Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Namizədlər düşməni sevindirən açıqlamalar verməkdən çəkinməlidirlər

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər məhkəmə sisteminin məsul şəxsləri ilə görüşdə insanların problemləri və ixtilaflarının ədalət əsasında həll edilməsi və qanunun qırmızı xəttinin aşılmasının qarşısının alınmasının məhkəmə sistemininin əsas vəzifələrindən olduğunu dedi: “Məhkəmə sisteminin ən mühüm vəzifəsi ədaləti heç bir tərəddüdsüz və cəsarətlə icra etməsidir”.

Həzrət Ayətullah Xamenei bu görüşün əvvəlində məhkəmə sisteminin şəhidləri, o cümlədən Şəhid Behişti, habelə məhkəmə sistemində parlaq keçmişi olmuş Şəhid Rəisinin xatirəsini əziz tutaraq bu sisteminin sədri, məsul şəxsləri, hakimləri və möhtərəm işçilərinə səmimi qəlbdən təşəkkür etdi.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Quran və digər İslam mənbələrində ədalət qədər vurğulanan az məsələ tapılar və cəsarət ədalətin icrasının zəruri şərtidir: “İmam Səccadın (ə) buyuruğuna əsasən, məhkəmə orqanı elə davranmalıdır ki, düşmənlər zülmə məruz qalmasınlar, yaxın dostlar ədalətsiz tərəfkeşlikdən məyus olsunlar. Əgər belə olsa, insanların ruhi və psixoloji təhlükəsizliyi kimi çox mühüm hüququ təmin olunar”.

Həzrət Ayətullah Xamenei məhkəmə sisteminin əsas proqramının olmasının zəruriliyi və bu orqanda dəyişikliklə bağlı çox yaxşı sənədlərin olması məsələsinə işarə edərək dedi: “Bu sənədlər elə icra edilməlidir ki, təsiri mühüm məhkəmə sahələrində hiss olunsun”.

O, appelyasiya şikayəti prosesində qərarların pozulması hallarının azalmasına səbəb olan işlərə baxılması, ilkin məhkəmə qərarlarının möhkəmliyi və qətiliyi müddətinin azalması, təftişat komitəsinə edilən müraciət və şikayətlərin azalmasının məhkəmə sisteminin sənədlərinin icrası ilə yaxşıladırılmalı olan mühüm sahələrdən olduğunu dedi.

İslam İnqilabının Rəhbəri məhkəmə sənədələrinin çoxluğunun hakimlər üzərində təzyiqə və hökmlərin qətiliyinin azalmasına səbəb olduğunu dedi: “Məhkəmə sənədlərinin çoxluğu problemini həll etmək üçün əsaslı şəkildə düşünmək lazımdır”.

Bütün hakimlərin Məhkəmə Elmləri Universitetinin potensialından istifadə edərək öz hüquq biliklərini artırmaları və mücahid qüvvələrin gücləndirilməsi məsələləri Rəhbərin məhkəmə sisteminin məsul şəxslərinə verdiyi iki digər tövsiyə oldu.

Həzrət Ayətullah Xamenei məhbuslarla bağlı işlərə baxılması prosesinin ləng olması, nəticədə insanların müvəqqəti saxlanma müddətinin uzadılmasından narahat olduğunu bildirdi: “Belə şəxslərin vəziyyətinə daha tez aydınlıq gətirilməlidir ki, işə baxılması prosesi uzun sürdüyü üçün heç kim həbsxana çətinliyinə məruz qalmasın”.

İnqilabın Rəhbəri həmçinin borcları olan bəzi məhbusların problemlərinin həlledilməzliyi məsələsinə toxunaraq əlavə etdi: “Bəzi şəxslər ömürlərinin sonuna qədər həbsdə olsalar da, borclarını ödəmək imkanına malik deyillər və bu problem həll olunmalıdır.”.

Hakimlərin Qərbin insan hüquqları mənbələrinə deyil, daxili qanunlara istinad etməsinin zəruriliyi, məhkəmə sistemi rəhbərinin yerlərə səfərlərinin davam etdirilməsi və bu səfərlər zamanı qəbul edilmiş perspektivli qərarların icrasının izlənilməsi İnqilabın Rəhbərinin çıxışı zamanı toxunduğu məsələlərdən oldu.

O, çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Elə davranın ki, ictimai rəy hüquqları nəzərə almadan məhkəməni ədalət evi və ədalət mərkəzi hesab etsin”.

İnqilabın Rəhbəri çıxışının sonunda prezidentliyə namizədlərə mühüm bir tövsiyə verdi.

Ayətullah Xamenei televiziyanın seçki proqramlarının yaxşı olduğunu və insanları müxtəlif baxış bucaqları ilə tanış etdiyini vurğuladı və prezidentliyə namizədlərə müraciət edərək dedi: “Namizədlərin televiziya debatları və ya digər açıqlamaları onların rəqibə qalib gəlmək üçün düşmən bəyənən və düşmən sevindirən sözlər danışmasına səbəb olmamalıdır”.

O əlavə etdi: “Yəqin ki, bütün namizədlər İranı və İslam Respublikasını sevirlər; Çünki onlar bu dövlət sistemində prezident olmaq və xalqa xidmət etmək istəyirlər. Ona görə də elə danışmasınlar ki, düşmən sevinsin”.

Bu görüşün əvvəlində məhkəmə sisteminin sədri qeyd etdi ki, ötən ilin ən mühüm arzuolunan hadisələrindən biri məhkəmə sistemi ilə hökumət tərəfindən davamlı şəkildə ortaq işçi qruplarının təşkil edilməsi oldu.

Cənab Ejei qeyd etdi ki, məhkəmə sisteminin inkişafını ehtiva edən yenilənmiş sənədin təbliği, iqtisadi qanunlara dəyişikliklərin edilməsi və bəzi iri istehsalat müəssisələrinin iflasının qarşısının alınması üçün səlahiyyətli orqanlarla əməkdaşlıq, insanların ərazilərinin hüquqi problemlərinin həlli üçün ciddi səylər göstərilməsi, gömrüklər, limanlar və anbarlar üzərində sahə nəzarətinin təkmilləşdirilməsi, təmir-tikinti fəaliyyətlərinin intellektual monitorinqi və icazəsiz tikililərin əhəmiyyətli dərəcədə azaldılması, bütün ölkə üzrə ədliyyə işçilərinin əhali ilə 400 mindən çox görüş keçirməsi, insan hüquqları qərargahı və Xarici İşlər Nazirliyinin əməkdaşlığı ilə məhkəmə diplomatiyası sahəsində ciddi işlər görülməsi bu qurumun ən mühüm tədbirləri sırasındadır.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /