Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri on üçüncü hökumətin üzvləri ilə görüşdə dedi:

Şəhid Rəisi hökumət və məsul şəxslər üçün rəhbərlik örnəyidir

İslam İnqilabının Rəhbəri bu gün səhər prezidentin səlahiyyətlərini icra edən cənab Müxbir və on üçüncü hökumətin üzvləri ilə görüşdə qeyd etdi ki, xalq kütlələrinin (elit və xüsusi adamların deyil) problemlərinin həlli üçün dayanmadan səy göstərmək, daxili imkanlara dərin inam, dini və inqilabi mövqelərini açıq şəkildə ifadə etmək, yorulmamaq, ümidsizliyə qapılmamaq, xarici siyasətdə qarşılıqlı fəaliyyətə və ləyaqətə hörmət, böyük planlar həyata keçirmək üçün çalışmaq, təvazökarlıq, dözümlülük, mənəviyyat, zikr və təvəssül şəhid Rəisinin üstün fərdi və fəaliyyət xüsusiyyətlərindən idi: “Əziz Rəisi bir nümunə və meyar olaraq göstərdi ki, ölkə başçısı kimi bu intellektual, mənəvi və əməli keyfiyyətlərə malik olmaq və əməldə onları izləmək olar”.

Həzrət Ayətullah Xamenei on üçüncü hökumətlə təşkil edilmiş bu son görüşdə on üçüncü hökumətin iş, ümid və hərəkət hökuməti olduğunu dedi: “Şəhid Rəisi, həqiqətən, Haqqa ümidli, gələcəyə nikbin və müəyyən edilmiş məqsədlərə yetişməkdə qərarlı idi”.

O, cənab Rəisinin üstün keyfiyyətlərini qeyd edərkən onun xalqla olması xüsusiyyətinin bütün məsul şəxslər üçün həqiqi örnək və çox mühüm bir xüsusiyyət olduğunu dedi: “Əziz Rəisi xalqa hörmət edir, xalqın arasında gəzərək onların həqiqətlərini və ehtiyaclarını yaxından hiss edir, xalq kütlələrinin problemlərinin həllini və ehtiyaclarının təmin edilməsini özünün proqramları və addımlarının əsas mərkəzi hesab edirdi”.

İnqilabın Rəhbəri bildirdi ki, xalqla olmaq İslamın hökumət rəhbərləri və məsul şəxslərdən tələbidir. O, Əmirəl-mömininin (ə) Malik Əştərə verdiyi fərmana istinad edərək dedi: “Həzrət Əmir (ə) israrla Malik Əştərə bildirir ki, sənin gözündə ən sevimli iş xalqın razılığına səbəb olan, onu məmnun edən iş olmalıdır. Çünki bütün sahələrdə, o cümlədən düşmənlə mübarizədə və vəhdət yaradılmasında sənin köməkçin gözləntiləri yüksək olan, yalnız öz mənafeləri üçün çalışan xüsusi insanlar deyil, xalqdır. Xüsusi insanlar öz mənafelərini güddükləri üçün cəmiyyətdə onlarla vəhdət yaratmaq olmaz”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Həmin həqiqətləri və xüsusiyyətləri müqəddəs müdafiədə və digər sahələrdə xalq kütlələrindən görmüşük. Şəhid Rəisi Əmirəl-mömininin (ə) bu xəttini və metodunu davan etdirir. Bu da hər kəs üçün nümunə olmalıdır”.

O, daxili imkanlara inamın Şəhid Rəisinin digər üstün xüsusiyyəti olduğunu dedi: “Ayrı-ayrı dövrlərdə məsul şəxslərlə bu barədə danışmışıq, heç kəs də etiraz etməyib. Amma adam başa düşür ki, Rəisi ölkənin problemlərinin həllində daxili imkan və potensiallara tam inanırdı”.

İnqilabın Rəhbəri bildirdi ki, dini və inqilabçı mövqelərin açıq şəkildə elan edilməsi, ikibaşlı sözlər deməkdən və ya kimlərinsə xoşuna gəlmək üçün danışmaqdan çəkinmək şəhid prezidentin digər bir xüsusiyyəti idi.

Həzrət Ayətullah Xamenei dedi: “Rəisi açıq şəkildə dediklərinə əməldə də sadiq idi. Məsələn, ilk müsahibəsində ondan soruşulanda ki, filan ölkə ilə əlaqə yaradacaqsınızmı? O, “Xeyr”, - deyə cavab verdi. Sona qədər də bu aşkar və şəffaf xəttə sadiq qaldı”.

İnqilabın Rəhbəri vurğuladı ki, şəhid Rəisinin üstün xüsusiyyətlərindən biri işdən yorulmamaq idi: “Mən Rəisiyə dəfələrlə tövsiyə etmişdim ki, fəaliyyətləri problemsiz davam etdirmək üçün bir qədər istirahət etsin. Amma o, deyirdi ki, işdən yorulmur. Həqiqətən də, yorulmurdu. Onun bu əməli xüsusiyyəti, həqiqətən, heyrətamiz idi”.

Həzrət Ayətullah Xamenei şəhid Rəisinin çətinliklər və söz yaraları qarşısında ruhdan düşməməsinə işarə edərək dedi: “Adətən, adam naşükürlükdən və tənqidlərdən təngə gələrək ruhdan düşür. Amma Rəisi əziyyət çəksə də - bəzən mənə də şikayətlənirdi – bu məsələlərdən heç vaxt məyus olmur, işlərini davam etdirməkdə ruhdan düşmürdü”.

İnqilabın Rəhbəri bildirdi ki, cənab Rəisininin üstün xüsusiyyətlərindən biri qarşılıqlı əlaqə və ləyaqət prinsiplərinə eyni anda riayət etməsi idi.

O dedi: “Rəisi əlaqə və münasibət prinsipinə inanırdı. O, qarşılıqlı əlaqə tərəfdarı olsa da, ləyaqət və izzət məsələsinə əlaqələri kəsəcək şəkildə sərt və uzaqlaşdırıcı, özünü əbəs yerə aşağı tutub qarşı tərəfə imtiyaz verməyəcək bir şəkildə baxırdı”.

İnqilabın Rəhbəri əlavə etdi: “Şəhid prezidentimizin ləyaqət prinsipi əsasında mümkün olan bütün ölkələr və prioriteti olan qonşularla qarşılıqlı əlaqəsi Rəisi şəhid olduqdan sonra bir sıra tanınmış dünya liderlərinin başsağlığı mesajlarında onu sıradan bir siyasətçi deyil, görkəmli şəxsiyyət kimi yad etmələrinə səbəb oldu”.

İnqilabın Rəhbərinə görə, böyük layihələrin icrasına çalışmaq, o cümlədən dəniz suyunun susuz şəhərlərə çatdırılması, səbir və dözümlülük şəhid Rəisininin əməli xüsusiyyətlərindəndir.

O əlavə etdi: “Rəisi ixtilaflara görə narahat olurdu, amma hər kəslə yola gedirdi. Ölkədə hətta böyük bir münaqişəyə səbəb ola biləcək ciddi bir ixtilaf yaranmışdı. Ondan qətiyyən reaksiya verməməsini istədim. Onun üçün çətin olsa da, reaksiya vermədi, güzəştə getdi”.

Şəhid Rəisininin İnqilabın Rəhbəri tərəfindən yüksək qiymətləndirilən sonuncu üstün xüsusiyyəti mənəviyyat, zikr, dua və təvəssül oldu.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Bu xüsusiyyətlər bir meyarı tanıtmaq, icraedici qüvvənin rəhbərinin intellektual, mənəvi və əməli fəzilətlər toplusuna sahib olub onları öz şəxsi və idarəçilik həyatında əməli şəkildə izləyə bilməsi üçün tarix səhifələrinə həkk edilməsi üçün qeyd edildi”.

Həzrət Ayətullah Xamenei hökumət üzvlərinə cənab Rəisi ilə birgə addımladıqları, onunla əməkdaşlıq etdikləri üçün təşəkkür etdi: “Əgər sizin əməkdaşlığınız olmasaydı, təbii ki, bu fəaliyyətlər mümkün olmazdı”.

İnqilabın Rəhbəri cənab Müxbirə həm üç illik hakimiyyəti dövründə şəhid Rəisi ilə əməkdaşlıq etdiyinə, həm də prezidentin şəhadətindən sonra ölkənin icra işlərini, insafən, yaxşı yerinə yetirdiyi üçün xüsusi təşəkkür etdi: “Son ana qədər bu fəaliyyətləri davam etdirin. Bu özü də bir meyardır. Təbii ki, hökumət təşkilatlarında dəyişikliklər olacaq, amma sizin xidmətləriniz təkcə xüsusi adlar və rəhbərliklər çərçivəsində deyil, bütün şəraitlərdə davam edə bilər”.

İnqilabın Rəhbəri çıxışının sonunda seçkiləri yaxşı və heç bir hadisəsiz keçirdiyi üçün xalqa, hökumət rəhbərlərinə, Daxili İşlər Nazirliyinə, milli mediaya, polis və təhlükəsizlik qüvvələrinə səmimi qəlbdən təşəkkür etdi: “Dünyanın bəzi ölkələrində seçkilər dava-dalaş və yaxalaşmalarla müşayiət olunur. Halbuki bizim ölkədə seçkilər ən yaxşı şəkildə keçirilir”.

Bu görüşün əvvəlində prezidentin səlahiyyətlərinin icraçısı cənab Müxbir rəhbərlik və mənəviyyatın bir-birinə çulğalaşması məsələsinin şəhid Rəisiyə xas olan ən böyük xüsusiyyətlərdən olduğunu dedi. O, ölkənin problemlərinin həllinə əhatəli və prioritet baxışın olması məsələsinə işarə edərək daxili imkana əsaslanma, çarəsizlik və məyusluq hiss etməmək, bütün məsul şəxslərlə və xalqla misilsiz əlaqələrin yaradılması, qeyri-əsas işlərdən çəkinmək prinsipinin şəhid prezidentə xas olan üstün xüsusiyyətlərdən olduğunu dedi.

Cənab Müxbir ölkənin 1400-cü ilin yay fəslindəki şəraitinə işarə edərək 90-cı ildən qalmış inflyasiya, on ikinci hökumətin borclarının ödənilməsi, investisiyanın azalması, iqtisdiayyatın şərtiliyi və durğunluğu problemlərinin aradan qaldırılması istiqamətində işlər görülməsinin işə başlayarkən on üçüncü hökumətin qarşıya qoyduğu birinci proqram olduğunu dedi.

O, istehsalçı və istehlakçının inflyasiyası, likvidliyin artım qiyməti, valyuta məzənnəsinin artım qiymətii, iqtisadi artım, işsizlik səviyyəsi, su təchizatı və elektrik enerjisi istehsalı, sənaye artımı, fabriklərin işə salınması, enerji sahəsinə investisiya qoyulması, tranzit, pul subsidiyaları, dolanışıq planları və tibbi sığorta sahələrində Rəisi hökuməti ilə ondan əvvəlki hökumətlərin fəaliyyətlərinin müqayisəli statistikasını təqdim edərək cari ildə iqtisadi inkişaf üçün bütün lazımi tədbirlərin görüldüyünü dedi: “On üçüncü hökumətin cari ildəki iqtisadi inkişafla bağlı proqnozu 8%-dir. Əgər həmin proses davam etdirilərsə, onun gerçəkləşməsində heç bir şübhə yoxdur”.

Prezidentin səlahiyyətlərinin icraçısı çıxışının sonunda Şəhid Rəisi kabinetinin son günə qədər xalqa xidmət göstərəcəyini bildirdi: “Bu günlərdə valyuta məzənnəsi və bazar da sabit idi. Seçkilərin təşkil edilməsi imkanının məhdud olmasına baxmayaraq, bu siyasi kampaniya heç bir problem və etiraz olmadan uğurla başa çatdı”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /