Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Maksimum iştirakla güclü və başıuca İran

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər mübarək “Qədir” bayramı münasibətilə minlərlə həmvətənlə görüşdə “Qədir” hadisəsinin İslam hakimiyyətinin, islami həyat modelinin davamlılığına zəmin yaradan bir hadisə olduğunu dedi.

O, Əmirəl-mömininin (ə) fəzilət və üstün xüsusiyyətlərindən bəzisinə işarə edərək vurğuladı: “İslam dövlətinin xalq əsaslı olmasını və insanların hər tək-təkinin iştirakının ölkənin taleyinə təsir göstərdiyinə inamı öz mövlamızdan öyrənmişik”.

Həzrət Ayətullah Xamenei habelə cümə günü keçiriləcək çox mühüm seçkilərə işarə edərək əhalinin maksimum iştirakının, ən layiqli olanın seçilməsinin xalqın və İslam Respublikasının başıucalığına səbəb olacağını dedi.

O, daha layiqli namizədin xüsusiyyətlərini qeyd edərək xalqın hər bir fərdini səsvermədə iştiraka çağırdı: “Güclü və başıuca İranı sevən, dövlətinə dəstək verdiyinə inanan hər kəs seçkilərdə iştirak etsin”.

İnqilabın Rəhbəri bütün İran xalqını və dünya müsəlmanlarını “Allahın ən böyük bayramı” münasibətilə təbrik edərək mübarək “Qədir” bayramının keçidlərdə təşkil edilməsinin çox yaxşı təşəbbüs olduğunu vurğuladı.

O, kafirlərin İslamı məğlub etməkdən məyus olmasının Quranın “Qədir” bayramı, Əmirəl-möminin xəlifəliyi və rəhbərliyi mövzusunda buyurduğu çox üstün bir ifadə olduğunu dedi.

O bildirdi ki, Allah-taalanın Peyğəmbərə (s) Əmirəl-möminini (ə) canişin və rəhbər təyin etməsi ilə bağlı göstərişi işığında İslamın siyasi hakimiyyətinin davam etdirilməsi kafirlərin ümidsiziliyinə səbəb olur: “İslamın imamət işığında təzahür edən siyasəti və hakimiyyətinin davamlılığı İslamın ruhunun davamlılığıdır”.

İnqilabın Rəhbəri imamət məqamının ilahi peyğəmbərlərin ən mühüm cəhəti olduğunu və risalət məqamından yüksəkdə dayandığını buyurdu: “Risalət məqamında peyğəmbərlər Allahın əmr və göstərişlərini insanlara çatdırırlar. Amma imamət məqamında peyğəmbərlər Allahın əmrlərini insanların qəlbinə, düşüncəsinə, əməl və fəaliyyətlərinə köçürürlər”.

Həzrət Ayətullah Xamenei İslam hakimiyyətinin imamət və rəhbərlik işığında davam etməsinin islami həyat modelinin davamlılığına səbəb olduğunu dedi: “İmamların 250 illik, sonralar bəzi şiə rəhbərlərinin, müasir dövrümüzdə İmam Rahil və İran xalqının səyləri ilə davam etdirilən mübarizələrinin məqsədi cəmiyyətdə islami həyatın vüsət alması ilə nəticələnən İslam hakimiyyəti olmuşdur”.

O, islami həyat modelinin əsas cəhətlərini qeyd edərkən ədalət, kafirlərə qarşı sərt, öz aralarında mərhəmətli olmaq, cəmiyyətin rəhbərinin insanların çətinliklərini anlaması, xalqın İslam hakimiyyətinin yanında yer alması, ona itaət və kömək etməsi məsələlərinə toxundu: “Qədir islami həyata yüksəliş bəxş edən bu cəhətlərin gerçəkləşməsinə zəmin yaradır. Bu baxışla İslam firqələrinin vəhdətinə nail olmaq olar, onu şiə və sünni məzhəbinin ixtilaf nöqtəsi etmək olmaz”.

İslam İnqilabının Rəhbəri çıxışının ikinci hissəsində təqvalıların rəhbərinin fəzilətlərini qeyd edərək dedi: “İnsanın ağlı və dərin düşüncəsi Mövlanın (ə) mənəvi camalını və ilahi dərəcəsini anlaya bilməz, maksimum dərəcədə ümumi təsvir verə bilər. Amma Allahın ən böyük nemətlərindən olan və təkcə şiələrə də məxsus olmayan “Nəhcül-bəlağə”yə müraciət etməklə Əmirəl-mömininin (ə) prinsiplərini, meyarlarını və metodlarını öyrənmək, fəzilətləri ilə tanış olmaq olar”.

Həzrət Əlinin (ə) bütün fəzilətlərinin ən yüksək zirvədə olduğunu deyən İnqilabın Rəhbəri “Nəhcül-bəlağə”yə istinad edərək buyurdu: “Yəqinlik olması, ən xırda məyusluq, şək və tərəddüdün olmaması, bütün dinlərin mənsublarının hər tək-təkinə qarşı həssaslıq, vəsfəgəlməz ədalət, düşmənin zahiri mehribanlığına aldanmamaq, onun qarşısında tam şəkildə ayıqlıq göstərmək İmam Əli ibn Əbutalibin (ə) çox üstün fəzilətlərindəndir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, hökumətin xalqa əsaslanması və xalqla hakimin qarşılıqlı hüquqlarının olmasına dərin inam Əmirəl-möminin fəzilətlərindən olmuşdur: “İslam dövlətinin xalqa əsaslanması məsələsini öz mövlamızdan və Quran ayələrindən öyrənmişik. Amma bəziləri səhvə yol verərək deyirlər ki, İslam Respublikası seçkiləri və demokratiyanı qərblilərdən öyrənib”.

O qeyd etdi ki, elmi və hikməti ilahi xəzinəyə birləşdiyi halda, insanlarla məsləhətləşməsi, onları dinləməsi, insanların hər tək-təkinin, hətta zəif insanların da cəmiyyətin taleyində iştirakı və təsirinə əsaslanmaq İmam Əlinin (ə) fəzilətlərindəndir: “Nəhcül-bəlağə Əmirəl-mömininin şəxsiyyətinin çox rəngarəng yönlərini dərk və kəşf edə biləcəyimiz mədəndir. Bütün insanlar, xüsusilə gənclər “Nəhcül-bəlağə”ni oxumalı onunla ünsiyyət qurmalı və ondan misilsiz dərslər öyrənməlidir”.

İnqilabın Rəhbəri çıxışının davamında çox mühüm əhəmiyyət daşıyan prezident seçkilərindən danışdı: “Üç gündən sonra İran xalqı həmişəkindən daha çox əhəmiyyət kəsb edən mühüm seçki imtahanı ilə qarş-qarşıya olacaq”.

O, yaxşı, sevilən, hər zaman xalqın arasında olan, işgüzar prezidentin ölümündən və milyonluq vida mərasimindən 40 gün sonra seçkilər keçirilməsinin dünyanın nadir hadisələrindən olduğunu və Allah-taalanın İran xalqını bu seçkilərdə başıuca edəcəyinə ümidvar olduğunu dedi.

Həzrət Ayətullah Xamenei seçkilərdən üzüağ çıxmağın xalqın maksimum iştirakı və daha layiqli olanın seçilməsi ilə şərltəndiyini dedi: “Daha çox insanın iştirakında israrlı olmağımızın səbəbi budur ki, yüksək iştirakın ən mühüm nəticəsi İslam Respublikasının başıucalığıdır”.

İslam Respublikası yarandığı andan ona qarşı aparılan düşmənçiliklərin davam etdirilməsindən söz açan İnqilabın Rəhbəri bildirdi ki, seçkilər və yüksək iştirak düşmənlər üzərində qələbə amillərindəndir: “Xalqın izdihamlı iştirakı İslam Respublikasının zatındadır, seçkilər və ölkə rəhbərinin təyin edilməsi onun ən mühüm təzahürüdür”.

O bildirdi ki, xalqın seçkilərdəki iştirak əmsalı az olanda düşmənlərin İslam Respublikasına qarşı tənələri yüksək olmuşdur: “Bu iştirak əmsalı yüksək olanda tənəçilərin dili qısa olmuş, tənələr yağdıra və sevinə bilməmişlər. Buna görə də yüksək iştirakda israrlı olmağımızın digər səbəbi düşməni sevindirməməyimizdir”.

Həzrət Ayətullah Xamenei bütün insanları iştiraka səslədi, tənbəllik, etinasızlıq və əhəmiyyətsiz baxmaqdan çəkinməyə çağırdı: “Seçkilər təkcə şəhərlərə aid deyil, İslam Respublikasının dünyada bağşıuca olması üçün ölkənin bütün şəhər və kəndlərində insanlar seçkilərdə iştirak etsin”.

İnqilabın Rəhbəri daha layiqli adamın xüsusiyyətlərini qeyd edərkən dedi: “Daha layiqli şəxs xidmət şəhidi kimi ilk növbədə İnqilabın və dövlətin prinsiplərinə, bu yola səmimi və gerçək inamı olmalıdır. Əziz Rəisi, həqiqətən, inanırdı, onun ürəkdən, candan və inamla işləməsi tam hiss olunurdu”.

O bildirdi ki, səmərəlilik ən layiqli insanın mühüm xüsusiyyətidir: “Səmərəlilik, yəni gecə-gündüz bilmədn iş dalınca qaçmaq, işləmək imkanına malik olmaq, əməkdaşlardan yaxşı isitfadə etməkdir”.

Həzrət Ayətullah Xamenei İnqilabın prinsiplərinə inamla müşayiət olunan iş bacarığı və şövqü ən layiqli şəxsə xas olan digər bir xüsusiyyətdir: “Ən layiqli şəxs bu xüsusiyyətləri ilə ölkənin müxtəlif və sayı çox olan bütün imkanlarından istifadə edəndir”.

O, əvvəlki hökumətlərin ölkənin imkanlarından isitfadə etməkdə bərabər olmadığını dedi: “On üçüncü hökumət ölkənin imkanlarından yaxşı isitfadə edən hökumətlərdən idi. Əgər bu hökumət davam etsəydi, iqtisadi problemlərin həllini çox ehtimal edirdim”.

İnqilanın Rəhbəri ölkənin mühüm imkanlarından danışarkən dedi: “Gənc və təhsilli gənclərin çoxluğu, iranlıların zati zəkası və istedadı, böyük və müxtəlif tipli mədənlər, coğrafi mövqe, uzun su sərhədlərinin olması, qonşuların çoxluğu, böyük regional bazarlar, 80 milyonluq daxili bazar, iqlim müxtəlifliyi, dəmir yolları və avtomobil yolları, gənclərin mənzil, bənd, sənaye sahələrindəki texniki bacarıqları, azad ticarət zonaları, mədəni miraslar ölkənin imkanlarındandır”.

O əlavə etdi: “Həqiqətən, mömin və inanclı xalqın olması – hətta bəzi insanların aşkarda şəriətə düzgün bağlılıq göstərməsə belə - çox mühüm bir imkandır”.

Həzrət Ayətullah Xamenei inkişaf üçün dünyanın bu və ya digər ölkəsindən asılılığın qaçılmaz, bütün inkişaf yollarının ABŞ-dan keçdiyini deyən bəzi daxili siyasətçilərin bu fikrini tənqid edərək dedi: “Sərhədlərdən kənara göz dikmiş mühüm əhəmiyyət daşıyan imkanları görə, təbii olaraq onlardan isitfadə proqramlarını tanıya bilməz”.

O vurğuladı ki, İslam Respublikası Allahın lütfü ilə yadlara söykənmədən, onların problemlər yaratmasına rəğmən, inkişaf yolu keçmişdir: “Gələcəkdə də Allahın gücü və qüdrəti sayəsində İran xalqı taleyinin başqaları tərəfindən yazılmasına icazə verməyəcək”.

İnqilabın Rəhbəri bəzi fərdlərin daxili imkanlardan istifadə edilməsi məsələsindəki israrı ölkənin hasara alınması və dünya ilə olan əlaqələrin kəsilməsi kimi izah etməsinə işarə edərək dedi: “Biz ilk gündən bir-iki dövlət isitsna olmaqla bütün dünya ilə əlaqə yaradılmasının tərəfdarı olmuşuq. Prinsiplərə çox bağlı olan Şəhid Rəisi hökuməti kimi hökumətlərdə ölkənin beynəlxaq əlaqələri dayandırılmamışdır”.

O bildirdi ki, yadlara göz dikməmək deyilərkən milli müstəqillik və cəsarət başa düşülməlidir: “Bu iki prinsipin varlığı ilə İran xalqı öz imkanını, şəxsiyyətini və qüdrətini göstərəcək və ölkənin hörməti dünyada daha çox olacaq”.

Həzrət Ayətullah Xameni çıxışının sonunda xalqa və namizədlərə iki mühüm tövsiyə verdi.

Birici tövsiyəsində o, güclü və başıuca İran şüarına işarə edərək dedi: “Güclü İranın çox tərəfdarı var. Əlbəttə, güclü deyilərkən müxtəlif raketlərə malik olmaq (faydalı və praktiki səciyyəyə malik raketlərə malikik) kimi başa düşülməməlidir. Güclü olmağın elmi, texniki, iqtisadi və siyasi yönləri də var. Onun çox mühüm yönlərindən biri siyasət və seçkilər meydanında olmaqdır”.

İnqilabnın Rəhbəri vurğuladı: “Buna görə də güclü İranı istəyən hər kəs seçkilərdə iştirak etməlidir. İslam Respublikasına dəstək verilməsinin zəruriliyinə inamı olan hər kəs bu sahədəki qətiyyətini ikiqat artırmalıdır”.

O, ikinci tövsiyəsində prezidentliyə namizədlərə səslənərək Allahla əhd etmələrini, seçiləcəkləri təqdirdə öz ətraflarını və komandalarını İslam İnqilabına zərrə qədər də olsa, zidd olan insanlardan seçməmələrini istədi.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İnqilaba, İmama və İslam dövlətinə zərrə qədər zidd olan insandan sizə xeyir gəlməz və sizə yaxşı yoldaş ola bilməz: “ABŞ-a bağlı olan, Amerikanın lütfkarlığı olmadan addım atıla bilməyəcəyini deyən, habelə dinə və şəriətə etinasız olan adam yaxşı həmkar və idarəedici deyil. Buna görə də elə əməkdaşlar seçin ki, din, şəriət və İnqilaba bağlı olsun, İslam dövlətinə tam inamı olsun”.

O əlavə etdi: “Əgər Allah-tala ilə əhd edib seçkilərdə xalis niyyətlə fəaliyyət göstərsəniz, bütün işlərinizin Allah dərgahında savabı olacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /