Allahın ailəsinin matəm və hüzn gecəsi olan Şami-qəriban axşamı Həzrət Əbaəbdillahı (ə) və onun ailəsini sevən xalqın bir qrup nümayəndəsi İmam Xomeyni (r.ə) adına hüseyniyəyə toplaşaraq İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə matəm keçirdi.
Mərasimdə Höccətül-İslam vəl-müslimin Cavad Məhəmməd Zamani çıxış etdi, cənab Mehdi Samavati zikri-müsibət və təvəssül duası oxudu. Mərasimdə habelə cənab Mehdi Sələhşur da mərsiyə və növhələr oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir