İnqilabın Rəhbəri 30 xordad 1403-cü il tarixində keçirilmiş “Hərəm Müdafiəçiləri və Müqavimət Cəbhəsinin Şəhidləri” beynəlxalq konqresi təşkil edən rəsmiləri ilə keçirdiyi görüşdə verdiyi bəyanat bu gün (09.04.1403, şənbə) səhər konqresin keçirildiyi İmam Rzanın (ə) ziyarətgahında yayımlandı.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu görüşdə Hərəmin müdafiəçilərinin İslam Respublikası sisteminin dünyaya baxışının simvollarından biri, mühüm və heyrətamiz bir fenomen olduğunu dedi: “Ayrı-ayrı millətlərdən olan gənclərin Hərəm müdafiəçiləri çərçivəsindəki varlığı İslam İnqilabının qırx ildən sonra İnqilabın ilk illərindəki eyni həyəcanı və qəhrəmanlığı yenidən yaradacaq qüdrətə malikdir”.
İslam İnqilabının Rəhbəri Hərəm müdafiəçiləri və müqavimət cəbhəsinin bütün şəhidlərinin, xüsusilə şəhid Sərdar Süleymaninin xatirəsini əziz tutaraq Hərəmin müdafiəsinin Hərəmin sahibləri və Əhli-beytin (ə) təfəkkürü və ideyalarının müdafiəsinin bir simvolu olduğunu dedi: “Əhli-beyt (ə) məktəbinin ədalət, azadlıq, zülmkar qüvvələrlə mübarizə, haqq yolunda fədakarlıq kimi yüksək ideyalarının pak vicdanlar arasında hər zaman tələbatçısı vardır”.
Həzrət Ayətullah Xamenei ABŞ universitetlərinin tələbələrinin Qəzza əhalisinin müdafiəsi məqsədilə təşkil etdikləri aksiyalar dünyada pak vicdanların mövcudluğunun bir nümunəsidir: “Mühüm olan budur ki, Hərəmin müdafiəsinin bu mesajı, əslində, insanlıq ideyalarının müdafiəsi olan bu mesaj dünyadakı pak vicdanların qulağına çatsın”.
O, qeyd etdi ki, Hərəmin müdafiəsi mövzusunun yönlərindən biri İslam İnqilabının dünyaya baxışıdır: “Öz regionundan xəbəri olmayan istənilən hərəkət, hərəkat və inqilab mütləq zərbə alacaq. İran xalqının başı daxili məsələlərə qarışdığı və xarici müdaxiləiləri diqqətdən qaçırdığı üçün məşrutə və neft sənayesinin milliləşdirilməsi hadisəsində xəsarət aldı və nəticə əldə etmədi”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Böyük İmam (r.ə) islami hərəkat, habelə İslam İnqilabı qələbə çaldığı ilk günlərdən yadların müdaxiləsi, dünyaya və regiona baxış, daxili məsələlərlə məhdudlaşmamaq məsələlərini daim diqqət mərkəzində saxladı, bəyanatlarında bu məsələlərlə bağlı lazımi xatırlatmalar etdi”.
Həzrət Ayətullah Xamenei Hərəm müdafiəsi döyüşçülərinin düşmənlər tərəfindən hazılanmış çox təhükəli plana daxil olan ölkələrdə yer alması İslam İnqilabının dünyaya baxışının təzahürlərindəndir: “Düşmən öz planında regionu işğal etmək, eyni zamanda İrana qarşı iqtisadi, siyasi, dini və etiqadi təzyiqlər göstərərək İslam dövlətini məhv etməyi qarşısına məqsəd qoymuşdu. Amma imanlı gənclərdən bir qrupu İslam Respublikasının mərkəz mövqeyi ilə imperializmin bu çox xərc aparan planını iflasa uğratdı”.
O vurğuladı: “Bu aspektdən qeyd etməliyik ki, Hərəmin müdafiəçilərinin bu hərəkəti İranı və regionu xilas etdi”.
İslam İnqilabının Rəhbəri ABŞ və Qərbin silah və təbliğati dəstəkləri ilə formalaşmış İŞİD və tərəfdar qrupların qatı, qəddar və qeyri-insani mahiyyətinə işarə edərək dedi: “Bu təşkilatların məqsədi regionda, xüsusilə İranda əmin-amanlığı pozmaq idi. Amma Hərəm müdafiəçiləri bu böyük təhlükəni də neytrallaşdırdı”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam İnqilabının qələbənin ilk günlərində malik olduğu həyacan və qəhrəmanlığı yenidən yaratmaq gücündə olduğunu göstərməsi Hərəm müdafiəçilərinin fəaliyyətinin başqa bir yönüdür: “İmamı və müqəddəs müdafiə dövrünü görməmiş gənclərin Hərəmin müdafiəsinə qalxması İslam İnqilabının eyni dini və inqilabçı motivasiyaları qarşıdan gələn qırx il ərzində də yenidən yarada biləcək heyrətamiz gücdə olduğunu göstərir”.
O, İslam İnqilabı, İnqilabın konsepsiyaları və ideyalarının zəifləməkdə olduğunu düşünən bəzi Qərb yönümlü düşüncə sahiblərinin gözləntilərinə və təhlillərinə işarə edərək vurğuladı: “Hərəmin müdafiəçilərinin saflığı, şücaəti, fədakarlığı, ixlası və dini prinsiplərə dərin inancı qərbyönümlülərin təhlillərinin səhv olduğunu göstərən misilsiz və heyrətamiz bir fenomendir. Bu, Allahın və Əhli-beytin (ə) lütfü və diqqəti olmadan formalaşa bilməzdi”.
İslam İnqilabının Rəhbəri 22 bəhmən, Sərdar Süleymani və xidmət şəhidlərinin vida mərasimlərindəki heyrətamiz yürüşlərin təşkilinin İslam İnqilabının yenidən yaratma qüdrətinin digər təzahürlərindən olduğunu dedi: “Hərəm müdafiəsi şəhidləri və onların ailələri İran İslam dövlətinin iftixar, qürur, başıucalıq, xilas və uğur səbəbidir. İslam İnqilabı bu şəhidlərə və onların ailələrinə borcludur”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir