Ali Məqamlı Rəhbərin informasiya bloku

Seçilmiş prezidentin İnqilabın Rəhbəri ilə görüşü

Prezident seçilmiş cənab doktor Məsud Pezeşkiyan bu gün günortadan sonra İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

Bu görüşdə cənab doktor Pezeşkiyanı əksəriyyətin rəyini qazanması münasibətilə yenidən təbrik edən və seçkilərin ikinci mərhələsində iştirak səviyyəsinin artmasından məmnun olduğunu bildirən İnqilabın Rəhbəri cənab doktor Pezeşkiyanın xalqın imkanlarından və ölkənin digər zəngin imkanlarından istifadə edərək inkişaf və abadlıq istiqamətində addım atacağına ümidvar olduğunu dedi.

Həzrət Ayətullah Xamenei seçilmiş prezidentə dua edib müvəffəqiyyət dilədikdən sonra tövsiyələr verdi.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /