Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri İran xalqının seçkilərdəki iştirakı ilə bağlı müraciət ünvanladı

Xalqın böyük hərəkəti unudulmaz və parlaq bir işdir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei XIV prezident seçkilərinin keçirilməsi münasibətilə ünvanladığı müraciətdə İran xalqını, seçilmiş prezidenti və bu həssas səhnənin bütün fəallarını təbrik edərək hər kəsə ölkənin gündən günə artmaqda olan izzəti və inkişafı naminə əməkdaşlıq etməyi və yaxşı düşüncədə olmağı tövsiyə etdi: “Yaxşı olar ki, seçki rəqabətləri rəqabət normalarına çevrilsin. Hər kəs ölkənin maddi və mədəni abadlığı üçün çalışmalıdır”.

İslam İnqilabının Rəhbəri seçilmiş prezident cənab doktor Pezeşkiyana mərəhəmətli Allaha təvəkkül etməyi, ucu üfüqlərə göz dikməyi, ölkənin zəngin imkanlarından, xüsusilə inqilabçı və mömin gənclərdən faydalanmağı tövsiyə etdi.

İnqilabın Rəhbərinin müraciətinin mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

والحمد لله ربّ العالمین والصلاة والسلام علی سیدنا محمدٍ و آله الطاهرین 
سیما بقیّة الله روحی فداه 

Yenilməz güc və qüdrət sahibi olan mərhəmətli Allaha şükür olsun ki, Onun iradəsi və lütfü ilə böyük İran xalqı şəhid prezidentin vəfatı səbəbindən yaşadığımız ağır müsibətdən sonra çox qısa bir müddət ərzində prezident seçkilərini təşkil edə, iki ardıcıl cümə çərçivəsində azad və şəffaf seçki keçirə, səs çoxluğu ilə bir neçə namizəd arasından ölkə prezidentini seçə bildi.

Seçkilərin təşkilinə məsul olan möhtərəm şəxslər lazımi sürət və tam bir əmanətdarlıqla öz vəzifələrini yerinə yetirə bildilər və əziz xalq məsuliyyət hissi ilə meydana atıldı və hərarətli bir səhnə yaradaraq iki mərhələdə seçki qutularına 55 milyondan çox bülleten atdı.

İran xalqının düşmənlərinin ümidsizlik və çıxılmazlıq düşüncəsini təlqin etmək üçün yaratdıqları qondarma seçki sanksiyası hayküyü qarşısındakı bu böyük hərəkət parlaq və unudulmaz bir işdir. Bütün möhtərəm namizədlər və onların hər birinin qələbə çalması üçün gecə-gündüz bilmədən həftələrlə çalışan hər kəs bu qürur və onun savabında şərikdirlər.

Artıq İran xalqı öz prezidentini seçib. Mən xalqı, seçilmiş prezidenti və bu həssas səhnənin bütün fəallarını, xüsusilə namizədlərin seçki kompaniyalarındakı hərarətli gəncləri təbrik edir, hər kəsə ölkənin günü-gündən artmaqda olan izzəti və inkişafı naminə əməkdaşlıq etməyi və yaxşı düşüncədə olmağı tövsiyə edirəm. Yaxşı olar ki, seçkilər dövrünün rəqabətləri rəqabət normalarına çevrilsin və hər kəs öz imkanı həddində ölkənin maddi və mənəvi abadlığı üçün çalışsın.

Seçilmiş prezident cənab doktor Pezeşkiyana mərəhəmətli Allaha təvəkkül etməyi, uca və işıqlı üfüqlərə göz dikməyi, xalqın asayişi və ölkənin inkişafı üçün şəhid Rəsinin yolunu davam etdirərək ölkənin zəngin imkanlarından, xüsusilə inqilabçı və mömin gənclərdən daha çox faydalanmağı tövsiyə edirəm.

Bir daha Haqqın dərgahına şükür edir, Həzrət Bəqiyyətullaha salam göndərir, uca şəhidlərin və şəhidlərin böyük rəhbərinin xatirəsini əziz tutur, bütün möhtərəm namizədlərə, bu həllledici və həssas dövrün seçki fəallarına, milli mediaya, ölkənin təhlükəzisliyinin qoruyucularına, seçki prosesinin icraçı və nəzaərətçi qurumlarına təşəkkür edirəm.

Seyid Əli Xamenei
16.04.1403

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /