Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbərinin hökmü ilə

Mütəhhəriəsl Vəliyyi-fəqihin Şərqi-Azərbaycan üzrə nümayəndəsi təyin edildi

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin hökmü ilə Höccətül-İslam hacı Şeyx Əhməd Mütəhhəriəsl Vəliyyi-fəqihin Şərqi-Azərbaycan əyaləti üzrə yeni nümayəndəsi və Təbrizin İmam-cüməsi təyin edildi.

İnqilabın Rəhbəri bu hökmdə Höccətül-İslam Ali-Haşimin vəfatına görə çox böyük təəssüf hissi keçirdiyini bir daha vurğulayaraq onun öz faəliyyətlərində xalq və xidmət prinsiplərini rəhbər tutmasını yüksək qiymətləndirdi.

İslam İnqilabının Rəhbərinin hökmünün tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Cənab Höccətül-İslam hacı Şeyx Əhməd Mütəhhəriəsl (faydaları davamlı olsun)

Təbrizin xalqdan olan zəhmətkeş və görkəmli İmam-cüməsi, vəfatı Azərbaycan əhalisi üçün itki olan mərhum xidmət şəhidi Höccətül-İslam Ali-Haşimin (Allah ona rəhmət etsin) vəfatından böyük təəssüf hissi keçirdiyimi bildirir, onun öz faəliyyətlərində xalq və xidmət prinsiplərini rəhbər tutmasını yüksək qiymətləndirərək, sizi onun yoldaş və həmkarlarından biri olmuş, gözəl düşüncəsi və əməlləri ilə tanınan bir şəxsiyyət kimi Şərqi-Azərbaycan əyaləti üzrə nümayəndəm və Təbrizin İmam-cüməsi təyin edirəm.

İnanıram ki, cümə imamlığı vəzifəsi Təbrizin mömin, şücaətli və inqilabçı əhalisinin üstün xüsusiyyətləri ilə layiqli şəkildə tənasüblük təşkil edəcək, elm, ixlas, birlik və aydınlatma mömin və hərarətli xalq kütlələri, xüsusilə gənclərlə olan qarşılıqlı əlaqələrin mərkəzində duracaq, tanınmış alimlər, universitet fəalları, müdrik insanlar və inqilaçı heyətlərlə səmimi əlaqələr, cəmiyyətin fədakarları və zəif təbəqələrin dərdinə şərik çıxmaq daim diqqət mərkəzində olacaq.

Allahdan sizə uğrular diləyirəm

Seyid Əli Xamenei
19 tir, 1403

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /