Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbərinin Avropadakı tələbələrin İslami Assosiasiyalar İttifaqına müraciəti

Böyük məsələlərdə effektivlik motivasiya, iman və özgüvənə əsaslanır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının 58-ci qurultayına ünvanladığı müraciətdə dünyanın faktiki mürəkkəb məsələlərinə işarə edərək bu tələbələrin böyük məsələlərdəki effektivliyinin motivasiya, iman və özgüvənlə şərtləndiyini vurğulayıb.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Əziz tələbələr! Sizin köklü və yaxşı tanınan ittifaqınız və bu ittifaqın fəaliyyətlərinin davamlılığı müjdəverici bir hadisədir. Bu kollektiv öz miqyasında dünyanın hazırkı mürəkkəb məsələlərində həlledici rol oynaya bilər. Böyük məsələlərdə təsir gücünə malik olmaq hər hansı say və təchizatdan çox fəalların motivasiyası, imanı və özgüvəninə əsaslanır. Allaha həmd olsun ki, bu qiymətli sərmayə İranın siz mömin və inqilabçı gənclərində mövcuddur.

Dünyanın mühüm məsələlərindən, yeni və köhnə yaralarından xəbərdarsınız. Bunların ən yenisi misilsiz Qəzza faciəsi, ən qabarıq olanı Qərbin, Qərb siyasətçilərinin və Qərb mədəniyyətinin əxlaqi, siyasi və sosial məğlubiyyəti, ən ibrətamizi Qərbin iddiaçı liberal demokratiyasının söz azadlığını təmin edə bilməməsi, iqtisadi və sosial ədalət məsələsindən xəbərsizliyidir. Xalqın, xüsusilə ABŞ və Avropa tələbələrinin etirazlarının zəif də olsa, ümidverici olan işığı müasir dövrün mühüm məsələlərindəndir. Qərbi Asiya regionu və əziz ölkəmiz müxtəlif tipli böyük və kiçik məsələlərlə qarşı-qarşıyadır. Bütün bunlar sizin ittifaqınız kimi mübarək birliklər üçün düşüncəyə, fəaliyyətə və təşəbbüsə zəminlər yaradır.

İzzət və hikmət sahibi olan Allahdan sizə uğurlar diləyirəm

Seyid Əli Xamenei
15.04.1403

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /