də “Seyyidüş-şühəda” diviziyasının Müqəddəs Müdafiə dövründəki rolunu yüksək qiymətləndirərək əlavə etdi: “Tehran gənclərinin rolu eyni ruhiyyə ilə davam etdirilir. 1401-ci il hadisələrində Tehran və Tehranətrafı şəhərlərdən olan gənclər öz adlarını əbədiləşdirdilər”.

O, Müqəddəs Müdafiə dövrünə aid sənədlər və böyük işlərin əbədiləşdirilməsi, habelə bədii şəkildə çatdırılmasının vacib və zəruri olduğunu vurğuladı: “Təcrübə göstərir ki, bir həqiqət nə qədər açıq-aydın olsa da, əgər açıqlanmazsa və təkrar edilməzsə, bədxahlar onun əksini və ya təhrif edilmiş formasını yayacaqlar”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /