İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər saat 08-00-da ölkədə keçirilən 14-cü prezident seçkilərinin ikinci mərhələsinin başladığı ilk dəqiqələrdə öz səsini seçki qutusuna atdı.
İslam İnqilabının Rəhbəri seçki bülletenini 110 saylı seçki qutusuna atdıqdan sonra seçkilər gününün xalqın mühüm bir siyasi iş üçün fəallıq göstərdiyi gözəl bir gün olduğunu dedi: “İnşallah əziz xalqımız ikinci mərhələdə daha böyük əzmkarlıq göstərəcək, seçki məntəqələrinə gəlib ən yaxşını seçərək işi bu mərhələdə tamamlayacaq və sabah, şənbə günü prezidentimiz seçilmiş olacaq”.
Həzrət Ayətullah Xamenei prezdent seçkilərinin bu mərhələsində xalqın istək və marağının artdığını ifadə edən bəzi məlumatlara işarə edərək dedi: “Əgər belədirsə, sevindiricidir. Ümidvarıq ki, Allah-taala xalqa uğru bəxş edəcək, ölkəni abadlığa çıxaracaq, lütf və mərhəmətini bu yolda zəhməti keçən hər kəsə şamil edəcək”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir